Xanımlarımızın bürcləri

 
Xanımlarımızın bürcləri

Qoç
Qoçlar üçün sevgi heyatı vacib amildir. O, sevgini böyük məmnuniyyətlə qəbul edir, lakin qarşılığını necə verəcəyini yaxşı anlamır. Qoçlar: Şir, Əkizlər və Oxatan ilə əla partniyordular, Tərəzi, Qız və Buğa ilə isə qismən, Oğlaq, Xərçəng, Balıqlar və Əqrəblə ümumiyyətlə yola getmirlər.

Qadın
Qoç qadını kifayət qədər sərt prinsiplərin, hətta bir qədər inadkarlığın daşıyıcısıdır; bu xüsusiyyət hətta onun sevgi meyllərində də özünü göstərir. O, özünü cəmiyyətdə düzgün təqdim etməklə, cazibədar qadın imici yaratmaqla, kişini özü tapmağa səy göstərir. Öz sevgi dünyasında olduqca eqoistdir, lakin bu onun pis xasiyyətindən deyil, partniyorundan ideal kişidən gözlədiklərini almaq istəyindən irəli gəlir. Onun sevgisi bir qədər xırdaçılığa yaxındır, belə ki, o özünü sevgi haqqındakı köklü təsəvvürlərinə uyğun aparır. Itaət etməyi xoşlamır, halbuki məhz burada ona güclü ve hökmlü partniyor lazımdır. Sevişməkdən tam zövq almadıqda köləyə çevrilir və bu da bir çox kişiləri məyus edir. Əksinə, ailə həyatında tükənməz həyat enerjisinə malikdir və ərinə əsl ləzzəti daddıra bilər. Onu çox sayda sevgi problemləri gözləyir ki, bunlardan da biri faciə ilə nəticələnə bilər.

Buğa
Buğa üçün sevgi fiziki bağlılıqdır. O, sevgidən məmnunluq və xoşbəxtlik gözləyir, ancaq onun əsl mahiyyətini və dəyərini araşdırmağa çalışmır. Buğalar: Qız, Oğlaq, Xərçəng və Balıqlar üçün əla ittifaq qururlar. Əkizlərlə isə qismən, Şir, Dolça, Əqrəb və Qoçla heç nə alınmır.

Qadın
Bu bürc altında doğulan qadın gözəl və cazibədar, şıltaq və ehtiraslıdır. O özünü gözəl əşyalar və zəngin kişilərlə əhatə etməyə çalışır. Onun bu xasiyyətinə yaxşı bələd olan kişilər, buna baxmayaraq, onun sevgisinə can atır, çünki o, incə ehtiras duyğusu bəxş etməyə qadir olan əla partniyordur. Həyata epikur baxışları ona çox sayda ciddi problemlərdən və cansıxıcı əlaqələrdən yan keçməyə kömək edir. Dolğun hisslərin gətirdiyi sevinc onun seçdiyi adama da ötürülür. Qadın Buğa sevgidə olduqca səmimidir, yəni partniyorunda indiyək ona tanış olmayan həzzi dadmaq arzusu ilə özünü kor-koranə meylinə tabe edir. Etiraf etmək lazımdır ki, kişilər üçün bu qadın cəlbedici və cazibədar olduğu qədər də talancıdır. Onun ailə həyatı çox vaxt anlaşılmaz və dəyişkəndir.

Əkizlər
Sevgi Əkizlərə nəinki zövq verir, onu hətta buxovlayır. Azadlığa aparan yolda maneəye çevrildikdə isə Əkizlər qətiyyətlə sevgidən imtina edirlər. Əkizlər: Tərəzi, Dolça, Şir və Əkizlər yaxşı münasibətləri olur, Buğa ilə qismən, Balıqlar, Qız, və Oxatanla ümumiyyətlə yola getmirlər.
naminə qurban verəcək qadın tapılır. Lakin hətta bu qadın onunla normal ailə qurmağın qeyri-mümkünlüyünü anlayır və qoruyucu mələk rolu ilə kifayətlənir.

