28 May

 
28 May

XX əsrin 80-ci illərinin sonu - 90-cı illərin əvvəlində Azərbaycanda başlanmış milli-azadlıq hərəkatı bolşevik rejiminin süqutunu yaxınlaşdırdı. Xalqın təkidli tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası dövlətin adını dəyişdirərək "Azərbaycan Respublikası" adlandırdı. AXC-nin üçrəngli, ay-ulduzlu bayrağı bu respublikanın da dövlət bayrağı kimi təsdiq olundu. Həmin ilin mayın 21-də verilmiş xüsusi fərmanla 28 may Respublika Günü elan edildi.

1918-ci ilin aprelin 25-də Şaumyan başda olmaqla xalq kosmisarları soveti yaradıldı. Cəmi bir aydan sonra artıq iki hakimiyyət var idi. Tiflisdə müstəqil Azərbaycan Cumhuriyyəti, Azərbaycanın özündə isə daşnak Şaumyanın başçılığı ilə Xalq Komissarları Soveti. 18 gün Tiflisdə fəaliyət göstərdikdən sonra Aərbaycanın Milli Şurası Gəncəyə köçdü. Beləliklə, Azərbaycanın bir qütbündə- Gəncədə Azərbaycan milli höküməti, Bakıda isə daşnak höküməti fəaliyyət göstərirdi. Şaumyan başa düşürdü ki, Gəncədə yerləşən milli hökümət xalqın dəstəyinə arxalana bilər. Bu səbəbdən mərkəzdən yeni hərbi qüvvə tələb olundu. Məqsəd Gəncə istiqamətinə yürüş edərək, milli höküməti elə beşiyindəcə boğmaq idi. Bu istəyi reallaşdırmaq üçün Gəncə istiqamətində hərəkət başlandı. Azərbaycan milli höküməti isə Nuru paşanın rəhbərlik etdiyi Türk Ordusuna arxalanaraq, Bakı istiqamətinə hərəkət etdi. 1918-ci il iyulun 27-də Göyçay ətrafındakı döyüşdə bolşeviklərin dəstəsi darmadağın edildi və şaumyan Xalq Komisarları Şurasının istefasını elan etdi. Amma əvəzində Bakıda milli hökümət yox, Kaspi diktaturası yaradıldı. Bu, ingilislərin artıq Bakıda faktiki hakimiyyətə gəlməsi idi.

Nuru paşanın hərbi qüvvəsinə arxalanan Azərbaycan höküməti 1918-ci il sentyabrın 15-də Bakıya daxil olur və Azərbaycan milli höküməti bütün Azərbaycanda siyasi hakimiyyəti ələ alır. 1918-ci ilin dekabrın 7-də Azərbaycan parlamentinə seçkilər keçirilir. Azərbaycan parlamentli respublika elan edilir. Milliyyətçilik, türkçülük, azərbaycançılıq, milli dövlətçilik, istiqlalçılıq, bərarbərlik, cümhuriyyətçilik kimi anılan müsavatçılıq ideologiyasının, Müsavat firqəsinin əsası qoyulur. «İnsanlara hürriyyət , millətlərə istiqlal» şüarı Azərbaycanı qurtuluşa haraylayan çağırış oldu. Şərqdə ilk demokratik cümhuriyyət yarandı. Bu hakimiyyət 23 ay faliyyətdən sonra 1920-ci il aprelin 27-də 11-ci ordunun müdaxiləsi nəticəsində süqut etdi. Və düz 71 il. Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra xalq cümhuriyyətinin idealarını davam etdirərək, bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratdı.

28 May 28 May 28 May

Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 92 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Məmmədəmin Rəsulzadənin,Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalmışdır. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən biri tədris müəssisələrinin milliləşdirilməsi oldu. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti Dövlət Universitetinin təşkili haqqında qanun qəbul etdi və bununla milli təhsil ocağının əsası qoyuldu. Demokratik Respublika dövründə kitabxana və muzey işinin quruluşunda böyük yeniliklər edilmişdir. Azərbaycan hökuməti geniş oxucu kütləsinin ehtiyaclarını ödəmək üçün Bakıda ümumi kitabxana təşkil etmək məsələsini qaldırmışdır. 1920-ci ilin apreli üçün Azərbaycanda 95 min nüsxə kitab fondu olan 11 kitabxana var idi. Azərbaycanda ilk muzey “İstiqlal” muzeyi təşkil olunmuşdur. Eyni zamanda Bakıda etnoqrafiya muzeyinin yaradılması haqqında Maarif Nazirliyi qarşısında məsələ qaldırılmışdır. Xalq Cümhuriyyətinin zəngin və rəngarəng, orijinal mətbuatı olmuşdur. 1918-20-ci illərdə Bakıda, Gəncədə və respublikanın digər şəhərlərində onlarca qəzet və jurnal nəşr olunmuşdur.


