Adı bir az maraqlıdır, lakin nahar üçün Bolqarıstandan bizə gəlmiş çox gözəl bir ləzzətdir...
Tərkibi:
3 kq sousluq pomidor
1 kq qırmızı ətli bibər
Yarım kilo badımcan
250 qram kök
2 stəkan sirkə
1 baş sarımsaq
1 çay qaşığı duz
1 yemək qaşığı ərinmiş yağ
1 çay qaşığı şəkər tozu
Hazırlanması:
Badımcan və qırmızı bibərləri közdə bişirin. Qabıqlarını soyub maşında çəkin. Kökün qabıqlarını soyub yumşalana qədər suda qaynadın. Qaynadılan kökü də maşında çəkin. Pomidorların qabıqlarını soyub maşında çəkin. Böyük bir qazana çəkdiyiniz pomidor püresini tökün. İçinə badımcan, qırmızı bibər və kökü əlavə edin. Yüksək odda qarışdıraraq rəngi tündləşənə qədər bişirin. Qarışıq qaynamağa başladıqdan sonra sirkə, duz, yağ, şəkər tozu və rəndələnmiş sarımsaq əlavə edin. Yaxşıca qarışdırıb qazanı odun üstündən götürün. Qazandakı lütenitsa soyuduqdan sonra şüşə qablara paylayın. Qabların qapağını möhkəm bağlayın. Böyük bir qazanın içinə qabları yerləşdirin. Yarısına gələcək qədər su əlavə edin. Su qaynadıqdan 15 dəqiqə sonra qazanı odun üstündən götürün. Soyuduqdan sonra süfrəyə təqdim edin.
Nuş olsun...

Əfsanə olmaq istəyən bizimlədi ...
Sənin musiqi zövqün ...
Fikrini bizimlə paylaş ...
Söhbətə qoşul, yeni dostlar tap ...
Mobil əyləncə dünyan ...
Description