Qadın
Görünür, Əkizlərdən bu qadına müəyyən ikiləşmə miras qalıb. Bir tərəfdən, zəka, şüur, gözəl xasiyyət, insanlarla ünsiyyət qurmaq bacarığı işdə ona uğur qazanmağa kömək edir. Lakin elə həmin zəka və insanları anlamaq qabiliyyəti ona özü üçün yeganə və təkrar olunmaz hesab etdiyi kişini tapmağa mane olur. O, çoxları üçün sadiq və etibarlı dostdur, lakin heç cürə özünə uyğun partniyor tapa bilmir. Həssaslığını və sədaqətini yalnız öz partniyoruna hədiyyə etməyə hazırdır. Lakin özünə layiq kişilərə az rast gəlir və çox zaman gözlədiyi alovun şöləsində qızına bilmir. Az sayli təsadüfi əlaqələrində yalnız fiziki tələbatını təmin etmiş olur. Kişilər belə qadınları atmirlar, ureklerinde onlara qarshi boyuk hormet hissi ile sakitce uzaqlashirlar. Lakin eger bu qadin ne vaxtsa oz yarisina rast gelerse, onlarin nikahi aile xoşbəxtliyinin ən gözəl nümunəsinə çevrilir.

Xərçəng
Xərçəng üçün sevgi başlıca dəyərdir. Onun üçün sevgi ev, ailə anlayışları ilə əlaqəlidir və emosional təhlükəsizliyi təcəssüm etdirir. Xərçənglər: Buğa və Əqrəb ilə evlilikləri olduqca uğurludur, Əkizlər, Qız, Balıqlar və Şir ilə bəzən uğurlu olur, bir birilərini anlayırlar, Tərəzi və Oğlaqla isə yola getmirlər bu cütlüklər hetta bir birine ziyan gətirirlər

Qadin
Bu qadın həddən artıq ehtiraslıdır və onun sevgi hissi sonsuzdur. Lakin qəribə olsa da, kishilerle münasibətdə özünü soyuq və əlçatmaz qadın kimi aparır. Ona elə gəlir ki, o sevgi münasibətləri arzulayır, kişilər də bunu görürlər. O isə heç bir zəif cəhətini etiraf etmək istəmir. O, var qüvvesi ilə güclü, müstəqil görünməyə çalışır. Bununla belə tez həyəcanlanır, ehtiras onu bürüyür və o bunu gizlətməyə çalışır, bu isə onu bəzən kobudluq etməyə vadar edir. Öz aralarında olan münasibətdən sonra qadın Xərçəng sevgilisi ilə bir daha görüşməməyə çalışır və bu qeyri-mümkün olarsa, inadkar və əsəbi bir insana çevrilir. Əgər nəzakətli və dözümlü, özü haqqında düşünmədən qadının arzularını həyata keçirməyə hazır olan bir kişi ilə qarşılaşarsa, sevgi hisslərindən hər ikisi böyük ləzzət alacaqlar. Bir şeyi qeyd etmək yerinə düşər ki, belə qurbanlar verməyə qadir olan kişilərin sayı çox azdır.

Şir
Şirlər sevgidə gözəllik ideallarının həyata keçirilməsi vasitəsini görürlər. Şir sevgiyə və özünə aşiqdir. O, sevgini aliəcənablıqla bəxş edir, Çünki səxavətli olması ona məmnunluq gətirir. Şir sevdiklərindən minnətdarlıq və hörmət gözləyir, lakin özünü qurban vermənin dərinliyini tam olaraq anlaya bilmir. Şirlər: Əkizlər, Tərəzi və Oxatan bu cütlüklərlə ittifaqı uğurludur. Oğlaq, Əqrəb və Qız bəzən uğurlu olur. Buğa və Dolça heç vaxt yola getmirlər.

Qadın
Kifayət qədər cazibədar və hətta en ayıq kişinin belə ağlını başından almağa qadir olsa belə, onda heç də Şir temperamenti yoxdur. Onun öz hissləri həmişə sakit, rəvan olur və o, istənilən vəziyyətdə gözəl idrak nümayiş etdirir. O çox praktik və soyuqqanlıdır, hər bir partnyoru potensial er kimi qiymetlendirir. Onun qismetinde yaxshi heyat yoldashi ve ana olmaq var. Onun Shir simasi mehz aile maraqlarinin muhafize olunmasinda ozunu gosterir. Lakin onun sevgiye laqeyd munasibeti eri uchun choxlu problemler yaradir. Qadın Şir qısqanc olsa da, xəyanətdə yalnız özünü günahkar bilməlidir. Sevgi hissləri onunla eyni olan kişi ilə ailə həyatı uğurlu alınar.

