Ancelina Coli intihara cəhd edib?

 
Ancelina Coli intihara cəhd edib?

Bu günlərdə Birləşmiş Ştatların kitab mağazalarında yazıçı Endryu Mortonun məşhur Hollivud aktrisası Ancelina Coli üçün problem yarada biləcək "Ancelina Coli: qadağan olunmuş bioqrafiya" nəşri satışa çıxarılıb. Yerli mətbuatın yazdığına görə, kitabda aktrisanın tərcümeyi-halındakı qalmaqallı faktlardan biri Colinin intihara cəhd göstərməsidir. Müəllif iddia edir ki, Hollivud ulduzu bir zamanlar narkotik maddələr qəbul edib, özünü öldürməyə cəhd göstərib və məşuqlarını tez-tez dəyişirmiş.


Kitabda həmçinin ulduzun bir neçə il əvvəl həddindən artıq heroin qəbul edib ölməyə qərar verdiyindən bəhs edilir. Bunun üçün o hətta muzdlu qatil də tutub. Endryu Morton yazır: "Xoşbəxtlikdən muzdlu qatil işi bir ay təxirə salmağı xahiş edib və sözsüz ki, o vaxta qədər Ancelina Coli fikrini dəyişib" . Endryu kitabda həmçinin aktrisanın çoxsaylı romanlarından danışıb. Jurnalistin versiyasına görə Coli Leonardo DiKaprio, Miko Caqqero, Ralf Faynso və Kolin Farelle ilə görüşüb.


Mortonun versiyalarına görə, Ancelina Coli depressiyaya meyillidir. Onun qətiyyətsiz, dəyişkən xasiyyəti uşaqlığı ilə bağlıdır. Aktrisanın cəmi 2 yaşı olanda valideynləri ayrılıblar.


Morton Ancelina Colinin həyatı ilə bağlı qalmaqallı faktları onunla bölüşmək istəyənlərin çox az olmasından da şikayətlənib. Belə ki, heç kim məşhur aktrisa ilə münasibətləri korlamaq istəmir: "Ancelina və Bred – Hollivudun tacsız krallarıdırlar və bu fakt mənim kitabıma təsir göstərir". Lakin o iddia edir ki, kitabda Ancelinanı 30 il tanıyan insanların şahidliyi var. Məsələn, atası və hətta aktrisanı narkotiklə təmin edən şəxs.


Aktrisa 6 uşaq anasıdır və BMT-nin xoşməramlı səfiridir. Morton yazır ki, buna baxmayaraq, Ancelinanın hətta Bred Pitin də bilmədiyi çirkin sirləri var.


Geri dön

KaRola_16

  • 23 avqust 2011 23:36
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
SUPERDIR...

--------------------

nilayka

  • 1 may 2011 11:52
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tesekkkur melumata gore

--------------------

Ulya

  • 8 avqust 2010 15:17
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkkur melumata gore

Yusif

  • 7 avqust 2010 18:37
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
oldurur cehenneme oldursun bize ne var

FERID

  • 7 avqust 2010 12:24
  • Məqalə: 77
  • Şərh: 327
  • Bal:
{awards}
BILIRSINIZ NEYE GORE HEC KES BIZIM AKTRISALARDAN AKTYORLARDAN DAISHMIR? AMA MEN BIR XEER ESHIDMISHAMKI ROYANI AMERIKA METBUATINDA ADI CEKILIB :)

--------------------

STORM MEN

  • 7 avqust 2010 11:36
  • Məqalə: 146
  • Şərh: 541
  • Bal:
{awards}
Ama menim eksine onu aktrisa kimi beyenirem.

--------------------

DaMLa

  • 7 avqust 2010 10:58
  • Məqalə: 31
  • Şərh: 330
  • Bal:
{awards}
Salamu aleykum)

İntihar etməyə cəhd edib? Təəccüblüdür? Niyə ki? Narkomanlıq, əxlaqsızlıq etmiş, həmçinin ateist görüşlü birilərindən belə cəhd təəccüb doöurmamalıdır. Ümumiyyətlə, heç vaxt xoşum gəlməyib bu aktrisadan.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 48

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}