Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

 
Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Həyatı

Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.
1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini,birinci müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək sovet dövrü ierarxiyasına uyğun olaraq respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.
Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.
H.Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991 - 1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.
1993-cü ilin may-iyununda ölkədə siyası böhranının son dərəcə kəskinləşməsi ilə əlaqədar o zamankı rəhbərlərlik Heydər Əliyevi Bakıya dəvət etmişdir. Heydər Əliyev 1993-cü il 15 iyunda Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başlamışdır.
1993-cü il oktyabrın 3-də ümumxalq referendumu nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. O, 1998-ci il oktyabrın 11-də keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il 15 oktyabrda keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmi

Mükafatları

Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. O, dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur. [1]
27 mart 1997 — Ukraynanın ali mükafatı "Yaroslav Mudrı" ordeni;
13 aprel 1999 — Türkiyənin ən nüfuzlu mükafatı - "Atatürk Beynəlxalq Sülh Mükafatı";
20 yanvar 2001 — Moskva Dövlət Universitetinin "Fəxri professoru";
3 aprel 2003 — Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü, Y.V.Andropov adına mükafat;
10 may 2003 — Rusiyanın yüksək mükafatı - Müqəddəs Apostol Andrey Pervozvannı ordeni.


Heydər Əliyevin heykəl və büstləri


Heydər Əliyevin Bakının Xətai rayonunun Yeni Əhmədli yaşayış sahəsində, Ukrayna meydanı yaxınlığında yenidən qurulmuş Heydər parkındakı heykəlin müəllifi Aslan Rüstəmovdur.
Heydər Əliyevin Qobustandakı heykəlinin postamentlə birlikdə hündürlüyü 6,1 metrdir. Qranitdən və tuncdan hazırlanmış abidənin müəllifi xalq rəssamı, akademik Ömər Eldarovdur.
Heydər Əliyevin Fəxri Xiyabandakı qranitdən hazırlanmış, hündürlüyü 4 metr olan qəbirüstü abidəsinin müəllifi Ömər Eldarovdur
Heydər Əliyevin Misirin Kəlübeyə şəhərindəki büstünün müəllifləri azərbaycanlı memarlar Səlhəb Məmmədov və Natiq Əliyevdir.
Heydər Əliyevin Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonundakı heykəlinin müəllifi azərbaycanlı memar Natiq Məmmədovdir.


Geri dön

R_A_P_U_N_Z_E_L

  • 24 noyabr 2011 20:38
  • Məqalə: 36
  • Şərh: 2992
  • Bal:
tesekkurler xebere gore

AliNikA

  • 9 iyun 2011 12:00
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
ALLAH REHMET ETSIN

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

_RONALDO_

  • 12 may 2011 22:14
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
HEYDER ELIYEV UMUMMILLI LIDERDI TESEKKURLER

--------------------

nilayka

  • 12 may 2011 19:49
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Sitat: ♥Princess♥
Allah rəhmət eləsin.Qəbri nurla dolsun.


--------------------

Inciciceyi

  • 11 may 2011 09:30
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah rehmet elesin

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

_RONALDO_

  • 10 may 2011 16:55
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
ALLAH REHMET ELESIN.

--------------------

Mr Saxobeat

  • 10 may 2011 15:43
  • Məqalə: 0
  • Şərh: 17
  • Bal:
{awards}
ALLAH qeni qeni rehmet elesin... Torpagi nurla dolsun.. o olmasaydi belkede biz indi yox idiy

★Adriana★

  • 10 may 2011 15:38
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
TESEKKURLER

--------------------

Yeva

  • 10 may 2011 15:20
  • Məqalə: 0
  • Şərh: 111
  • Bal:
{awards}
Allah rehmet elesin. Qebri nurla dolsun. Amin!!!

moda_baz

  • 10 may 2011 13:04
  • Məqalə: 41
  • Şərh: 233
  • Bal:
{awards}
COOX GOZEL PREZIDENT ALLAH REHMET ELESIN

meqisadiqli

  • 10 may 2011 13:02
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
men heyder babani cox isteyirem mn onun adgunun tebrik edirem

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 49
Cəmi: 74

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 505
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♔Hе важно∞
Xəbərləri: 17
Cəmi: 63
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}