Yazarkən mən ağladım Oxuyarkən sən ağla

 
Yazarkən mən ağladım Oxuyarkən sən ağla

Heç sözlərimi aldatmayacağam. Romantik sözlərim, yağış damlasından incə düşüncələrim tükəndi artıq. İçimdən gəldiyi kimi yazacağam. Ən dəqiq sözlərlə, ən bəzəksiz hərflərimlə ən ağır duyğularımı izah edəcəyəm.

Sözlərimin, gözlərinin dərinliyində itdiyi yerdəyəm. Duyğularımın boğazıma düyünlənildiyi nöqtədəyəm.

Çıxardıb ürəyimi qoyacağam masaya. Götür deyəcəyəm götür və get. Əllərimlə sökəcəyəm ürəyimi , bədənimdən, qanlar damlarkən masaya, götür deyəcəyəm. Əgər gedirsənsə bir yerə, bu ürəyi də götür elə get.

Onsuz da götürdün, bütün ürəyimi, beynimi, hüceyrələrimi özünə aşiq etdin, indi gedəcəksənsə bu ürəyi, bu ət parçasını da götür elə get. Sənsiz yaşa bilsəm, ürəksiz də yaşaya bilərəm...

Tək bir söz söyləmə artıq, getmək keçirsə ağlından, masadan qanları damlayan bu ürəyi də götür elə get. İzah edə bilmədimsə sözlərimlə sənə bu eşqi, bu ürəyi götür yanına, o izah etsin sənə..

Susdura biləcəksənsə içindəki səsi, qırılmayacaqsa qolun qanadın, qopmayacaqsa çobanyastığıdan yarpaqların, götür bu ürəyi də elə get. Sənin üçün tökdüyüm ulduz tozlarının, sənə aşiq ruhumun yazdığım bütün yazıların, qaynağı bu ürəyim idi, onu da yanında apar və elə get.

Götür bu ürəyi, get gedə biləcəyin qədər uzağa, yazarkən mən ağladım, oxuyarkən də sən ağla…


Geri dön

fidow

  • 15 may 2011 18:22
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
tesekkurler

petek

  • 15 may 2011 01:50
  • Məqalə: 0
  • Şərh: 285
  • Bal:
{awards}
twk menı goyub gedene men ureyımı yok gunahımı bıle vermerem

nilayka

  • 12 may 2011 19:35
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
twk edirem

--------------------

Inciciceyi

  • 11 may 2011 09:50
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Götür bu ürəyi, get gedə biləcəyin qədər uzağa, yazarkən mən ağladım, oxuyarkən də sən ağla…
Eyer qelbin varsa

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Bu Menem

  • 10 may 2011 22:41
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
tws winked

be-mine

  • 10 may 2011 20:29
  • Məqalə: 0
  • Şərh: 60
  • Bal:
{awards}
supeeeeeeeeeeer

_RONALDO_

  • 10 may 2011 17:04
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
UVE wink

--------------------

★Adriana★

  • 10 may 2011 15:36
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
tesekkurler

--------------------

E_M_O

  • 10 may 2011 15:15
  • Məqalə: 0
  • Şərh: 550
  • Bal:
{awards}
yazarken men agladim oxuyarken sen agla

recourse

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 33
Cəmi: 47

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}