Fatihə Surəsinin Təfsiri: “Fatihə” Surəsinin Möhtəvası

 
Fatihə Surəsinin Təfsiri: “Fatihə” Surəsinin Möhtəvası

“Bismillahir-rəhmanir-rəhim” cümləsi bütövlükdə Quranın, eləcə də bütün surələrin əvvəlində qeyd olunmuş-dur. Bildiyimiz kimi, Qurani-məcidin son məqsədi Allah bəndələrini düzgün yola hidayət etməkdir. “Maidə” surəsi-nin 16-cı ayəsində buyurulduğu kimi:
قَدْ جَاءكُم مِّنَ اللّهِ نُورٌ وَكِتَابٌ مُّبِينٌ يَهْدِي بِهِ اللّهُ

“Həqiqətən Allah tərəfindən sizə bir nur və aşkar kitab gəlmişdir ki, Allah onun vasitəsi ilə bəndələri hidayət edir.”
Buna görə də yaradılış aləmində bəndələrə yol göstər-mək, onların hidayət olunması kimi mühüm və əsaslı bir iş Allahın müqəddəs adı ilə başlanır. Elə bir Allah ki, bağışlayan və mehribandır, bəndələrin qayıdış yeri Ona tərəfdir.

Bu surə Quran surələri arasında çox yüksək dərəcəyə malikdir. Bu da aşağıdakı məziyyətlərdən nəşət tapır:
1. Surənin ahəngi: “Fatihə” surəsi ahəng baxımından Qurani-məcidin digər surələri ilə aşkar fərqlərə ma-likdir. Çünki, sair surələr yalnız Allahın dilindən söylə-nilir, amma bu surə Allahın tərəfindən bəndələrin dilin-cə söylənən sözlərdir. Başqa sözlə desək, bu surədə Allah-taala Onunla danışmağı, raz-niyaz və münacat etməyi Öz bən-dələrinə öyrədir. Belə ki, onlar çox sadə şəkildə, heç bir vasitə olmadan Allah ilə rabitə bərqərar edə bilərlər.

2. “Fatihə” surəsi Quranın əsasıdır: Peyğəmbəri-əkrəmdən (s.ə.v.v) nəql olunan hədisdə buyurulur: “Canım əlində olan Allaha and olsun ki, Allah-taala Tövratda, Zəburda və Quranda “Fatihətul-kitab” kimi bir surəni na-zil etməmişdir; və o ümmül-kitabdır (kitabın anasıdır).” (“Məcməül-bəyan”, 1-ci cild, səh:17)

Yəni bütün bu fəzilətlərin mənşəyi bu surədir. Həqi-qətdə bu surə Allahın zati, sifati, feli və ibadi tövhi-dini (yeganəliyini) bəyan edir, həmçinin məad məsələsini də çatdırır. Başqa sözlə, bu surə Quranın bütün mətləbləri-nin xülasəsidir. Həzrəti Əmirəl-möminindən rəvayət olun-muşdur ki, Allah-taalanın bütün sirləri asimani kitabda, asimani kitabda olanlar Quranda, Quranda olanlar “Fati-hə” surəsində, “Fatihə” surəsində olanlar

“Bismillah”da, “Bismillah”da olanlar isə “bey” hərfinin nöqtəsində xüla-sələnmişdir. Mən isə “bismillah”dakı “bey” hərfinin nöqtəsiyəm.”

Rəvayətlərin məcmusundan məlum olur ki, bu hədis Qur-anın və “Bismillahir-rəhmanir-rəhim”in əzəmətinə dəla-lət edir. Çünki, bütün elmlər bu asimani kitabda və “Bis-millahir-rəhmanir-rəhim”də yerləşmişdir. Bu elmlərin təfsir və bəyan edəni Həzrəti Peyğəmbər (s.ə.v.v) və o Həzrə-tin məsum canişinləri, o cümlədən Həzrəti Əmirəl-mö-minin Əlidir (ə). Bu kəlam göstərir ki, ilahi kitabın bütün mənalarını ehtiva edən Allah kəlamının həqiqəti və Quranın natiqi Əmirəl-möminin Əli əleyhissəlamdır.
3. Fatihə surəsi Peyğəmbərin böyük iftixarıdır:

