21 May dünya dağılacaqmı?!

 
21 May dünya dağılacaqmı?!

Qiyamət günü, dünyanın sonu... Bunlar dünya bina olandan bəri insan oğlunun ən çox sevdiyi, maraq göstərdiyi mövzulardandır. 2000-ci ildə, milleniumda dünyanın sonunun çatacağını deyirdilər, olmadı. 12 il sonraya, 2012-ci ilə atdılar bu günü. Son olaraq da 2011-ci il 21 may tarixi gündəmdədir.

Ondan başlayaq ki, «Qiyamət günü»nün 21 mayda olacağını sıradan falçılar, öncəgörənlər demir. Bu, nəzəriyyəni ABŞ-da məşhur sima sayılan, eyni zamanda özünü kahin elan edən 89 yaşlı "Ailə radiosu”nun sahibi Harold Kempinq elə öz radiosu vasitəsilə yayır. Artıq radio vasitəsilə qiyamət gününün saatı da elan edilib. Səhər saat 6-da, 21 may 2011-ci ildə... Həmin gün şiddətli qasırğanın qopacağı, toz-dumanın insanın gözünü tutacağı deyilir. Artıq H.Kempinq nəzəriyyəsinin davamçıları karvanlarla Amerikanın dörd bir tərəfini dolaşaraq, bu ideyanı yaymaqla məşğuldular.

Dünyanın sonunun çatacağını elan edən H.Kempinq bunun konkret necə baş verəcəyini isə açıqlamayıb. Amma bir şeyi dəqiq bilir ki, Yer kürəsinin cəmi 2 faizi bu gündən sağ-salamat qurtula biləcək. Sağ qalanlar arasında isə onun davamçılarının düşəcəyi səslənən iddialar sırasındadır. Rusiya mətbuatının yazdığına görə, məşhur simanın davamçıları gün-gündən artır və artıq minlərlə insan bu sıralara qoşulub. Əvvəlcə onun açıqlamaları ölkədə o qədər də ciddi qarşılanmırdı, amma indi ABŞ-ın ən məşhur telekanalları bu təhlükə ilə bağlı süjetlər yayımlayır, onun rəyini tirajlayırlar.

Bəs yaxşı, kimdir bu Kempinq? Sıradan dələduz, mövhumatçı, yoxsa şarlatan? Kempinq daha öncə həm də kilsədə çalışıb. Amma 1962-ci ildə ilk dəfə dünyanın yaranması, sonu ilə bağlı fikirlər, rəqəmlər səsləndirməyə başlayıb. İlk dəfə dünyanın sonunun 1994-cü ildə çatacağını söyləməklə böyük səs-küy qoparmışdı. Buna görə də 1988-ci ilin may ayında onun Xristian İslahat Kilsəsində dərs deməsinə qadağa qoyuldu. Kilsədən çıxandan sonra Kempinq Bibliya Qardaşlığı Alamedası yaradıb. 1994-cü ildə "1994" adlı kitab nəşr edib və elə həmin kitabda qeyd edib ki, Yüksəliş (Allah tərəfindən seçilmiş insanların cənnətə yüksəlməsi) 1988-ci ildən başlanan 23 illik böyük sıxıntı dönəminin sonunda meydana gələcəkdir. 21 dekabrda isə dünya bir atəşlə yox ediləcək. Nuhun tufanından 7000 il sonra, yaradılışdan isə 13023 il sonra. Onun dediyinə görə, 1988-ci ildən 2011-ci ilə qədərki ərəfədə kilsəyə şeytan rəhbərlik edəcək, o da inancsız insanların ürəklərini saxlayacaq. Bu isə ildən-ilə insanların Allah qarşısında daha çox suçlu, daha az inanclı olması ilə nəticələnəcək.

1994-cü ildə dünya dağılmadı, çünki....