Qız
Qız üçün sevgi öz mənindən imtina etmək, bilmək istəmədiyi sirdir. Buna görə də Qız bütün enerjisini işə yönəldir. Nəcib sədaqətə qadir olsa da, sevginin əsl mahiyyəti onun üçün qaranlıq qalır. Qızlar: Şirlə çox xoşbəxt ailə həyatı, Qız, Dolça ve Balıqlarla isə qismən, Buğa, Əqrəb, Tərəzi və Qoçla uğursuzluğa düçar olurlar.

Qadın
Bu bürc qadın Qızlara gözəllik və yumşaq xasiyyət, sədaqət və zəriflik, dolğun sevgi hissiyyatı kimi qadın üçün ən gözəl xüsusiyyətləri bəxş etmişdir. O, kişilər üçün çox cəzb edicidir, lakin bu xüsusiyyətindən qərəzli məqsədləri üçün istifadə etmir. Kişinin ondan zövq aldığını görmək ona sevinc getirir. Ondan həddən ziyadə ehtiras və hədsiz həyəcan gözləmək lazım deyil. O, incə hisslər və nəvaziş üçün yaranmışdır, bu da onun sevgi dünyasına tekrar olunmaz çalarlar qatır. Onun daxilində kişilərlə dərin hörmət hissi yaşayır, məhz kişinin ağuşunda özünü sakit və müdafiə olunmuş hesab edir. Bu hiss onun seçdiyi kişiyə də sirayət edir. Qız bir qədər utancaqdır. Onun cazibesi kishini defelerle onun yanina qaytarir. Ve bir gun daha chox tecrube toplayib Yaxshinin ichinde yaxshi axtarmazlar kimi sade bir heqiqeti anladiqdan sonra həmişəlik bu qadınla qalır. Qız ideal həyat yoldaşı, ana və ev xanımıdır.

Tərəzi
Tərəzi sevgini şüur və qəlblərin nə çox qaynar, nə də həddən artıq soyuq - qızıl həddə ittifaqı kimi görür. Tərəzi sevdiyini anlayır. Lakin ne üçün? sualı ilə maraqlanmaq onun heç aölına da gəlmir. Tərəzilər: Əkizlər, Şir, Dolça, Qoç və Oxatanla yola gedirlər. Buğa,Oğlaq və Xərçəng qismən uğurlu cütlüklüər olurlar. Balıqlarla Oxatan heç vaxt yola getmir.

Qadın
Sevgi şeyleri onun şüur altında cəmləşmişdir. O, temperamentlidir, lakin həyatında böyük yer tutmasına baxmayaraq, ehtiras onun əsas məqsədi deyil. Bütün hərəkətlərində tərəddüd müşahidə olunur. Güclü kişi onu özünə tabe edə bilər; bu zaman o, kişinin bütün istəklərini itaətkarlıqla yerinə yetirəcək. Zəif partniyorla münasibətlərində hakimiyyəti özü ələ alır. Sevildiyini hiss etdikdə qadin Tərəzi dəyişir, şən, cəzbedici, ünsiyyət qurmağı bacaran bir insana çevrilir. Lakin hətta bu halda belə onu romantik insan adlandırmaq olmaz. Nigahda onun sevgi ilə olan davranışları daha şüurlu və maraqlı olur.

Əqrəb
Əqrəb üçün sevgi ətrafındakı hər şeyi yandıran alovdur. Sonsuz arzu və məğlubiyyət qorxusu arasında çarpışaraq, o, var qüvvəsi ilə sevginin fiziki və mənəvi tərəflərini, ehtirasla paklığı barışdırmağa çalışır. Lakin arzusunu cilovlamaq istəyi susuzluğunu bir az da gücləndirir. Əqrəblər: Oğlaq, Balıqlar, Xərçəng və Qızla uğurlu, Tərəzi ilə qismən uğurlu, Dolça, Qoç, Şir və Oxatanla ittifaqları uğursuzluqla nəticlənir

