BMW model sırasına yeni rəqəm əlavə ediləcək

 
BMW model sırasına yeni rəqəm əlavə ediləcək

Sedan və universal kuzovlarda yeni BMW 3-Series gələn il debüt edəcək. Bir müddət sonra qamma kupe və kabrioletlə tamamlanacaq. Lakin Grand Tourismo iri heçbeki üçün müstəqil rəqəm ayırmaq qərara alınıb: gözlənilən 3GT əvəzinə yeni avtomobil 4-Series indeksi ilə işarələnəcək və o demokratik 3-Series ilə mötəbər 5-Series arasında böşluğu dolduracaq.Model haqqında bəzi təfsilatlar autoexpress.co.uk portalına məlum olmuş, rəssamlar isə onun xarici görkəmini təxmin etməyə cəhd etmişlər. Maşın böyük qardaşı 5GT modeli fəlsəfəsini tam olaraq davam etdirməklə ondan yarım pillə yuxarıda duracaq. Arxa oturacaq sakinləri üçün tam rahatlığı xüsusi opsiya dəsti təmin edəcək. Divan özü ənənəvi üç oturacaqlı da ola bilər, daha rahat iki oturacaqlı da. Yük yerinin qapağı iki seksiyalıdır. Modelin statusunu gözə çarpdıran qabaq hissə üslubuna görə beşinci seriyaya daha yaxındır.Yeni arxa ötürməli platformanın uzunluğu artırılmış variantı üzərində yığılacaq 4-Series zirək və dinamik xarici görkəmini saxlamaqla rahatlığa və salonda yerin mümkün qədər genişləndirilməsinə istiqamətlənib. Hərəkət hissəsində qabaqda Makferson, arxada isə çox rıçaqlı asqı fəaliyyət göstərəcək. Avtomobilin xDrive tam ötürməli variantı da olacaq. Mühərrik qamması 3-Series ilə analoji olacaq: bu yaxınlarda BMW X1 -də nümayiş etdirilmiş 245 a.g. olan 2.0 litrlik benzin turbomühərriki də daxil olmaqla 4 və 6 silindrli ən yeni benzin və dizel mühərrikləri. Kapotun altında BMW pərəstişkarının gecə kabusu- hazırda konsern tərəfindən işlənib- hazırlanmaqda olan 3 silindrli mühərrik də peyda ola bilər.Yeni avtomobilin 2013-cü ilin sonu, 2014-cü ilin əvvəlində, yəni BMW-3 Series yeniləndikdən sonra işıq üzü görəcəyi gözlənilir.


Geri dön

xXxboykaxXx

  • 3 iyul 2011 12:10
  • Məqalə: 0
  • Şərh: 112
  • Bal:
maraqli idi twk

samir_252

  • 14 may 2011 21:09
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
aaaaaa ne qeribedi.

NELLY19

  • 13 may 2011 16:10
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
tesekkurlerrrr

_RONALDO_

  • 13 may 2011 15:31
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
OYDA BU BMW DE KI ARTIRIBEY ELA MASINDI

--------------------

★Adriana★

  • 13 may 2011 13:46
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
twk belay wink

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 33
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}