Kişilərin keçəlləşməsinə səbəb nədir?

 
Kişilərin keçəlləşməsinə səbəb nədir?

Son illər kişilərdə dazlaşma problemi qlobal xarakter almağa başlayıb. Günün aktuallığını nəzərə alaraq, saç problemləri və onun aradan qaldırılma üsulları haqqında Bakı şəhər Dəri Zöhrəvi Dispanserliyin baş həkimi Rəşad İsmayılovla müsahibə hazırlamaq qərarına gəldik.

- Saç tökülməsi problemi son illər özünü daha qabarıq şəkildə biruzə verir. Dazlaşmaya hansı amillər səbəb olur?
- Son illər ümumi həyat şəraitinin çətin olması, qorxu, həyəcan və s. dazlaşmanın çoxalmasına səbəb olan amillərdir. Qidalanmanın pozulması, bioloji aktiv maddələrin daha çox olması, ətraf mühitin çirklənməsi, ekologiyanın pozulması kimi hallar da saç tökülməsinə səbəb olur. Bundan başqa, ümumi xroniki xəstəliklərin artması fonunda saç tökülməsi çoxalır. Saç tökülməsinə səbəb olan faktorlardan biri də insanın çoxlu miqdarda antibiotik qəbul etməsidir. Dazlaşmaya ən çox kişilərdə təsadüf olunur. Bu da qanda cinsi hormonların, androgenlərin həddən artıq olması nəticəsində baş verir.

- Gənclərdə dazlaşma daha çox nəzərə çarpır. Sizcə, buna hansısa qlobal problem səbəbdir?

- Cavanlarda saç tökülməsi çox hallarda irsi xarakterlə yanaşı kompleks problemlər nəticəsində baş verir. Gərgin iş rejimi, qidalanmanın düzgün olmaması və saça düzgün üsulla qulluq edilməməsi saçın tökülməsinə səbəb olur.

- Bəs texniki tərəqqinin, şüalanmanın saç tökülməsinə təsiri varmı?
- Bəli. Saç tökülməsinin səbəblərindən biri də kənar şüalanmanın həddən artıq olmasıdır. Şüalanma zamanı saçların inkişaf mərhələsi azalır, tökülmə mərhələsi çoxalır. Yəni saçlar başlayır kütləvi surətdə tökülməyə. Əgər gündə 100-dən artıq saç tökülürsə, bu, dazlaşma kimi izah olunur.

- İlkin saç tökülməsinin qarşısını almaq üçün nə etmək lazımdır?
- İnsan ilk növbədə müayinə olunmalıdır. Saç tökülməsinin səbəbi tapılmalıdır. Bundan sonra saç tökülməsinə səbəb olan problem aradan qaldırılmalıdır. Yaranmış qüsur aradan qaldırıldıqdan sonra saçla bağlı müalicə aparılmalıdır. Çünki saç tökülməsinə səbəb olan problem həll olunmadıqda, dazlaşmanın müalicəsi heç bir effekt verməz. Adətən xəstədən saç tökülməsinin 3 ay bundan əvvəlki vəziyyəti soruşulur.

- Saçı möhkəmlətmək üçün nə etmək lazımdır?
- Saçın möhkəmlənməsi üçün mütləq bol vitamin, çoxlu meyvə-tərəvəzdən istifadə etmək lazımdır. Bir də saçın ümumi təmizliyinə fikir verilməlidir. Saç nə qədər gec yuyulursa, onun tökülmə sürəti bir o qədər artır. Saç orta hesabla həftədə 2-3 dəfə yuyulmalıdır.

- Suda olan yod çatışmazlığı, yaxud suyun codluğunun saç tökülməsinə təsiri varmı?
- Bu zaman qalxanvari vəzilərin funksiyasının pozulması saç probleminə səbəb ola bilər. Yod çatışmazlığı yaranan zob xəstəliyi saç tökülməsilə nəticələnə bilər. Buna görə də saçlar təmiz su ilə yuyulmalıdır.

- Saçı tökülən bəzi insanlar soğan, sarımsaq və s. vasitələrdən istifadə edir. Doğrudanmı bunların xeyri var?
- Bu hissəvi saç tökülməsində tük dibini qıcıqlandırmaq üçün xeyrlidir. Bu zaman sarımsaqdan, soğan və s. istifadə edirlər. Bu üsul ən çox qadınlarda daha effektli olur.

