İstədim

 
İstədim

Ağlamaq istədim. Gözümdə yaş axmadı. Qışqıraraq, bütün dünyaya üsyan etmək istədim.
Səsim çıxmadı. Gücüm çatmadı. Ürəkdən sevmək istədim. Ürəyim istəmədi.
Bütün dünyanı dəyişmək istədim. Əlimdən gələn evdəki zibilləri atmaq oldu. Insanları dəyişmək istədim.
Mənə qalan geyim tərzimi dəyişmək oldu. Sözlərimi dəyişmək istədim. Amma cümlələrim eyni qaldı.
Qaçıb getmək istədim. Amma özümü itirmişdim. Tapmaq istədim. Dərin sükut çökdü.
Qurtulmaq istədim. Amma heç nə eşitmirdim. Qulaqlarımı dəyişmək istədim.
Eşitdiyim səslər dəyişmədi. Səsimi dəyişmək istədim. Amma danışığım dəyişə bilmədim.

Gözlərimi dəyişmək istədim. Baxışlarım məni ələ verdi. Dəli olmaq istədim.
Bu qədər ağıl tələb edəcəyini düşünməmişdim. Ağıllı olmaq istədim.
Bu qədər güc tələb edəcəyini düşünməmişdim. Güclü olmaq istədim.
Bu qədər zəiflik tələb edəcəyini düşünməmişdim. Qorxaq olmaq istədim.
Heç kimdən seçilməyəcəyimi hiss etdim. Seçilmək istədim. Seçmək bacarığımı itirməyi bacardım.
Yalançı olmaq istədim. Yalnız özümü aldatmağı öyrəndim. Düz olmaq istədim.
Seçildiyimi görüb qorxdum. Yolun sonunu istədim. Dərin sükut çökdü. Özümü tapmaq istədim.
Qaranlıq çökdü. Yox etmək istədim. Mənliyimi itirdim. Qaytarmaq istədim. Problemlərə öyrəşdim.


Tab gətirmək istədim. Əzilməyə öyrəşdim. Varlığımla inanmaq istədim. Mövhumatı öyrəndim.
Şükr etmək istədim. Özünü aldatma dedilər. Heç kimə inanmamaq istədim.
Özümü Namaz başında tapdım. Yenə şükr etmək istədim. Heç kimə inanmamağı öyrəndim.
Sonunu bilmək istədim. əvvələ qayıtmaqdan qorxdum. Bütün güzgüləri yox etmək istədim.
əsl üzümü göstərər deyə. Maskamı atmaq istədim. Gülməyi unutdum. Özüm olmaq istədim.
Qorxularıma qalib gələ bilmədim. Məğlubedilməz olmaq istədim. Vicdanımı itirdiyimi anladım.
Ölmək istədim. Yaşamağın daha çətin olduğunu anladığım üçün. Oyanmaq istədim.
Qaranlığın təbəsslümləri məni ovsunladı. əbədi olmaq istədim. əzrail can tələb etdi. Ölümə dərman istədim.
Üryan gəldim. İstəklərimi yox etmək istədim. Maraqsız olduğumu anladım.

Oyunu qaydaları ilə oynamaq istədim. Məğlub olduğumu gördüm. Gördüklərimi unutmaq istədim.
Böyük bir yalan üzərində qurulmuş dünyam olduğunu xatırladım. Nifrət eləmək istədim.
Özümdən başladım. Tələbkar olmaq istədim. Indiyə qədər anladığım hər şeyi unutdum.
Özümü xatırlamaq istədim. Ağlamağa başladım. Dayanmaq istədim. Doğulduğum gün yadıma düşdü.
O günləri istədim. Qaranlıq çökdü. Yalnız indi qurtuluş istəmədim.


Amma özümün, yalnız özümün olduğum dünyanı qazandım. Tək qalmaq istəmədim.
Artıq gec olduğunu anladım. Utandım. Ağladım. Güldüm. Sevindim. Sevildim. Sevdim.
Qorxdum. Böyüdüm. Azadlıq istədim. Istəmək hüququm olmadığını anladım. Öldüm.
Geriyə dönmək istədim. Bədənimin yox, ruhumun öldüyün anladım.


Geri dön

nilayka

  • 12 may 2011 19:33
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
cox gozel yazidi sirinim cox sag ol love

--------------------

R.M_FaNaTka

  • 12 may 2011 11:51
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
cox beyendim cox twk

--------------------

Bu Menem

  • 10 may 2011 22:48
  • Məqalə: 61
  • Şərh: 1100
  • Bal:
{awards}
tws winked

be-mine

  • 10 may 2011 20:35
  • Məqalə: 0
  • Şərh: 60
  • Bal:
{awards}
gozeldiyeee

★Adriana★

  • 10 may 2011 15:51
  • Məqalə: 238
  • Şərh: 2958
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

Inciciceyi

  • 10 may 2011 09:55
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Maraqli yazidi twkkkkkkkkk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

YazYamuru

  • 10 may 2011 02:31
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
heeeee insan aglamaq isteynde niye aglaya bilmireee recourse

--------------------



Nigar

  • 9 may 2011 23:57
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
cox sag olun

Nur_Ay

  • 9 may 2011 23:28
  • Məqalə: 220
  • Şərh: 2134
  • Bal:
{awards}
tshk shirinim chox gozel yazıdırşşş

--------------------

_RONALDO_

  • 9 may 2011 23:27
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
supper yazidi ...tewekkur

--------------------

jalicka

  • 9 may 2011 23:09
  • Məqalə: 27
  • Şərh: 1960
  • Bal:
{awards}
eziyyete gore tesekkur

lider

  • 9 may 2011 23:08
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
{awards}
ilk wehr menden

ilk wehr menden

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 36
Cəmi: 54

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 62
Cəmi: 239
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 875
 
Limon qoxusu
Xəbərləri: 56
Cəmi: 80
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 549
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
aytc.sza
Xəbərləri: 27
Cəmi: 27
 
Lmzade
Xəbərləri: 25
Cəmi: 25
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}