“Həmd” surəsi Quranda böyük bir nemət kimi Peyğəm-bəri-əkrəmə (s.ə.v.v) təqdim olunaraq Quranla bərabər qiymət-ləndirilir. Bu surənin yeddi ayəsi bütün Quranın xülasə-sidir. Belə ki, buyurulur:
وَلَقَدْ آتَيْنَاكَ سَبْعًا مِّنَ الْمَثَانِي وَالْقُرْآنَ الْعَظِيمَ
“Biz səbül-məsanini (iki dəfə nazil olan yeddi ayəni) və əzə-mətli Quranı sənə əta etdik.” (“Hicr” surəsi, 87-ci ayə)


Elə bu məzmunu Həzrəti Əli (ə) Peyğəmbərdən (s.ə.v.v) nəql edərək buyurmuşdur: “Həqiqətən Allah-taala “Fatihə” su-rəsini verməklə mənə müstəsna bir nemət əta etmiş, onu Qur-ani-kərimlə bərabər tutmuşdur. Həqiqətən “Fatihətül-kitab” ilahi ərş xəzinələrinin ən şərəflisidir.” (“Təfsiri Burhan”, 1-ci cild, səh:26; “Məsabihül-Ənvar”, 1-ci cild, səh:435)

4. Bu surə xüsusi əhəmiyyətə malik olduğu üçün islami rəvayət və hədislərdə onun tilavət olunması çox təkid olun-muşdur. Bu surənin fəziləti barəsində Peyğəmbərdən belə nəql olunmuşdur: “Həmd” surəsini oxuyan müsəlmana verilən əcr və savab Quranın üçdə iki hissəsini oxuyan şəxsin, habelə bütün mömin kişi və qadınlara hədiyyə verən bir şəxsin savabı qədər-dir.” (“Məcməül-bəyan”, 1-ci cild, səh:17)

5. “Fatihə” surəsi üçün təfsirlərdə on cür ad qeyd olun-muşdur: 1- “Fatihətul-kitab”, 2- “Ümmül-kitab”, 3- “Ümmül-Quran”, 4- “Səbül-məsani”, 5- “Əl-vafiyə”, 6- “Əl-kafiyə”, 7- “Əş-şafiyə”, 8- Əl-əsas”, 9- Əs-səlat”, 10- Əl-həmd.” Bu ad-lardan hər biri öz növbəsində müəyyən hədis və rəvayətlərdən əxz edilmişdir. (“Təfsiri Əbul Fütuh Razi”, 1-ci cild)


Geri dön

RoMaNTiK SerSeRi

  • 18 fevral 2012 21:56
  • Məqalə: 515
  • Şərh: 3366
  • Bal:
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------
`-Mutlu Olmak Icin Hic Kimseye Gerek Yok!
`-aL Telefonu Tak Kulakligi `Sabaha Kadar ^^

music_angel

  • 5 sentyabr 2011 17:05
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

NELLY19

  • 12 may 2011 16:05
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
tewekkurler

... Deryam ...

  • 12 may 2011 11:54
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
TWK.ALLAH RAZI OLSUN...

--------------------

necat

  • 12 may 2011 10:55
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
Allah razi olsun sizden.dini melumatlara daha cox yer verseniz sevinerem.

Inciciceyi

  • 12 may 2011 08:45
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

jalicka

  • 12 may 2011 00:37
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
eziyyete gore tesekkurler

Life_IS_Life

  • 12 may 2011 00:01
  • Məqalə: 0
  • Şərh: 28
  • Bal:
{awards}
ALLAH cumlemizden razi olsu. Sagol

--------------------
My Life Is Wery Nice!

Aleyra

  • 11 may 2011 23:43
  • Məqalə: 4
  • Şərh: 665
  • Bal:
{awards}
Allah razi olsun Tewekkurler

_RONALDO_

  • 11 may 2011 23:36
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
FIKIRLERINIZ?

--------------------

lider

  • 11 may 2011 23:35
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN. TEWEKKURLER

R.M_FaNaTka

  • 11 may 2011 23:33
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
ilk sehr menden
allah razi olsun bele gozel xebere gore

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 29

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}