Eurovision-2011-in finalında

 
Eurovision-2011-in finalında


Dünən Almaniyanın Düsseldorf şəhərində
Eurovision-2011” Mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

I yarımfinalda 19 ölkə - Albaniya, Ermənistan, Finlandiya, Gürcüstan, Norveç, Polşa,
Rusiya, Serbiya, İsveçrə, Türkiyə, Azərbaycan, Xorvatiya, Yunanıstan,
Macarıstan, İslandiya, Litva, Malta, Portuqaliya, San-Marino
final uğrunda yarışıb.

Səhnəyə ilk olaraq Polşalı Magdalena Tul “Jestem” mahnısı ilə çıxıb.

2-ci sırada Norveç təmsilçisi Stella Miangi “Haba Haba” mahnısını ifa edib.

Ardınca Albaniyanın xarizmalı ifaçısı səhnə alıb. Qeyd etmək yerinə düşər ki,
bu ifaçı bu il müsabiqənin ən yadda qalan simalarından hesab olunur.

Sıralamanı Ermənistan iştirakçısı davam etdirib, yeri gəlmişkən o, milli finalı qalmaqalla qazanıb.

Azərbaycanın simpatiyası olan Türkiyənin “Yüksək Sadakat” qrupu Ermənistan
ifaçısından sonra çıxış edib. Lakin bu qrupu türklərin özləri bəyənmirlər.

Daha sonra yarışmanın ən pozitiv ifaçılarından olan Serbiyalı müğənni Nina “Çaroban” mahnısı ilə səhnə alıb.

Serbiaylı ifaçıdan sonra Aleksey Vorobyev “Get you” mahnısını Düsseldorf səhnəsində oxuyub.

İsveçrəli müğənni Anna Rossinelli “In Love For A While” (“Nə qədər ki sevirəm”) mahnısı ilə
səhnədə 8-ci ifaçı olub. Bu mahnı əvvəlcə internet səsverməsi ilə yeddi mahnı arasından,
sonra isə tamaşaçı və peşəkar münsifin rəyi ilə seçilib. “Eurovision -2011” müsabiqəsində
ölkəsini təmsil etmək şansı qazanan Anna Rossinelli İsveçrənin finala vəsiqə qazanmasına
çalışacağını bildirib. Əgər təmsilçi bu arzusunu həyata keçirə bilsə, o zaman
İsveçrə müsabiqədə son beş il müddətində ilk dəfə finala vəsiqə qazanmış olacaq.

Qeyd edək ki, İsveçrə “Eurovision” müsabiqəsinin ilk qalib ölkəsi olub.

Daha sonra Gürcüstanın ifaçısı mübarizəyə qoşulub.
Maraqlıdır ki, bu ölkə artıq 3 ildir, Sofo adı ilə müxtəlif müğənniləri müsabiqəyə yollayır.

Ötən il əkiz bacıları müsabiqəyə yollayan Finlandiyadan bu il Paradise Oskarı “Da da dam”la çıxış edib.

Glen Vella – “One Life”, növbəti çıxış Maltalı müğənninin olub.

Ardınca çıxış edən San-Marinolu ifaçı yarışmanın kifayət qədər diqqət görən və alqış alan ifaçılarından olub.

Xorvatiya və Macarıstan müğənnilərinin çıxışları isə yaddaqalan olmayıb.
Portuqaliyalı fanatlarından dəstək alan “Homens da Luta” qrupu böyük ruh yüksəkliyi ilə oxuyub.
Litva “Bu mənim həyatımdır” mənasını daşıyan mahnısını ingilis dilində oxuyub və sonra doğma
dilində ifada tərcümə edib. Bu ifanı orijinal və yenilik hesab etmək olar.

Nəhayət, Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçiləri Eldar Qasımov və
Nigar Camal Düsseldorfda romantik “Running Scared” mahnısını ilə səhnədə görünüblər.

Yarımfinalın sonuncu ölkəsi Yunanıstan olub, bu ölkəni iki oğlan - Lukas Yorkas və Stereo
Mayk, ingilis-yunan dueti olan “My Dance” mahnısı ilə təmsil edib.

19 ölkədən cəmi 10-u mayın 14-də keçiriləcək final mərhələsində iştirak hüququ qazanıb.

Bunlar Finlandiya, Gürcüstan, Rusiya, Serbiya, İsveçrə,
Azərbaycan, Yunanıstan, Macarıstan, İslandiya, Litva olub.

Malta, Portuqaliya, San-Marino, Albaniya, Ermənistan, Norveç,
Polşa, Türkiyə, Xorvatiya isə müsabiqədən məğlub ayrılıb.

Səsvermədə həm tamaşaçılar, həm də münsiflər iştirak edib.
Eyni zamanda, bu il səsvermə həm də teleqraf əsasında keçirilib.

Qeyd edək ki, bu səsvermə sistemi müsabiqədə yenilik sayılır.


Geri dön

kiskanc

  • 3 iyul 2011 00:49
  • Məqalə: 2
  • Şərh: 2345
  • Bal:
xeber ucun tesekkurler

nilayka

  • 13 may 2011 19:28
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
twk xeber ucun smile

--------------------

WOlkadav

  • 12 may 2011 16:22
  • Məqalə: 0
  • Şərh: 114
  • Bal:
{awards}
ugurlar Ell&Niki

Inciciceyi

  • 12 may 2011 09:59
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Ugurlar vetendawlarimiza

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

-=EFSANE-XANIM=-

  • 11 may 2011 19:57
  • Məqalə: 8
  • Şərh: 844
  • Bal:
{awards}
ermenilerin uduzmasi cox xowuma geldi,hemiwe bele davam etsinler

ermenilerin uduzmasi cox xowuma geldi,hemiwe bele davam etsinler

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !

_RONALDO_

  • 11 may 2011 19:29
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
NE YAXSI BIZIMKILER KECIB

--------------------

_DreaM_

  • 11 may 2011 18:26
  • Məqalə: 450
  • Şərh: 1395
  • Bal:
{awards}
HMİSİNA UGURLAR..

--------------------

lider

  • 11 may 2011 16:35
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
XEBER YOXDU NiYE? QUTARSAYDILAR BiRCE BAWIMIZ DiNCELERDi

Aleyra

  • 11 may 2011 16:25
  • Məqalə: 4
  • Şərh: 665
  • Bal:
{awards}
Tewekkurler

moda_baz

  • 11 may 2011 16:24
  • Məqalə: 41
  • Şərh: 233
  • Bal:
{awards}
UQURLAR AZERBAYC[/color[color=#009900]]ANA TWK

NELLY19

  • 11 may 2011 16:22
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqli xeber ucun tewekkur edirem

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 45
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}