Bu il çimərliklərdə vətəndaşları nə gözləyir?

 
Bu il çimərliklərdə vətəndaşları nə gözləyir?



[color=#FF0000]Hələ ki, Bakı çimərliklərində sükut hökm sürür. Bu sükutu isə yalnız dalğaların səsi pozur. Bəlkə də 1 aydan sonra çimərliklərdə iynə atsan, yerə düşməyəcək. Aydın məsələdir ki, çimərlik mövsümü başlayan kimi dəniz həvəskarları da sahil kənarına axışacaqlar.

Qeyd edək ki, hər il may ayından başlayaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Sanitariya xidməti Xəzər dənizində suyun tərkibini araşdırır və onun profilaktikası məqsədilə müayinələr həyata keçirir. Bura suyun həm laborator müayinəsi, həm də sanitar-kimyəvi, bakterioloji müayinəsi daxildir. Bu il isə monitorinqlər deyəsən bir qədər gecikəcək. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Sanitariya xidmətinin rəhbəri Ziyəddin Kazımov bunu havanın hərarətinin yüksəlməməsi ilə əlaqələndirir:

"Dəniz suyunun laborator müayinəsi o vaxt keçirilir ki, dəniz suyunun hərarəti 17 dərəcədən yuxarı olsun. Vəba və kəskin mədə-bağırsaq sistemi xəstəliklərinin profilaktikası ilə əlaqədar olaraq biz hər il olduğu kimi bu il də yay mövsümündə artıq may ayından başlayaraq, oktyabr ayının 1-dək bütün tədbirləri həyata keçircəyik", deyə Z. Kazımov bildirdi.

Ziyəddin Kazımov deyir ki, bu müddət ərzində çimərliklərin hazırlıq vəziyyəti öyrənilərək müvafiq qurumlar, o cümlədən yerli icra hakimiyyəti orqanları, özəl sektor rəhbərləri və hüquq mühafizə orqanları məlumatlandırılır. Çirklənmiş ərazilər aşkar olunan zaman isə bu ərazilərdə çimmək qadağan edilir:

"Ötən il biz bu tədbirləri həyata keçirdik və 2 çimərliyin fəaliyyətinin qadağan olunması barədə qərar qəbul etdik. Bu il də müayənələrin nəticələrinə istinadən qeyri-qənaətbəxş cavablar olarsa, həmin ərazilərlə bağlı qərar çıxaracağıq", deyə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Sanitariya xidmətinin rəhbəri bildirdi.

Qeyd edək ki, dənizin çirklənmə göstəricisi orada olan bağırsaq çöplərinin miqdarına görə müəyyən olunur. Ərazisində bağırsaq çöpləri norma daxilində olan çimərliklər vətəndaşların istirahəti üçün qənaətbəxş, normadan artıq olanlar isə təhlükəli hesab olunur. Ziyəddin Kazımov ötən il normadan artıq çirklənməyə məruz qalan Səbail rayonu ərazisində yerləşən Şıx çimərliyi və Qaradağ rayonu ərazisində olan sahil çimərliyində yoxlamaların bu il daha intensiv keçiriləcəyini deyir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Sanitariya xidmətinin rəhbəri onu da qeyd edir ki, dənizə axıdılan məişət çirkab sularının təmizlənməsi məqsədilə yeni mobil tipli təmizləyici qurğular quraşdırıldığından bu il dəniz suyunun da nisbətən təmiz olacağına ümid bəsləmək olar.

Qeyd edək ki, çimərliklərdə ilk monitorinqlərin nəticələri iyun ayının 10-dək məlum olacaq.
Artıq bu zaman hansı çimərliyin təhlükəsiz olmasını müəyyən edib seçiminizi də bu istiqamətdə reallaşdıra biləcəksiniz. Qalır digər məsələ, sadə vətəndaş istirahət etmək üçün pulsuz və eyni zamanda təhlükəsiz və qorunan çimərlik tapa biləcəkmi?