Qadın
Bu qadını faciəvi, əsrarəngiz, çoşqun kimi epitetlərlə xarakterizə etmək olar. Onun ehtirası sonsuzdur. Bütün hərəkətləri bir məqsədə sevgidən zövq almağa xidmət edir. Qadın Əqrəb enerjili, ağıllı və gözəldir. Kişilər onunla tanışlıqdan sonra agıllarını itirirlər. Alovlu qadın arzusunda olanlar məhz bu qadında ideallarını tapırlar. O, özünə çox gözəl hakim ola bilir, amma sevgi münasibətlərində bu alınmır. Lakin bu onun cazibəsini heç də azaltmır, əksinə, əhtiras onu xüsusilə gözəlləşdirir. Partniyorların özlərinə inamı daha da artır, bu da Əqrəb qadını daha da cazibədar edir. Bu qadın sevgi hisslərinin zirvəsinə qalxdıqdan sonra oradan ənmək istəməyən və hisslərinin esirinə çevrilən kişilər üçün təhlükəlidir. Belə qadınlar karyeraların, ailələrin dağılmasına səbəb olur, lakin kişilər özlərini dönə-dönə bu alova atmaqdan çəkinmirlər. Buna baxmayaraq, qadın Əqrəb öz əri üçün çox gözəl köməkçiyə çevrilir və onun parlaq uğur qazanması üçün əlindən gələni edir.

Oxatan
Oxatanlar sevgidə idealistdirlər. Onlar: Ya hər şey, ya da heç nə prinsipinə sadiqdirlər. Buna görə də reallıq onları dərindən yaralayır. Sevgini onun gizləndiyi yerdə onların öz qəlblərində axtarmaq Oxatanların ağlına da gəlmir. Oxatanlar: Balıqlar, Əkizlər, Qız, Dolça və Şir ilə firavan ömür sürürlər. Əqrəb və Oğlaqla isə qismən uğurlu olur. Qoç və Xərçənglə isə uğursuzluqla nəticələnir bu evlilik.

Qadın
Ağıllı, şən, maraqlı qadınları sevən kişilər üçü əla partniyordur. Xarici görünüş cəhətdən cəlbedici və tükənməyən qadındır. O, heyatın bütün tərəflərini - istər iş olsun, istər incəsənət, idman və ya ailə - düzgün qiymətləndirə bilir. Onun üçün sevgi heyatın dolğunluğunu hiss etmək üçün vasitədir və o, bu vasitədən mümkün olduğu qədər çox həzz almağa çalışır. Səs-küylü, həyatsevərdir və güclü fantaziyası var. Bu keyfiyyetler onun sevgi dünyasınada heyatına da aiddir. Özünə uyğun olan partniyorları seçir, çünki yalnız arzuları tam ödənildiyi halda özünü xoşbəxt hesab edir. Özünə dəyər verdiyindən, öz xəyanətlərinə olduğu kimi, ərinin xəyanətlərinə də çox sakit yanaşır. Ailə həyatı onun üçün ciddi məfhum olsa da, çox vaxt bu həyatı rəvan edə bilmir, çünki yeni təəssüratlar qazanmaq yanğısı onu tez-tez ailə ocağından uzaqlaşdırır və ocağın başında özünü itirmiş əri qalır.

Oğlaq
Oğlaq üçün sevgi sakit və heç bir məsuliyyət gətirməyən iltifatlar mübadiləsidir. Oğlaqlar sevginin yalnız emosialar şəlaləsi olmadığını tam mənası ilə dərk ediblər. Lakin sevginin gətirdiyi daxili azadlığı hələ sonunadək anlamayıblar. Oğlaqlar: Qız, Buğa, Əqrəb, Balıqlar ilə evlilikləri uğurlu olur, Qoç, Xərçəng, Tərəzi ilə isə qismən, Dolça, Şir ilə yola getmirlər.

Qadın
Bu bürc altında doğulan qadın çox vaxt arzuları və onları həyata keçirmək imkanları arasındakı ziddiyyətdən əzab çekir. O tez aşiq olandır, eyni zamanda, ədəb qaydalarına ciddi riayət edir. Buna görə də o, daxilindəki ehtirasa azadlıq verə bilmir, bu da çox vaxt onda komplekslərin yaranmasına gətirib çıxarır. Kişiler ondakı ehtirası görüb ona meyl edirlər, lakin qadının yaratdığı süni məsumiyyət onları çaşdırır. Daxilində yığılıb qalan ehtiras bəzən öz məcrasından çıxır, o, öz prinsiplərini tapdalayıb qısa macəraya atılır və partniyorunu temperamenti və zərifliyi ilə təəccübləndirir. Ailə həyatında Oğlaq tez-tez öz buynuzlarını ərinə hədiyyə edir. Sonradan peşmançılıq hissi keçirsə də, ehtiras yenə də qalib gəlir. Ahıl yaşlarda belə qadınlar qapalı və dəyingən qarılara çevrilirlər.