28 May 28 May 28 May

İstiqlal dövrü milli teatr sənətinin, poeziyanın, dramaturgiyanın ümumiyyətlə incəsənətin inkişafında çox mühüm və maraqlı bir dövrdür. 1918-ci ilin oktyabrında Bakıda Hacıbəyli qardaşları tərəfindən teatr truppası yaradılmışdır. Azərbaycan hökuməti türk teatr truppasını öz himayəsinə almışdır. Ümumiyyətlə istiqlal dövrü teatrın inkişafında əsaslı keyfiyyət dəyişiklikləri, dövlətin teatr sənətinə fəal yardımı teatrın cəmiyyətin həyatında rolunu artması ilə əlamətdardır. Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi.

Azərbaycan Türklüyününü tarixində qlobal baxımdan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması hələ də mahiyyəti tam dəyərləndirilməmiş bir hadisədir. Biz - Azərbaycan millətçilərinə görə, VII-VIII əsrdə Azərbaycan Türklüyünün “Alban” dövründəki öz dövrü üçün qabaqcıl milli dövlətçilik formasından 1200 il sonra AXC milli ideya əsasında yaranmış ilk dövlət qurumu idi. Belə ki, islam dövründə, 1200 il ərzində Azərbaycan Türklüyü yalnız qövmi və dini əsasda dövlət qurumları yaradırdı. Doğrudur, bəylik, xanlıq və islam dövründə təzahür etmiş digər Türk dövlət qurumları öz kökü ilə islamdan əvvəlki türk dövlətçilik şüurunun məhsulları idi. Lakin bu dövlət şüurunun məhsulları milli ideyanı daşımırdı və fəal etno-milli qüvvələr qarşısında tez məhv olurdu (məsələn, Türkün yaratdığı Qacar dövlətinin sonda fars İranına çevrilməsi).

Biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır
.


Geri dön

R_A_P_U_N_Z_E_L

  • 24 noyabr 2011 20:01
  • Məqalə: 36
  • Şərh: 2964
  • Bal:
tesekkurler xebere gore

_C.Ronaldo_

  • 30 sentyabr 2011 22:33
  • Məqalə: 29
  • Şərh: 186
  • Bal:
{awards}
Haminizi semimi qelbden 28 may Respublika gunu munasibetile tebrik edirem=))

--------------------
....All right....I love you.....LeGeNd.Az....

Zehra MeLeK

  • 2 sentyabr 2011 16:17
  • Məqalə: 7
  • Şərh: 622
  • Bal:
{awards}
tesekkurler cox sagol

mirkamal97

  • 9 avqust 2011 23:26
  • Məqalə: 48
  • Şərh: 408
  • Bal:
{awards}
tesekkurler

--------------------
ne qeder yasadigin vacib deyil .Vacib olan Serefle yasamagindir

kiskanc

  • 2 iyul 2011 17:10
  • Məqalə: 2
  • Şərh: 2312
  • Bal:
{awards}
yasasin azerbaycanim


yasasin azerbaycanim
var ol

miniwinx

  • 3 iyun 2011 23:06
  • Məqalə: 0
  • Şərh: 335
  • Bal:
{awards}
Tebrikler Azerbaycan lol

--------------------
Dost deniz qiragindaki dashlara benzeyir, once bir-bir toplayirsan sonra tek tek denize atirsan, amma bezileri var atmaga qiymirsan, Sen bax o qiymadiqlarimdansan.......

muard

  • 28 may 2011 22:13
  • Məqalə: 0
  • Şərh: 68
  • Bal:
{awards}
Lamiye94,

--------------------
C.Ronaldo yek
Messi key

Casper

  • 28 may 2011 22:10
  • Məqalə: 47
  • Şərh: 650
  • Bal:
{awards}
Hamini bayram munasibetile tebrik edirem...

--------------------
Only GODcan judge me!!!

Cant_Breathe

  • 28 may 2011 22:06
  • Məqalə: 64
  • Şərh: 1389
  • Bal:
{awards}
Tebrikler :)

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..

Mulayim

  • 28 may 2011 21:49
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
{awards}
tesekkurler.....

mulatka)))

  • 28 may 2011 21:42
  • Məqalə: 0
  • Şərh: 52
  • Bal:
{awards}
haminizi urekden tebrik edirem

ASMIYA

  • 28 may 2011 21:40
  • Məqalə: 107
  • Şərh: 1516
  • Bal:
{awards}
AZERBAYCANLI OLAN HER KESI TEBRIK EDIREM. ALLAHIMA SUKURLER OLSUN KI, AZERBAYCANLIYAM. EN ESASI DA MUSELMANAM. COK SUKUR. wink

--------------------


_DENIZKA_

  • 28 may 2011 21:35
  • Məqalə: 25
  • Şərh: 240
  • Bal:
{awards}
Butun Azerbaycanlilari 28 May Respublika gunu munasibeti ile tebrik edirem...!!!

lider

  • 28 may 2011 21:30
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
{awards}
TEBRiKLER

MiLeyla

  • 28 may 2011 20:19
  • Məqalə: 0
  • Şərh: 3949
  • Bal:
{awards}
ISTIQLALIN MUBAREK AZERBAYCAN////////////////////TESEKKURLER

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

AliNikA

  • 28 may 2011 19:41
  • Məqalə: 117
  • Şərh: 1619
  • Bal:
{awards}
Tebrikler!