Yuxarıda da yazdığımız kimi, Kempinq dünyanın sonunun 1994-cü ildə çatacağını deməklə böyük səs-küyə səbəb olmuşdu. Amma bu, baş vermədiyi üçün ona olan inam da sarsılmışdı. Bununla belə, Kempinq deyirdi ki, bu nəzəriyyədə yanılma payı da var: "1994-cü il dünyanın sonu üçün ən uyğun tarix idi. Amma 1988, 1994 və 2011-ci il çox kritik tarixlər hesab olunur”.
Daha bir detal. 1994-cü ildə dünyanın sonu versiyası yanılanda Kempinq iddia etdi ki, "demək, bizim hələ İncildən öyrənməli olduğumuz çox şey var. Yanılma payımız ona görə qüvvədədir”. Bundan başqa, özünü öncəgörən elan edən bu şəxs 2011 teoriyasına inanmayanları da "qurtulmayacaqlarını bildikləri üçün insanların beynini qarışdırmaqda” ittiham edib. Amma elm adamları düşünür ki, bircə ay sonra Kempinq bu cümlələri də təkrarlayacaq: "Bəli, 2011-ci ilin 21 mayında dünya dağılmadı. Bu, o deməkdi ki, Allahın bizə rəhmi gəldi. Biz İncili daha dərindən oxumalı və mənimsəməliyik”.
Onu da deyək ki, Kempinqin sahibi olduğu radiolar 48 dildə, Rusiyadan Türkiyəyə, Cənubi Afrikaya qədər bir çox ölkədə yayımlanır. Özü isə iddia edir ki, 70 ildir İncilin araşdırılması ilə məşğuldur və qarmaqarışıq hesablamalar nəticəsində gəldiyi 21 may 2011-ci il versiyasının yanılma payı cüzidir. Onun sözlərinə görə, qısa müddət öncə Yaponiya, Yeni Zelandiya, Haitidəki zəlzələlər də bu qiyamətin əlamətlərindəndir. Tənqidçilər xatırlayır ki, 1994-cü ildə də Kempinq eyni ssenarini tətbiq edib. Hətta həmin ilin 6 sentyabr tarixində onun yüzlərlə dinləyicisi Alamidadakı (Kaliforniya) zala toplaşaraq, qiyamət dəqiqəsini gözləyiblər.
Hesab günü insanların çox qorxduğu bir şeydir və bu gündə Allah dünyanı insanların günahlarına görə məhv edəcək. "Yəhova Şahidləri”, eləcə də kilsələrdə bununla bağlı təbliğatlar gedir. Böyük şəhərlərdə də insanlara xəbərdarlıq kağızları paylanmağa başlanıb. Kağızlarda belə yazılıb: "Müharibələr, xəstəliklər, radiasiya burulğanları və ölümlər. Artıq dünya özünü təmizləməlidir. 21 maya qədər dünyada görmək istədiyiniz ən son işləri görün...”

İngilis alimləri razılaşmır

İngilis alimləri isə bu teoriya ilə əsla razılaşmırlar. Onlar dünyanın sonunun nə zaman və necə gələcəyini artıq təsbit etdiklərini açıqlayıblar. Araşdırmalara görə, Günəş bir qızıl div olaraq genişlənəcək, dünyanı özündən uzağa itələməsinə baxmayaraq, bu uzaqlıq yetərli olmayacaq, dünya Günəşin xarici qabığının içinə çəkilərək qorxunc istilik içərisində buxarlanıb yox olacaq.
İngiltərədəki Sussex universitetinin astronomiya bölümündən Robert Smithə görə, bütün araşdırmaların nəticəsində dünyanın son günü ilə bağlı ortaya iki tarix çıxıb: bunlardan biri dünyanın sonunun 7.6 milyard il sonra gələcəyidir. İkinci təxmin isə dünyadakı həyatın bundan çox daha öncə yox olacağını göstərir. İstiliyin sürətlə artması dözülməz olacağı üçün Yer kürəsi buna cəmi 1 milyard il dözə biləcək. İncildə də qeyd olunub.

Bəs Qurani-Kərim nə deyir?

İslam alimlərinə görə isə Qiyamətin dəqiq vaxtını Allahdan başqa heç kim bilə bilməz. Allahın sonuncu kitabı olan Quranda bu barədə müəyyən ayələr yer alıb. Ancaq vaxt məsələsi sirr pərdəsi kimi qalır. Necə ki, ruh haqda insan çox az bilgilidir, eləcə də qiyamət məsələsi yalnız Uca Yaradanın hökmündə olan bir məsələdir.
"İslamın yanaşması bundan ibarətdir ki, bir gün hər kəsin cavab verəcəyi gün - Qiyamət mütləq olacaq. Hər kəs öz əməllərinin cavabını verəcək. Amma bunun tarixini proqnozlaşdırmaq əsassız bir məsələdir - inanc və rasionallığın ziddinədir. Allaha aid olan bir məsələdir və onun əlindədir. Yayılan fikirlər isə xurafatdan başqa bir şey deyil”. Bu da dəyərli ilahiyyatçımız Hacı İlqar İbrahimoğlunun qənaətidir.

