Evlilik Təbrik Mesajları

 
Evlilik Təbrik Mesajları


Unutmayın ki, paylaşdıqca çoxalan tək şey sevgidir.Evlilik kimi bir nöqtəylə əbədiləşdirdiyiniz sevginizinin həmişə çoxalmasını diləyirəm.

Sevginizi ölümsüzləşdirməyə doğru atdığınız bu addımda sevginizin həmişə ilk anda olduğu kimi, təzə qalması və xoşbəxt olmanız diləyilə ...

Yaşamınızın hər günü bu günkü kimi, sevgi dolu, xoşbəxt keçsin.Bir-birinizə həmişə bağlı olun.Xoşbəxtliklər...
Ağ göyərçinlər göndərirəm buralardan sizə, həyatınıza sevgi, xoşbəxtlik və dinclik versin deyə.Ömür boyu xoşbəxtliklər diləyirəm.

Hər gününüz bir-birinizə daha çox sevərək, daha çox bağlanaraq keçsin.Həyatınız boyu xoşbəxt və dinc yaşayın.
Əbədi sevgi yolunuzda atdığınız bu ilk addımda bəlkə yanınızda deyiləm amma bilin ki, bütün qəlbimlə sizinləyəm.Həyatınız boyu xoşbəxt olmağınızı arzu edirəm.

Həyat qədəhdisə, sevgi də bu qədəhi dolduran şərabdır, qədəhiniz heç vaxt şərabsız olmasın.

Bir almanın iki yarısı kimisiz.Yaşamınız boyu bir-birinizi tamamlamağınız niyyətiylə xoşbəxtliklər arzu edirəm.

Sənə həyat yoldaşınla birlikdə, dinclik və xoşbəxtlik dolu bir yaşam diləyirəm.Hər ikinizi təbrik edirəm.

Nigahınıza gələ bilmirəm amma, xoşbəxtlik diləklərimi çatdıracaq qədər də uzaqda deyiləm. Ümid edirəm hər şey ürəyinizcə olar.
Həyatınız boyu birlikdə getməyə qərar verdiyiniz yolda, günəş həmişə önünüzdə olsun ki, kölgələr ardınızda qalsın. Bir ömür boyu xoşbəxtliklər diləyirəm.

Bütün həyatınız boyunca ən gözəl günləri, ən sevincli xatirələri, birlikdə yaşamağınız diləyi ilə ... Xoşbəxtliklə !!!

Birləşən əlləriniz və qəlbləriniz bir-birindən heç ayrılmasın.Həyatın bütün gözəllikəri sizin olsun.

Həyat çox qısadır, həyatınız boyunca birlikdə olmağa söz verdiyiniz bu gündən etibarən, bir-birinizin ürəyini qırmamağı və hər zaman sevgi dolu günlər yaşamağınızı arzu edirəm.

Hər gününüzü hər an bitəcəkmiş kimi, bir-birinizə möhkəm-möhkəm sarılaraq və sevgi dolu günlər keçirərək başa vurmanızı diləyirəm.

Bir sevgi gülümsəmə ilə başlar, öpücüklə davam edər, nigah ilə ölümsüzləşər.Sevginizi ölümsüzləşdirməyə doğru atdığınız bu addımda, sevginizin ilk günkü kimi qalmağını arzu edirəm.Əlləriniz bir-birindən heç ayrılmasın!!!

Hər gününüz bir-birinizi daha çox sevərək, bir-birinizə daha çox bağlanaraq sevgi dolu keçsin.Həyatınız boyu xoşbəxt, rahat və çox uşaqlı yaşam diləyimlə yuvanızdan heç vaxt sevgi əskik olmasın.Gözləriniz həmişə bir-birinizi axtarsın.

Birlikdə gülə bilmək, gəzə bilmək, xoşbəxt ola bilmək, sevinclər yaşaya bilmək üçün, ən əsası isə bir-birinizi həmişə sevə bilmək üçün bolluca “zaman”ınızın olmasını diləyirəm.Əlləriniz və gözləriniz bir-birindən heç ayrılmasın!!!

Əgər yanınızda olsaydım sizi möhkəm-möhkəm qucaqlayardım.Həyatınız boyu gözlərinizdəki parıltının davam etməsini, bir-birinizi daim sevmənizi və sevinc içində dinc həyat sürmənizi diləyərdim.Bu mesaj da mənim orada söyləyə bilmədiklərimə vasitəçilik edir.Ömür boyu xoşbəxtliklər sizin olsun!!!


Geri dön

_RONALDO_

  • 12 may 2011 17:28
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
çox tşk edirəm lazimli şeydi

--------------------

NELLY19

  • 12 may 2011 14:19
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
{awards}
TESEKURLER COX MARAQLI XEBERDIR

yaz yagmuru

  • 12 may 2011 13:58
  • Məqalə: 0
  • Şərh: 502
  • Bal:
{awards}
çox tşk edirəm lazimli şeydi love

--------------------
Yüz dəfə zirvəyə baxinca bir dəfə də zirvədən bax

R.M_FaNaTka

  • 12 may 2011 11:46
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
ureyim tesekkurler marali xeber ucun

--------------------

Zulfiyye-91

  • 12 may 2011 11:45
  • Məqalə: 8
  • Şərh: 327
  • Bal:
{awards}
Butun subaylara toy qismet olsun,,,,,,,,,,AMIN

--------------------
Sevginin məqsədi onun üçün “mükəmməl insan” olmaq deyil, səni mükəmməliyə ən çox yaraşdıran insanı tapmaqdır..

Inciciceyi

  • 12 may 2011 11:43
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Ilk werh menden
twk maraqlidi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 25
Cəmi: 46

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 49
Cəmi: 225
 
NIGAR
Xəbərləri: 44
Cəmi: 865
 
Limon qoxusu
Xəbərləri: 42
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 276
 
aytc.sza
Xəbərləri: 15
Cəmi: 18
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}