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!

beyaz melek

  • 28 may 2011 19:39
  • Məqalə: 58
  • Şərh: 1109
  • Bal:
{awards}
TEBRIKLER AZERBAYCAN!!!! smile

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR

Grace_Angel

  • 28 may 2011 18:31
  • Məqalə: 654
  • Şərh: 2273
  • Bal:
{awards}
Butun Azerbaycanlilari Respublika gunu munasibeti ile tebrik edirem...!!! Bu melumatlari da bilmeyenler de mutleq oxuyub faydalanarlar... Tekrar etdirdiyiniz ucun Tewekkur edirem!!!

--------------------

Life Is Beautiful

  • 28 may 2011 17:19
  • Məqalə: 7
  • Şərh: 35
  • Bal:
{awards}
Tebrikler Azerbaycan winked

--------------------
Жизнь удивительная штука. Сначала экзамен, а потом уроки.

David Villa

  • 28 may 2011 17:14
  • Məqalə: 2
  • Şərh: 94
  • Bal:
{awards}
Yaşasın Azərbaycan Respublikası!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
!

--------------------
Soruşma ki, sənin ölkən sənin üçün nə edə bilər, soruş ki, sən ölkən üçün nə edə bilərsən.

Lovable boy

  • 28 may 2011 16:27
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
her kesi tebrik edirem

samir_252

  • 28 may 2011 16:27
  • Məqalə: 45
  • Şərh: 1598
  • Bal:
{awards}
TEBRIK edirem yasasin Azerbaycan,yasasin Azerbaycan xalqi.

Willow smith

  • 28 may 2011 15:51
  • Məqalə: 52
  • Şərh: 1018
  • Bal:
{awards}
TEBRIK edirem yasasin Azerbaycan,yasasin Azerbaycan xalqi.

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...

CandyGirl

  • 28 may 2011 15:12
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
mende tebrik edirem yasasin azerbaycamn

--------------------

By DOĞRU

  • 28 may 2011 14:40
  • Məqalə: 22
  • Şərh: 122
  • Bal:
{awards}
Bayraminiz mubarek ey Azerbaycanli baci ve qardashlarim. Hemiwe qelebe ichinde yashamishiq ve yashayacagiqda bu qeder igid ogullarimiz oldugu muddetde

--------------------
‎"Şeytana niye kızıyorsun ? Bir iyilik yap da o sana kızsın."

Just For Legend

  • 28 may 2011 14:27
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
Men de hamimizi Respublika gunu munasibeti ile tebrik edirem

--------------------

Memmedzade_Mesume

  • 28 may 2011 12:57
  • Məqalə: 34
  • Şərh: 554
  • Bal:
{awards}
Təbrik edirəm Azərbaycanlıları !

--------------------
"HəYaT MəNiMSə əGəR HeçKiM QaRışa BiLMəZ
Və BiLiRəM ki HəR KəSLə DoST oLuNMaZ.
SeVGiYə GəLdiKDə BiR DəFə SeVdiM,
BiR DaHa işiM oLMaZ

E_M_O

  • 28 may 2011 12:50
  • Məqalə: 0
  • Şərh: 547
  • Bal:
{awards}
HAMINIZI TEBRIK EDIREM

Morning_Star

  • 28 may 2011 12:21
  • Məqalə: 47
  • Şərh: 813
  • Bal:
{awards}
Sitat: aysel16
insallah cenubi ve simali azerbaycanimizin birlesdiyi gunu de bayram ederik

İnşallah.Mən də bütün Azərbaycan xalqını bayram münasibəti ilə təbrik edirəm!

aysel16

  • 28 may 2011 12:10
  • Məqalə: 96
  • Şərh: 407
  • Bal:
{awards}
insallah cenubi ve simali azerbaycanimizin birlesdiyi gunu de bayram ederik

--------------------
<< ƏvvəlkiSonraki >>
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 52
Cəmi: 72

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 65
Cəmi: 242
 
NIGAR
Xəbərləri: 65
Cəmi: 881
 
Limon qoxusu
Xəbərləri: 60
Cəmi: 83
 
Nergiz__Sirinova
Xəbərləri: 31
Cəmi: 552
 
aytc.sza
Xəbərləri: 29
Cəmi: 30
 
Lmzade
Xəbərləri: 28
Cəmi: 31
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 18
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}