Игровой автомат 777 avtomati.biz.

Polis sizi hansı halda şöbəyə apara bilər?

 
Polis sizi hansı halda şöbəyə apara bilər?

Azərbaycanda vətəndaşların öz hüquqlarını bilməməsi bir çox hallarda onlar üçün problem yaradır, onların aldanmasına və digər xoşagəlməz halların ortaya çıxmasına səbəb olur. Belə hallar daha çox polis-vətəndaş münasibətində ortaya çıxır. Kimi məhkəmə qərarı təqdim olunmadan şəxsiyyət vəsiqəsini polis əməkdaşına verir, kimi evinə və üzərinə baxış keçirərkən polisdən müvafiq sənəd tələb etmir və sair.

Polis hansı hallarda vətəndaşı polis şöbəsinə apara və ya dəvət edə bilər?
-Vətəndaş tərəfindən ictimai asayiş pozularsa, konkret olaraq cinayət əməli baş verərsə, inzibati xətanın tərkibini yarada bilən az ehəmiyyətli hüquq pozuntusu belə baş verərsə, belə halda polis vətəndaşa yaxınlaşaraq özünü təqdim edir. Ya məsələ yerində həll olunur, ya da zərurət yaranarsa, vətəndaşı ərazi üzrə polis bölməsinə, sahə inspektorunun məntəqəsinə və yaxud da polis idarəsinə aparır. Bunun üçün vətəndaş tərəfindən mütləq qaydada inzibati xəta və yaxud da cinayət tərkibli əməl baş verməlidir.

Ola bilər ki, polisdə vətəndaşın üzərində narkotik vasitə olma ehtimalı, axtarışda olan cinayətkar olması, üzərində soyuq və yaxud isti silah olması barədə kifayət qədər məlumat var. Belə hallarda əsas varsa, polis vətəndaşa yaxınlaşıb məsələni araşdıra bilər. Vətəndaş yalnız polis ona əsassız yaxınlaşdığı halda etiraz edə bilər.

Vətəndaşların polis bölməsinə aparılmasına və yaxud dəvət olunmasına gəldikdə isə əgər vətəndaş ciddi cinayət əməlini törətməkdə təqsirli bilinmirsə, həmin zaman vacib işi varsa, işə gecikirsə o, işinin ardınca gedə bilər. Bir şərtlə ki, əgər vətəndaşın şəxsiyyəti, yaşayış yeri məlumdur, onun şəxsiyyəti
haqda polisdə kifayət qədər məlumat var və o qədər də ciddi cinayət əməli yoxdur. Bu halda o, gün ərzində özü könüllü olaraq polis şöbəsinə gedə bilər.
-Polis hansı halda vətəndaşın sənədlərini müsadirə edə bilər?

-Bəzən polis vətəndaşın şəxsiyyət vəsiqəsini, hərbi biletini, sürücülük vəsiqəsini ve s. alıb özündə saxlayır ki, bu, qətiyyən yolverilməz haldır və qanuna ziddir. Bunu polis nəfəri şübhəli şəxsin yayınmaması üçün edir. Amma sənədin əalınması yalnız və yalnız məhkəmənin müvafiq qerarından sonra işi araşdıran müstəntiq tərəfindən alına bilər. Bu qərar olmadan heç kimin vətəndaşın pasportunu almağa birmənalı olaraq hüququ yoxdur.

-Polis mülki geyimdə vətəndaşa yaxınlaşıb onu ərazi üzrə polis bölməsinə dəvət edə bilər?
-Əgər belə hal baş verirsə, bu halda polis nəfəri vətəndaşa özünü təqdim etməklə özünün həqiqətən də polis olmasını təsdiq edən sənəd göstərməlidir. Bu sənədin üzərində isə Daxili İşlər Nazirliyinin möhürü, nazir və yaxud da nazir müavinlərinin imzası olmalıdır.

-Şəxsi evlərdə hansı hallarda axtarış aparıla bilər?
-Polisin vətəndaşların üzərində və mənzillərdə axtarış aparması əvvəllər prokurorun sanksiyası ilə tətbiq olunurdu. İndi isə belə axtarış yalnız və yalnız məhkəmənin qərarı ilə həyata keçirilir. Əgər polisdə əvvəlcədən vətəndaşın hansısa cinayətdə şübhəli bilinməsi ilə bağlı məlumatı yoxdursa, məhkəmənin qərarı olmadan heç kim vətəndaşın üzərinə baxış keçirə bilməz. Baxış zamanı hal şahidlərinin iştirakı isə Sovet dövründən qalma bir prosesdir. Hazırda həm sivil, həm də yarımsivil ölkələrdə hal şahidindən imtina edilib. Hazırda bizdə də hüquqşunaslar, əməliyyatçılar və istintaqçılar təkliflə müraciət edirlər ki, prosesual qanunvericilikdə hal şahidi deyilən institut ləğv olunsun.

-Səbəb nədir?
-Səbəb çox sadədir. Deyək ki, məhkəmənin qərarı ilə gecə saat 02.00, 03.00, 04.00 və digər saatlarda kiminsə evinə təxirə salınmamaq şərti ilə baxış keçirilməlidir. Bu halda axtarışı həyata keçirən hüquq-mühafizə orqanı hal şahidini haradan tapacaq?! Bu saatda kiminsə qapısını döyüb onu hal şahidi kimi çağırmaq olmaz.


Geri dön

NELLY19

  • 11 may 2011 14:36
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
maraqli xeber ucun tewekkur edirem

moda_baz

  • 11 may 2011 14:05
  • Məqalə: 41
  • Şərh: 233
  • Bal:
{awards}
eeeh polislerdide bilmirler neden pul cixartsinlar am

killi

  • 11 may 2011 13:05
  • Məqalə: 0
  • Şərh: 36
  • Bal:
{awards}
polis aparir ogurluq,xuliqn,narkamaniyaya gore,adam oldurme ve adam vurma straf a gore bir sutqaliq ve avariya olanda

--------------------
bir gun bala meymun ana meymundan sorusur biz niye bu gundeyik ana deyir gor bu mesaji oxuyan ne gundedi!

panki

  • 11 may 2011 12:39
  • Məqalə: 3
  • Şərh: 87
  • Bal:
{awards}
maraqldi heqiqeten

--------------------
Yaxşılıq etmək hələ yaxşı insan demək deyil. əsas niyyətin yaxşı olmağıdır
_Kaş ki heç böyüməsəydim...yixilib dizim qanasaydi qəlbimin yerine .._.

calal_klas11@mail.ru

★Adriana★

  • 11 may 2011 11:22
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
tesekkurleerrrrrrrr

--------------------

Inciciceyi

  • 11 may 2011 08:47
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Tewekkur edirem

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

ELIZA29

  • 11 may 2011 01:55
  • Məqalə: 0
  • Şərh: 208
  • Bal:
{awards}
TEWEKKURLER. MENE ELE GELIR HAMI OZ HUQUQUNU BILSE YXWI OLAR

Nigar

  • 10 may 2011 22:50
  • Məqalə: 11
  • Şərh: 207
  • Bal:
{awards}
Tewekkurler

_RONALDO_

  • 10 may 2011 22:33
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
tesekurlerrrrr

--------------------

Bu Menem

  • 10 may 2011 22:25
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
tws winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 36
Cəmi: 52

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 441
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 27
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}