Bakı şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilir ki, paytaxtdakı bütün çimərliklər pulsuzdur. BŞİH-nin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırovun ANS PRESS-ə açıqlamasında bununla bağlı hər il olduğu kimi bu il də reydlərin keçirildiyini bildirdi.

“Birmənalı olaraq Bakı şəhərində, Xəzər dənizi sahilində fəaliyyət göstərən nə qədər çimərliklər varsa, ora giriş pulsuzdur. Ola bilər ki, turizm zonaları, xüsusi dövlət əhəmiyyətli yerlərə giriş qadağan olunsun. Amma dəniz kənarında fəaliyyət göstərən nə qədər çimərlik varsa, onların hamısına giriş pulsuzdur. Orada göstərilən bəzi xidmət sahələri var ki, bu, pullu ola bilər. Məsələn, çarpayılardan, çətirdən istifadə, soyunub-geyinmə otaqları, yuyunmaq üçün xüsusi hamamlar və digər xidmət üçün pul alına bilər. Əgər hansısa sahibkar dəniz kənarında xüsusi zona yaradıbsa, giriş üçün vətəndaşlardan pul alırsa, bu, qanunların pozulması sayılacaq. İnzibati Xətalar Məcəlləsində bununla bağlı xüsusi cərimələr nəzərdə tutulub. Ötən illərdə belə hallar aşkarlanıb. Onlara qarşı xüsusi inzibati cəzalar tətbiq edilib. Bakı şəhər İcra Hakimiyyətinin sərəncamını əsas tutaraq, belə hallarla mübarizə zamanı Bakı şəhər Baş Polis İdarəsinin qüvvəsindən istifadə etmişik. Bu il də dəniz mövsümü açılanda, biz öz fəaliyyətimizi davam etdirəcəyik”, - deyə Əliabbas Bağırov vurğuladı.

Təki Ə. Bağırovun dediyi kimi olsun. İnşallah bu il çimərliklər vətəndaşlarımızı təəccübləndirər. Və hamının dəniz qırağında istirahət etmək hüququ pozulmaz. Əks təqdirdə, dəniz sahillərinin, hətta dəniz suyunun da çəpərlənərək ayrı-ayrı şəxslərin nəzarətinə verildiyinin şahidi oluruq ki, burda nəinki müxtəlif xidmətlərin, hətta girişin də pullu olduğunun şahidi oluruq. Nisbətən yoxsul təbəqə isə məcbur olub üz tutur çimmək qadağan olunan çimərliklərə ki burada da nəinki su insan sağlamlığı üçün təhlükəlidir, heç bir suda xilasetmə xidməti olmur.

Fövqəlada Hallar Nazirliyində (FHN) dəniz mövsümü ilə əlaqədar müəyyən təhlükəsizlik tədbirlərinin görüldüyü bildirilir. Bu barədə FHN-nin Dövlət Sularda Xilasetmə Xidməti qurumunun müdiri Rauf Səlimov açıqlamasında bildirdi.

Qeyd edək ki, FHN-nin strukturuna daxil olan 42 xilasetmə məntəqəsi, postu və axtarış qrupu fəaliyyət göstərir. Onlardan 24-ü Bakı və Abşeron yarımadasının payına düşür. Digər 18 məntəqə respublikanın müxtəlif rayonlarında, yəni su hövzələrinin kənarlarında fəaliyyət göstərir.

“Çimərlik mövsümü qabaqdadır. Bununla bağlı biz əhaliyə müraciət edirik ki, diqqətli olsunlar. Çimərliyə gələn insanlar həmin ərazidə xilasetmə məntəqəsinin, xilasedicilərin və təcili tibbi yardım həkimlərinin olmasına diqqət yetirməlidirlər. Çimərliyə üz tutarkən nəzarətsiz, qadağan olunmuş ərazilərdə çimməsinlər. Qoyulmuş xəbərdaredici və maarifləndirici lövhələrin tələblərinə riayət etsinlər. Bu lövhələri sındırmaq, onlardan şəxsi məqsədlər üçün istifadə etmək qəti qadağandır. Ən əsası, orada fəaliyyət göstərən xilasedicilərin tələblərinə, onların çağırışlarına mütləq əməl etməlidirlər. Çünki, fəaliyyət göstərən xilasedici ərazinin coğrafi quruluşunu, sualtı axınları, qayalıqları, dərinlikləri daha yaxşı tanıyır. Bu baxımdan hər bir xilasedicinin çağırışına sözsüz əməl edilməlidir”, - deyə Rauf Səlimov qeyd etdi.