Dolça
Dolça sevgini əlçatmaz və eqoizmdən uzaq, öyrənmək və mütləq dadmaq lazım olan bir hiss kimi görür. O, sevginin mahiyyətini tədqiq edir, lakin bəzən onu dostluqdan ayırmağı bacarmaması hər şeyi məhv edir. Fiziki yaxınlıqdan aldığı zövq onda emosional boşluq və qüssə yaradır, çünki bu, onun sevdiyi insanla ünsiyyətinin menasını açıqlamır. Dolçalar: Əkizlər, Tərəzi və Oxatan ilə güclü ittifaq qururlar. Qoç, Xərçəng və Qız ilə isə bu bəzən alınır. Əqrəb, Buğa, Şir və Oğlaq ilə bu cütlüklər uğursuzluğa düçar olurlar.

Qadın
Onun evi ev sahibəsinin ağlı, cazibəsi və gozəl ünsiyyəti ilə cəlb olunan qonaqlarla dolu olur. Lakin bu, onun sevgi münasibətlərdə də belə rəngarəng olduğunu göstərmir. Yaxşı həyat yoldaşı, evin bütün işlərini xüsusi səliqə və nizamla idarə edən bu qadın həmin xüsusiyyətlərini yataq otağına da köçürür. Zahiri cazibəsinə vurulan kişi yeni təəssüratlar arzusu ilə ona meyl göstərir. Coşqun sevgi ona tanış deyil, əslində onun buna heç ehtiyacı da yoxdur, belə ki, o, heyatın sevincini şən yığıncaqlarda, maraqlı ünsiyyətdə görür. Hər zaman cazibədar, xoşa gələn olmaq istəyi ərini qısqanmağa vadar etsə də, o, rahat nəfəs ala bilər, xanımı ona sadiq qalacaq. Dolça sevgidən daha çox sakitlik və diqqət axtaran zəif temperamentli kişi üçün gözəl partniyordur.

Balıqlar
Balıqlar üçün sevgi öz Məninin onun üçün Hər şey olacaq insanın arzularına təmənnasız itaətidir. Balıqlar almaqdan daha çox verməyə, əmr etməkdən çox xidmət etməyə üstünlük verirlər. Bununla belə, onlar seksual eksperimentlərin cazibəsinə də biganə deyillər. Ehtiyatlı Balıq tora düşməkdən və sarsılmaz məsulliyyətə düçar olmaqdan qorxur. Lakin əgər sevgi əzabları çəkməyibsə, sevginin əsrarəngizliyini dadacaq. Balıqlar: Buğa, Xərçəng, Oğlaq, Əqrəb və Qızla həm fikirdilər həmişə. Əkizlərlə müəyyən hallarda uğurlu olur, Qoç və Şirlə evlilikləri qətiyyən alınmır.

Qadın
Onun dünyası aktiyorlar, ressamlar, ədiblər, bohema dünyasıdır. O, özünün yaratdığı xülyalar və ümidlər aləmində yaşayır. Onun ehtirası fiziki yaxınlıqda deyil, səmimi sevgidə, məhəbbət dramaturgiyasında, oyunda öz əksini tapır. Zəngin təxəyyülündə partniyorunu şəhzadəyə çevirməyə çalışsa da, zəif temperamenti sevgidən tam zövq almağa imkan vermir. Həyati möcüzə gözləməklə, onu gül-çiçəyə qərq edəcək biri ilə görüşə ümid etməklə keçir. Kişilər ehtiraslı nəvazişlər zamanı romantik göz yaşarını sevmədiklərindən, bir qayda olaraq, onun yanına qayıtmırlar. O, xeyirxahdır və gənclərin çoxu ilk təcrübəni onunla qazanırlar. Ailə həyatında səbəbini nə özünün, nə də həyat yoldaşının anlaya bilmədikləri çox sayda xəyanətlərə yol verir


