"RİA-Novosti"yə istinadən bildirir ki, məşhur "The Forbes" jurnalı ənənəvi "Dünyanın ən çox qazanan modelləri" reytinq siyahısını açıqlayıb.
Modellər arasında ən çox pul qazananı braziliyalı Jizel Bundhendir. Onun illik gəliri 45 milyon dollar və ya ötən illə müqayisədə iki dəfə çox olub.
"True Religion" cinsləri, "Dolce & Gabbana", "Dior" və "Versace" geyimlərini reklam edərək dünyanın ən varlı modeli titulunu qoruyan Bundhen habelə, öz modalar evinin məhsullarını da tanıtdırmaqla məşğuldur.
20 milyon dollar qazanmış model Heydi Klum 2-ci, britaniyalı Keyt Moss isə 14 milyonla 3-cü yeri tutublar.
"The Forbes" bildirir ki, model biznesinin ən məşhur simaları "sadəcə, gözəlçə" imicini "biznesledi" statusuna dəyişməkdədir.
Reytinqdə Adriana Lima və Alessandra Ambrosionun təmsil etdikləri "Victoria's Secret" modalar evi öz model-"mələk"lərini biznesin zirvələrinə qaldırmağa davam edir. Belə ki, "Forbes"in reytinqdə ilk dəfə 22 yaşlı mavigözlü Kendis Sveynpolun adı çəkilir. Cənubi Afrikadan olan bu gözəlçə 3 milyon dollar qazanıb.
Ümumiyyətlə isə model peşəsi bazarda daha az gəlir gətirir. Modellərin qonorarları sürəkli azalır.