Və sonda... Belə iddialar təbii ki, hər zaman olub və olacaq. 21 maya nə qalıb ki...


Geri dön

ANGEL11

  • 21 may 2011 23:06
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
ALLAH bilen meslehetdir!!! smile

leyla777

  • 21 may 2011 22:45
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
BESDI DAHA INSANLARI DELI ETMENIZ.DUNYANIN DAGILMASINI ALLAHDAN BAWQA HEC KES BILMIR!BU GUN BIZIM CEKDIKLERIMIZ PSIXIKI SARSINTINI O KEWIW CEKMEYIB.O KEWIWI CEZALANDIRMAQ LAZIMDI.

TARZAN_86

  • 21 may 2011 13:08
  • Məqalə: 0
  • Şərh: 50
  • Bal:
{awards}
ewi dagilandada dagilacaqda))))))))))))))))))))))))

--------------------
1 gün gelip "ben mi dünya mı" die soracaksın Ben dünya diyeceğim we sen çekip gideceksn ama blmeyeceksin ki benim dünyam sensin

Monika Tonika

  • 20 may 2011 22:03
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}
Allahdan bashqa hec kes bilmez deyilenler ferziyelerdi.

--------------------
Birini ishare edib gunahlandirarken diqqetli olun diger 3 barmaginiz sizin ozunuzu ishare edir..

NERIMANZADE NARIMAN

  • 20 may 2011 21:37
  • Məqalə: 0
  • Şərh: 150
  • Bal:
{awards}
ALLAHIN YARATDIGI INSANLAR ONUN ISINE QARISA BILMEZ.VAXTINIZI BOS SEYLERLE KECIMIYIN.

N E R I M A N

  • 20 may 2011 15:08
  • Məqalə: 0
  • Şərh: 21
  • Bal:
{awards}
bunu ALLAHDANbasqa hec kim bilemez

bende

  • 20 may 2011 11:50
  • Məqalə: 0
  • Şərh: 22
  • Bal:
{awards}
Qurban oldugumuz ALLAH dan basqa hec kes bilmez.bildi bilmedi hami danisir.ALLAH a werh getirmeyin ozu en boyuk gunahdi.melumata gorede sagolun.

--------------------
Heyatda 4 weyi geri qaytarmaq olmaz:
Atılan oxu, qacırılan fürseti, soylenen sozu, kecen zamanı...

SeBiNe91

  • 20 may 2011 00:44
  • Məqalə: 0
  • Şərh: 93
  • Bal:
{awards}
men bunlara inanmiram cunki allah olan terde alimde birsey diye bilmez...

sorry yerde yazmaliydim terde yazdim feel

--------------------
Ağlama! Ağlat ki, qiymətini bilsinlər.

lema

  • 19 may 2011 17:37
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
men heç inanmıram onlara.bunu ancaq Allah biler.bu arada mayın 21i hemde menim ad günümdür :)))

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

samir_252

  • 14 may 2011 21:10
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
tesekkurler oxudum maraqli idi

yaz yagmuru

  • 13 may 2011 19:33
  • Məqalə: 0
  • Şərh: 503
  • Bal:
{awards}
insallah dagilmaz

--------------------
Yüz dəfə zirvəyə baxinca bir dəfə də zirvədən bax

_(Miss_Humay)_

  • 13 may 2011 15:31
  • Məqalə: 0
  • Şərh: 15
  • Bal:
{awards}
bow bow weylerdi.hec kim buna inanmasin.tekce Allah bilir dunyanin dagilmasini.vessalam.bawqa hec kes

★Adriana★

  • 13 may 2011 13:48
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
Tesekkurler bu hadiseni Allahdan basqa hec kim bile bilmez

--------------------

sevgi_meleyim.