Geri dön

Sara xanım

  • 5 iyun 2011 18:41
  • Məqalə: 0
  • Şərh: 166
  • Bal:
TƏŞƏKKURLƏƏƏƏƏƏƏR

elfida

  • 4 iyun 2011 12:07
  • Məqalə: 0
  • Şərh: 93
  • Bal:
{awards}
oxatan duzdu twk

--------------------
varligim yoxlugumdanda pisdir

_NN_

  • 20 may 2011 22:01
  • Məqalə: 0
  • Şərh: 6
  • Bal:
{awards}
en yaxsi terezidi.yeni men. twkk.. winked

elmacik

  • 15 may 2011 14:17
  • Məqalə: 0
  • Şərh: 189
  • Bal:
{awards}
super idi hetta duz idi

--------------------
kizlarin yureyi mezar gibidir bir giren bir daha cikamaz erkeklerin yureyi market gibidirne giren belli ne cikan.........

melek001

  • 14 may 2011 13:23
  • Məqalə: 3
  • Şərh: 86
  • Bal:
{awards}
Şir
Şirlər sevgidə gözəllik ideallarının həyata keçirilməsi vasitəsini görürlər. Şir sevgiyə və özünə aşiqdir. O, sevgini aliəcənablıqla bəxş edir, Çünki səxavətli olması ona məmnunluq gətirir. Şir sevdiklərindən minnətdarlıq və hörmət gözləyir, lakin özünü qurban vermənin dərinliyini tam olaraq anlaya bilmir. Şirlər: Əkizlər, Tərəzi və Oxatan bu cütlüklərlə ittifaqı uğurludur. Oğlaq, Əqrəb və Qız bəzən uğurlu olur. Buğa və Dolça heç vaxt yola getmirlər.

Qadın
Kifayət qədər cazibədar və hətta en ayıq kişinin belə ağlını başından almağa qadir olsa belə, onda heç də Şir temperamenti yoxdur. Onun öz hissləri həmişə sakit, rəvan olur və o, istənilən vəziyyətdə gözəl idrak nümayiş etdirir. O çox praktik və soyuqqanlıdır, hər bir partnyoru potensial er kimi qiymetlendirir. Onun qismetinde yaxshi heyat yoldashi ve ana olmaq var. Onun Shir simasi mehz aile maraqlarinin muhafize olunmasinda ozunu gosterir. Lakin onun sevgiye laqeyd munasibeti eri uchun choxlu problemler yaradir. Qadın Şir qısqanc olsa da, xəyanətdə yalnız özünü günahkar bilməlidir. Sevgi hissləri onunla eyni olan kişi ilə ailə həyatı uğurlu alınar.


UYGUNDU MENE

--------------------
MEN BILIREM KI MEN HECNE BILMIREM

lqasimova

  • 13 may 2011 21:16
  • Məqalə: 0
  • Şərh: 115
  • Bal:
{awards}
maraqlidir teshekkurler

nilayka

  • 12 may 2011 20:10
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
maraqlidi sag ol

--------------------

yaz yagmuru

  • 11 may 2011 16:30
  • Məqalə: 0
  • Şərh: 502
  • Bal:
{awards}

Qadın
Görünür, Əkizlərdən bu qadına müəyyən ikiləşmə miras qalıb. Bir tərəfdən, zəka, şüur, gözəl xasiyyət, insanlarla ünsiyyət qurmaq bacarığı işdə ona uğur qazanmağa kömək edir. Lakin elə həmin zəka və insanları anlamaq qabiliyyəti ona özü üçün yeganə və təkrar olunmaz hesab etdiyi kişini tapmağa mane olur. O, çoxları üçün sadiq və etibarlı dostdur, lakin heç cürə özünə uyğun partniyor tapa bilmir. Həssaslığını və sədaqətini yalnız öz partniyoruna hədiyyə etməyə hazırdır. Lakin özünə layiq kişilərə az rast gəlir və çox zaman gözlədiyi alovun şöləsində qızına bilmir. Az sayli təsadüfi əlaqələrində yalnız fiziki tələbatını təmin etmiş olur. Kişilər belə qadınları atmirlar, ureklerinde onlara qarshi boyuk hormet hissi ile sakitce uzaqlashirlar. Lakin eger bu qadin ne vaxtsa oz yarisina rast gelerse, onlarin nikahi aile xoşbəxtliyinin ən gözəl nümunəsinə çevrilir.

