Milyonerlər üçün superavtobus təqdim edilib

 
Milyonerlər üçün superavtobus təqdim edilib

Birləşmiş Ərəb Əmirliklərində keçirilən şəhər quru nəqliyyatı sərgisində avtobus-superlimuzinin prototipi təqdim edilib.Hollandiya Delft texnoloji universiteti heyətinin Superbus adlandırdığı bu layihəsi 15 m uzunluğu, 2,5 m eni və 1,7 m hündürlüyü olan axarlı (hərəkət zamanı hava müqavimətini azaldan formada) lüks klas avtobus iki tərəfdən qağayı qanadları kimi açılan 16 qapıdan ibarətdir.Maşının çəkisini azaltmaq üçün konstruksiyanın hazırlanmasında epoksid kompozitlərdən və karbondan geniş istifadə edilib. Avtobusun bəzi elementləri hazırlanarkən penoplast və termoplastik şüşə liflərdən ibarət çoxtəbəqəli kompozit IXIS materialından istifadə edilib. Bu material qəza zamanı sərnişinlərin təhlükəsizliyi üçün əvəzedilməzdir. Bundan başqa o həm də ekloji təmiz materialdır və təkrar emal üçün yarayır. Salonun bölmələrə ayrılması üçün Lexan adlanan yüngül və möhkəm polikarbonatdan istifadə edilib. Bu qəribə avtobusun təkərlərinə gəldikdə isə məhz bu model üçün Vredestein şirkəti xüsusi şinlər hazırlayıb ki, bunlar da enerjinin qənaətlə sərf edilməsində az rol oynamır.Təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə avtobus yaxınlaşan maneə haqqında xəbərdarlıq sistemi ilə təmin edilib. Peyk detektoru yoldakı təhlükə haqqında bir neçə yüz metr öncədən sürücüyə məlumat verir. Avtobus həmçinin 750 bort məlumatlandırıcısı ilə təmin edilib və onlar sərnişinlərin təhlükəsizlik kəmərlərindən düzgün istifadə edib- etmədikləri, qapıların hamsının örtülüb- örtülmədiklərini müəyyən edirlər. Prototipinin içərisində dörd yerdən bərkidilən təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş qar kimi ağappaq idman kresloları quraşdırılıb. Avtobusa 23 sərnişin və sürücü yerləşə bilir və bu məqsədlə salon iki hissəyə ayrılıb- sərnişin bölməsi və sürücü kabinəsi. Sərnişin bölməsi özü də 3 hissədən ibarətdir: birinci hissədə sərnişinlər üzü hərəkət istiqamətində əyləşir və onların hər birinin qarşısında fərdi stol, qulaqcıq və multimedia ekran quraşdırılıb. Digər iki hissədə isə sərnişinlər üz- üzə əyləşirlər. Onların arasında üzərində ekranlar quraşdırılmış iri açılıb-yığılan stol yerləşir.Superbus ekoloji təmiz nəqliyyat vasitəsidir. Onun güc qurğusu litium-ion batareyalarından və 805 a.g hasil edən elektrik mühərrikindən ibarətdir. Bu mühərrik 9,5 tonluq avtobusu 250 km/saat sürətlə şütüməyə imkan verir. Akumulyatorların bir dəfəlik yüklənməsi ilə avtobus 210 km məsafə qət edə bilir. Layihə ilə artıq BƏƏ hökuməti maraqlanır. Deməli, milyonerlər üçün avtobus Dubay küçələrində artıq 2015-ci ildə görünə bilər.


Geri dön

N_u_r_l_a_n

  • 28 may 2011 14:40
  • Məqalə: 0
  • Şərh: 71
  • Bal:
o qeder uzun masini kim alar ki???twk

Inciciceyi

  • 11 may 2011 09:54
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Xebere gore twk

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

_RONALDO_

  • 10 may 2011 17:07
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
tesekkruler amma bu coxdan cixib

--------------------

★Adriana★

  • 10 may 2011 15:46
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
TESEKKURLER BERBADDI

--------------------

moda_baz

  • 10 may 2011 14:24
  • Məqalə: 41
  • Şərh: 233
  • Bal:
{awards}
tewekur xebere gore

Nigar

  • 10 may 2011 11:46
  • Məqalə: 11
  • Şərh: 207
  • Bal:
{awards}
Tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 46
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}