  • 13 may 2011 12:52
  • Məqalə: 17
  • Şərh: 551
  • Bal:
{awards}
dangerous_angel,

Caann senin ad gunu 22-si menimki ise 23-dur. deyesen biz adgunu kecire bilmiyeciyik... smile Qorxma hele ne qeder ad gunleri kecireciyik InseAlah. Dagilmaz bu dunya, sadece felaketler olacaq.

--------------------
Rebbim bir insan qoy qelbime
Amma o insan senin de sevdiyin olsun
Ve mene ele bir insan sevdir ki,
O insanin ureyi Seni seven bir mebed olsun.
Meni ele bir insanla goruwdur ki,
Menden evvel onunla goruwmuw olan Sen olasan.....Amin.

zaurcik

  • 13 may 2011 10:34
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
o xanim duz deyir ola bilsin 21 i amerika dagilsin .

samir_252

  • 13 may 2011 10:17
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
İnşallah Allahın köməkliyi ilə hec ne olmaz.

necat

  • 13 may 2011 09:04
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
İnşallah Allahın köməkliyi ilə hec ne olmaz.

Inciciceyi

  • 13 may 2011 08:18
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah bilen meslehetdu
Allah ozu komek olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Meley_19

  • 13 may 2011 04:16
  • Məqalə: 80
  • Şərh: 111
  • Bal:
{awards}
ee bu ne sohbetdiye hami cixardib aa

--------------------
Bezen cixib getmek istiyirem sevginin olmadigi yere her kesden hamidan qacmaq istiyirem ...Ama sen varsan uzaqlasdiqca men aci cekecem yene aci ceken men olacam...

YazYamuru

  • 13 may 2011 00:42
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
DÜNYA DAĞILACAQ DEYƏNDƏKİİİ SADƏCƏ FƏLAKƏTLƏR OLACAQDAAAAAA feel

--------------------



ISKENDER BUYUK96

  • 13 may 2011 00:26
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
ALLAH BILER dagilcaq ya yox.Biz bilmerik

..:LuNaTiK:..

  • 13 may 2011 00:06
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allahdan bashqa heeeeeeeeeech kim bile bilmez!

-_anonimka_-

  • 12 may 2011 23:24
  • Məqalə: 2
  • Şərh: 155
  • Bal:
{awards}
aaaaa 21 menim ad gunumduye ne ddagilmagi

--------------------
Əlbət biryerlərdə səni anlayan mütləq birinin oldugunu Izah et, səhv Başa düşüldüyünü zənn edənə ...

sevgi_meleyim.

  • 12 may 2011 23:14
  • Məqalə: 17
  • Şərh: 551
  • Bal:
{awards}
Allah bilir o gunun ne zaman geleceyini. hele refiqem menimle zarafat edirki ad gununu gormuyeceysen, deyir 23-u torpagin altinda kecireceysen ad gununu wink . Duzdu aciglaniram ona angry ,eseblesiremki bele gic-gic zarafat etmesin. Ele bilirdim tek o deyir, ama indi hami danisir o gunden. InseAllah ayin 22-i size burdan Salam yazacam hamiya. smile esi bos verin getsin, Allah bilir yalniz, her seyin dogrusun bilen Tek olan Allahdi.

--------------------
Rebbim bir insan qoy qelbime
Amma o insan senin de sevdiyin olsun
Ve mene ele bir insan sevdir ki,
O insanin ureyi Seni seven bir mebed olsun.
Meni ele bir insanla goruwdur ki,
Menden evvel onunla goruwmuw olan Sen olasan.....Amin.

R.M_FaNaTka

  • 12 may 2011 23:06
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
alahdan bawqa hec kim bunu bile bilmez qaldiki men 1-ci siifede oxuyanda da deyirdiler ki dunya dagilacaq bow bow sozlerdi elimler deyibler yox biler alimler hardan bilire

--------------------

nurlu

  • 12 may 2011 23:06
  • Məqalə: 0
  • Şərh: 36
  • Bal:
{awards}
Allah bilen melehetdi no

Nigar

  • 12 may 2011 23:01
  • Məqalə: 11
  • Şərh: 207
  • Bal:
{awards}
ewi dagilandada dagilacaqda..............

_RONALDO_

  • 12 may 2011 22:58
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
ALLAH BILER


--------------------

lider

  • 12 may 2011 22:57
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
Allah bilen meslehetdi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 35
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}