Məlumat üçün bildirək ki, ən təhlükəli, ən çox ölüm hadisəsi qeydə alınan ərazilər Mərdəkan istiqamətində Mil-Qaya deyilən ərazi, Buzovna istiqaməti (həmin ərazidə burulğanlar, sualtı axınları olur), Novxanı-Corat aralığı (orada dəmir-betok konstruksiyalar quraşdırılıb) və s. zonalardır. Ora xüsusilə gənclər gedir. Bu da bədən xəsarətilə nəticələnir. Yaxud adam dəmir-beton kostruksiyanın altında qalır. Ümumiyyətlə, sahilboyu ərazidə quraşdırılan bütün lövhələrin tələblərinə riayət edilməlidir. Əgər insanlar xilasetmə xidmətinin fəaliyyət göstərdiyi məntəqələrin ərazilərində istirahət etsələr, suda boğulanları sayı azalar.

Çimərliyin pullu, yaxud da pulsuz olmasına gəlincə, FHN rəsmisi bunun onların səlahiyyətli çərçivəsində olmadığını bildirdi. Onun sözlərinə görə, xilasedicilər həm pullu, həm də pulsuz çimərliklərdə fəaliyyət göstərir.

Hazırda havanın əlverişsiz olmasına və dənizdə çimməyə rəsmi icazə verilməsə də, buna məhəl qoymayanlar var. Bunu ANS PRESS olaraq araşdırma apararkən, dəniz sahilindəki kafelərdə çalışanlar bildirdi. Lakin dəniz sahilinin çirkli olması çimərliklərin hələ qonaq qəbul etməyə hazır olmadığına işarə verir.

Sonda bütün vətəndaşlara qarşıda gələn yay mövsümünü xoş və xəta-bəlasız keçirmələrini arzulayırıq.
[center]


Geri dön

nilayka

  • 13 may 2011 19:50
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
belay smile

--------------------

Inciciceyi

  • 12 may 2011 09:41
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twk xeber gore

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

... Deryam ...

  • 12 may 2011 00:29
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
BIZIM DENIZDE CIMMEKDENSE SEYR ETMEK DAHA YAXWIDIII.....

--------------------

lider

  • 11 may 2011 23:31
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
TWKKR. MEN HEC YAN KECMiREM HEC

barbie doll

  • 11 may 2011 21:09
  • Məqalə: 1
  • Şərh: 354
  • Bal:
{awards}
EZIYYETE GORE TESEKKURLER

--------------------
♥♥♥♥♥♥♥♥♥♥♥sen PIYONSUN ben sah sen kaybedersen en fazla 2 puan gider,SEN BENI KAYBEDERSEN OYUN BITER!♥♥♥♥♥♥♥♥♥♥♥

_RONALDO_

  • 11 may 2011 19:15
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
NE GOZLEYIR??????COX IDI DEYE OXUMADIM

--------------------

_Lucia_17

  • 11 may 2011 18:36
  • Məqalə: 0
  • Şərh: 417
  • Bal:
{awards}
denizde cimmek hec xosuma gelmir ancaq denizi seyr elemeyi xoslayiram

--------------------
Gözlə öz nəfsini,öz izzətini,
Tapdaq etməsinlər heysiyyətini.Ə.Xəqani

NELLY19

  • 11 may 2011 17:44
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
xebere gore tewekkur edirem

samir_252

  • 11 may 2011 17:43
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
TESEKUR EDIREM

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 42
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}