--------------------
Yüz dəfə zirvəyə baxinca bir dəfə də zirvədən bax

pure love

  • 11 may 2011 16:13
  • Məqalə: 0
  • Şərh: 69
  • Bal:
{awards}
Əkizlər
Sevgi Əkizlərə nəinki zövq verir, onu hətta buxovlayır. Azadlığa aparan yolda maneəye çevrildikdə isə Əkizlər qətiyyətlə sevgidən imtina edirlər. Əkizlər: Tərəzi, Dolça, Şir və Əkizlər yaxşı münasibətləri olur, Buğa ilə qismən, Balıqlar, Qız, və Oxatanla ümumiyyətlə yola getmirlər.
naminə qurban verəcək qadın tapılır. Lakin hətta bu qadın onunla normal ailə qurmağın qeyri-mümkünlüyünü anlayır və qoruyucu mələk rolu ilə kifayətlənir.


Yeva

  • 11 may 2011 14:14
  • Məqalə: 0
  • Şərh: 111
  • Bal:
{awards}
Super... Menim burcum EQREBdi. Menim burcumde yazilanlar sirf menim xasiyyetime uygundu. Oxuyanda ele hiss etdim ki, sanki ozum haqda oxuyuram. Men burclere inanmirdim ama oxuyannan sonra fikrimi deyisdim. Tesekkurler. smile

naz

  • 11 may 2011 13:12
  • Məqalə: 0
  • Şərh: 557
  • Bal:
{awards}
QIZ------- Qız üçün sevgi öz mənindən imtina etmək, bilmək istəmədiyi sirdir.Nəcib sədaqətə qadir olsa da, sevginin əsl mahiyyəti onun üçün qaranlıq qalır.
Bu bürc qadın Qızlara gözəllik və yumşaq xasiyyət, sədaqət və zəriflik, dolğun sevgi hissiyyatı kimi qadın üçün ən gözəl xüsusiyyətləri bəxş etmişdir. O, kişilər üçün çox cəzb edicidir, lakin bu xüsusiyyətindən qərəzli məqsədləri üçün istifadə etmir. Kişinin ondan zövq aldığını görmək ona sevinc getirir. Ondan həddən ziyadə ehtiras və hədsiz həyəcan gözləmək lazım deyil. O, incə hisslər və nəvaziş üçün yaranmışdır, bu da onun sevgi dünyasına tekrar olunmaz çalarlar qatır.

--------------------
SEVGI ETIR KIMIDIR,HAMIDA VAR AMMA HAMIDA ORIGINAL DEYIL...!

heyasiz204

  • 11 may 2011 12:04
  • Məqalə: 27
  • Şərh: 1190
  • Bal:
{awards}
tewekkuler wink oglaq

--------------------
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu bölüşməkdir

Inciciceyi

  • 11 may 2011 09:07
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Twwwwwk maraqli melumata gore

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

_RONALDO_

  • 10 may 2011 22:41
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
twklerrrrr





--------------------

Alice Wonder

  • 10 may 2011 21:57
  • Məqalə: 0
  • Şərh: 38
  • Bal:
{awards}
menm burcum bugadir. wink

Bu Menem

  • 10 may 2011 21:00
  • Məqalə: 61
  • Şərh: 1100
  • Bal:
{awards}
tws winked

Bu Menem,
baliqlar winked

meri

  • 10 may 2011 20:42
  • Məqalə: 0
  • Şərh: 217
  • Bal:
{awards}
Menim bürcüm QIz-dır.Çox doğru.

sevgi yalandir

  • 10 may 2011 20:04
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
Şir
Şirlər sevgidə gözəllik ideallarının həyata keçirilməsi vasitəsini görürlər. Şir sevgiyə və özünə aşiqdir. O, sevgini aliəcənablıqla bəxş edir, Çünki səxavətli olması ona məmnunluq gətirir. Şir sevdiklərindən minnətdarlıq və hörmət gözləyir, lakin özünü qurban vermənin dərinliyini tam olaraq anlaya bilmir. Şirlər: Əkizlər, Tərəzi və Oxatan bu cütlüklərlə ittifaqı uğurludur. Oğlaq, Əqrəb və Qız bəzən uğurlu olur. Buğa və Dolça heç vaxt yola getmirlər.

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Nigar

  • 10 may 2011 19:59
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
twkler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 44
Cəmi: 61

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 84
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}