- Bəs irsi saç tökülməsi müalicə olunurmu?
- Ümumi tük dibini genişləndirən dərman preparatları var. Tük molekullarında qan təchizatını sürətləndirən, vitamin terapiyalar və s. kimi müalicə üsulları var. Bu zaman piy vəzilərinin funksiyaları normaya salınır. Belə müalicə üsulları saç tökülməsinin qarşısını alır. Ümumiyyətlə irsi saç tökülməsinin qarşısını almaq çətin prosesdir.

- Hazırda dövlət müəssisələrində saç problemlərilə məşğul olan yerli mütəxəssislər varmı?
- Dəri Zöhrəvi Dispanserinin xüsusi bir şöbəsi saç və onun xəstəliklərini əhatə edir. Bu sahədə ixtisaslı yerli həkimlər çalışır.

- Saç tökülməsinin qarşısını almaq baha başa gəlir?

- Özəl sektorlarda müayinə ilə birlikdə 300 manata yaxın bir məbləğ edir. Ümumiyyətlə, dazlaşmanın müalicəsi uzun, həm də bir az xərc tələb edən bir məsələdir. Bu mütəmadi müalicə tələb edən bir prosesdir.

- Son dövrlər saç əkilməsi istəyilə bağlı müraciətlər çoxalıbmı?

- Bəli, son zamanlar problemin aradan qaldırılmasında saç əkilmələrindən çox istifadə olunur.

- Saç əkdirmənin sonradan hansısa bir mənfi təsiri ola bilərmi?

- Saç əkilməsinin insan orqanizminə heç bir mənfi təsiri yoxdur. Bu zaman ənsə nahiyyədəki tüklərdən götürülür, dazlaşma gedən nahiyəyə əkilir. Bəzən də ənsə nahiyyəsinin altına xüsusi gel vurulur və tük kökü genişləndirilir. Ön hissəyə qədər dartılır. Belə üsullar çoxdur. Bəzi hallarda əkilən tüklərdə inkişaf baş vermir. Bu zaman heç bir tədbir görmək mümkün deyil. Bu ümumiyyətlə çox çətin bir prosesdir. Bunun müalicəsi çox çəkən bir proseduradır.


Geri dön

NELLY19

  • 12 iyun 2011 21:36
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
Tesekkurler wink

babyzz

  • 4 iyun 2011 22:16
  • Məqalə: 0
  • Şərh: 116
  • Bal:
{awards}
Siz oldum (ruben_shara@yahoo.com)
My name Miss Shara, mən profil gün gördüm və maraqlı oldu, mən də daha çox bilmək kimi olacaq və sizə kimə bilmək üçün mənim şəkil verə bilər ki i, mənim e-poçt ünvanına e-poçt göndərmək istəyirəm i am.Here mənim e-mail (ruben_shara@yahoo.com) Shara above.Miss biz (mənim e-mail poçt gözləyirəm here.I dən hərəkət edə bilər və ya məsafə unutmayın rəng fərqi yoxdur, lakin sevgi məsələləri bir çox inanırsınız həyatında.
My gəldikdə
Miss Shara.
ruben_shara@yahoo.com
......................
Nice to meet you,( ruben_shara@yahoo.com)
My name is Miss Shara,i saw your profile today and became interested in you,i will also like to know you more,and i want you to send an email to my email address so i can give you my picture for you to know whom i am.Here is my email address ( ruben_shara@yahoo.com) believe we can move from here.I am waiting for your mail to my email address above.Miss Shara(Remember the distance or color does not matter but love matters a lot in life.
My regards
Miss Shara.
ruben_shara@yahoo.com

::..ONSLAUGHT::..

  • 4 aprel 2011 22:53
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
Tewekkurler...xebere gore....

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Azeri_Gozeli

  • 13 oktyabr 2010 15:34
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
sekildeki yaziq oglanin basini kim dazdiyib? wink cox maraqli idi sag ol

--------------------

zara

  • 30 sentyabr 2010 10:50
  • Məqalə: 0
  • Şərh: 37
  • Bal:
{awards}
gedim tedbir gorum menim de saclarim tokulur no

Ulya

  • 11 avqust 2010 01:33
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur xebere gore.

STORM MEN

  • 8 avqust 2010 21:09
  • Məqalə: 146
  • Şərh: 541
  • Bal:
{awards}
Deyəsən haminin başına tük gəlib

Ne olub dangerous angel?

--------------------

STORM MEN

  • 8 avqust 2010 17:56
  • Məqalə: 146
  • Şərh: 541
  • Bal:
{awards}
Bu xeberden sonra haminin basina tük gelecek.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 35

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}