Lal ölkənin kor insanları

 
Lal ölkənin kor insanları

Bugünkü yazımda lal dövlətimin kor insanlarından danışmaq istədim.
Biraz dərin və qalmaqallı mövzu olduğunu bilirəm. Fikirlərimlə razı olanda olacaqdır, qarşı çıxanda.
Amma bu mövzularda bu gün çox yazılmalıdır.
Çünki cəmiyyətimiz hər zaman çox şeyi görüb, heçnəyə səs çıxarmayan cəmiyyətdir.


Məmurumuz müdirinin rüşvət aldığını görüb kor olub və lal olaraq səsini çıxarmır. Susub oturur.
Amandır birinə deyərəm müdir məni işdən çıxarar. Yəni 100 manatın satılmış köləsi olmağı üstün görür.
Amma düşünmür sabah onada növbə gələcəkdir. Bu qədər qorxu nədən irəli gəlir.
Oxuyub gözlərinin nurunu tökürsən ali məktəbə qəbul olursan.
Çalışırsan iləri gedəsən, dərslərdə aktiv olasan amma o da olmur.


Imtahan gəlir çatır, qiymətlərinə təhsil haqqından daha çox pul verirsən.
Ay mənim lal ölkəmin kor tələbələri nə zamandək susacaqsınız, haqqınızı yedirəcəksiniz?
Nə zamanadək qorxaraq susub oturacaqsınız? Birtəhər ali məktəbi bitirirsən.
Sonra rüşvət verib işə girirsən.

Işdəki haqsizlığı görüb digər iş yoldaşına deyirsən, onunda sənə deyəcəyi tək şey vardır, başını sal aşağı işində ol.

Artıq oqədər lal qalmışıq ki bizim yerimizə torpaqlar dilə gəlib. Biz deyil onlar haqqını tələb edir.
Dönürəm tələbəmə baxıram dediyi söz ; onsuzda pulunu verib qiymətimi yazdıracağam niyə oxuyuram ki.
Buna da lal qalırıq. Ay mənim müəllimlərim siz necə rüşvət alaraq bu cəmiyyəti öldürürsünüz.
Axı düşünmürsünüzmü bu gün pul ilə təhsil verdiyin gənc sabah sənin övladına dərs deyəcəkdir.
Sən öz tələbənlə bərabər övladını da oldürürsən. Bax mən bunları görün səsini çıxarmayanlara cihat edirəm.

Niyə gənclərimiz Mübarizi örnək alaraq səsini çıxarmır.
Axı oda susqunluğa, haksızlığa, lal cəmiyyətin kor insanlarına dözməyib şəhit olaraq səsini çıxardı.
Yox bizim gənc üçün yarı çılpaq qadınların moda şəkilləri, Angelinanın döynəsi, Aygün Kazımovanın nə etdiyi maraqlıdır.
Onun üçün elm, torpaq dərdi, xalqın dərdi önəmli deyil.
Evimizdə tox yatarkən qonşumuzun ac yatması bizi maraqlandırmır.

Mc Donaldsa tərəddüt etmədən pul xərcləyərkən yoldakı dilənçi bizi maraqlandırmır.
Hələ dilənçi deyib yuxarıdan baxırıq, adam yerinə qoymuruq.
Ay mənim kor xalqım, nə zamana qədər görməyəcəksiniz? Xəstəxanada rüşvət verməsən xəstənə baxmırlar.
Bir stəkan su versə belə onunda pulunu istəyir. Ay kor cəmiyyətim, görün nə haldayıq.
Daha bəsdir kor qaldığımız. Qarabağ səsləyir bizi gəlin kar qalmayaq onun səsinə səs verək.
Daha kor qalıb görməməzlikdən gəlməyək.

Gözlərimiz Şuşanın, Xocalının şəkillərini görüb dərs alsın.


Geri dön

nilayka

  • 12 may 2011 20:07
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
cox maraqli idi sag ol

--------------------

Inciciceyi

  • 11 may 2011 09:08
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Tewekkur no

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Bu Menem

  • 10 may 2011 21:11
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
tws winked

Nigar

  • 10 may 2011 19:57
  • Məqalə: 11
  • Şərh: 207
  • Bal:
{awards}
tewekkurler

_RONALDO_

  • 10 may 2011 19:49
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
ILK SERH MENDEN TWK

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 28
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 475
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 40
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}