Salavatın fəziləti

 
Salavatın fəziləti

1.....--İlahi kəlamda Salavat
"İnnəllahə və məlaikətəhu yusəllunə ələn-nəbiyyi, ya əyyuhəl-ləzinə amənu səllu əleyhi və səllimu təslimən.”
"Allah və onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Ona salavat göndərib və salam deyin və kamil şəkildə onun fərmanına təslim olun”
İmam Kazım əleyhis-səlamdan: "Allah və onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Ona salavat göndərib və salam deyin və fərmanına təslim olun” ayəsində Allahın, mələklərin və möminlərin salavatının mənası barədə sual oldu. İmam buyurdu: "Allahın salavat göndərməsi onun tərəfindən bir növ rəhmətdir, mələklərin salavatı Allahın Rəsuluna nisbət onların sitayişidir və möminlərin Peyğəmbər üçün onlardan bir duadır.”
İmam Sadiq əleyhis-səlam da bu ayə barədə buyurur: "Peyğəmbərə (səlləllahu əleyhi və alihi) səna (tərif) deyin və ona salam göndərin (ya fərmanına boyun qoyun)

Salavatın fəziləti

2.....--Salavat camaatın duasıdır
İmam Sadiq (əleyhis-səlam) buyurdu:
"Salavat Allah tərəfindən rəhmətdir, mələklər tərəfindən paklamaq və camaat tərəfdən duadır.”
3.....--Qiyamətdə ən fəzilətli əməllər
İmam Sadiq (əleyhis-səlam) buyurur:
"Qiyamət günündə Məhəmməd (səlləllahu əleyhi və alihi) və Ali Məhəmmədə salavatdan daha əzizi və daha üstün heç bir əməl yoxdur.”
4.....--Qiyamətdə ən ağır əməl
İmam Baqir (əleyhis-səlam) və İmam Sadiq (əleyhis-səlam) buyururlar:
"Qiyamət günündə əməllər tərəzisində qoyulan ən ağır əməl Məhəmməd (səlləllahu əleyhi və alihi) və onun Əhli-beytinə olan salavatdır.”
5.....--Bərzəxdə əməllərin ən yaxşısı
Əbu Əlqəmə deyir:
Peyğəmbər (səlləllahu əleyhi və alihi) sübh namazından sonra üzünü bizə tutdu və buyurdu:
"Mənim səhabələrim! Dünən gecə əmim Həmzəni (rə) və qardaşım Cəfəri (Təyyarı) yuxuda gördüm və dedim: Ata və anam sizə fəda olsun, hansı əməli yaxşı gördünüz?
Cavab verdilər: Ata və anamız sənə fəda olsun! Biz sənə salavatı susuzu sirab edən və Əli ibn Əbu Talibə (əleyhis-səlam) olan məhəbbəti isə əməllərin ən yaxşısı gördük.”

Salavatın fəziləti

6.....--Ən sevimli əməl
Peyğəmbər Əkrəm (səlləllahu əleyhi və alihi) buyurdu:
Cəbraildən (əleyhis-səlam) soruşdum: Ən sevimli əməl hansıdır?
Cavab verdi:
"Ey Məhəmməd (səlləllahu əleyhi və alihi)! Sizə göndərilən salavat və salam və Əli İbn Əbu Talibə (əleyhis-səlam) olan məhəbbət ən sevimli əməldir.
7.....--Mələklərlə yoldaşlıq
Əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alihi) buyurdu:
"Həmişə mələklərdən ibarət bir karvan Allahın əmri ilə aləmdə hərəkətdədirlər. Zikr və salavat deyilən bir məclisə yetişən zaman bir-birinə deyərlər: Yerə enin! Yerə enən zaman məclis əhli ilə dua edən zaman "amin” deməklə və salavat göndərən zaman da salavat göndərməklə yoldaşlıq edərlər və axırda bir-birinə deyərlər: Bu məclis əhlinin xoş halına ki, Allah onları bağışladı!”
8.....--Bir şey əldən çıxan və məhv olan zaman
Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:
"Bir şey aradan gedən zaman de: "Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd”
9.....--Allahın salavatı
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:
"Cəbrail (əleyhis-səlam) mənə nazil oldu və dedi: - Allah-təala buyurur: Hər kəs sənə salavat göndərsə mən və mələklərim ona on dəfə salavat göndəririk və bir nəfər sənə salam versə mən və mələklərim ona on dəfə salam veririk.”
10.....--Salavat yazmağın mükafatı
Əziz İslam peyğəmbəri (səlləllahu əleyhi və alihi) buyurdu:
"Bir nəfər yazdığı vaxtda mənə salavat göndərsə (yazılı salavat) – Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd – o vaxta qədər ki, mənim adım o yazıda gözə dəyir mələklər onun üçün rəhmət və istiğfar (bağışlanma) edərlər.”

Salavatın fəziləti

11.....--İmamın səfərdə ibadəti
İmam Rzanı (əleyhis-səlam) Mədinədən Mərvə gətirmək üçün gedən məmurların başçısı Rəca ibn Əbi Zəhhak İmamın gecə-gündüz etdiyi ibadətlərdən söhbət açaraq deyir:
"İmam Rza (əleyhis-səlam) sübh namazını qılırdı, salamdan sonra namaz qıldığı yerdə otururdu, Allahın təsbih, həmd, təkbir və təhlilinə ilə məşğul olurdu və günəş çıxana qədər Peyğəmbər və ali peyğəmbərə salavat göndərirdi.”
12.....--Mən savabı hesablamaqdan acizəm!
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:
"Meraca gedən zaman, gördüm bir mələyin bir milyon əli vardır və hər əlin bir milyon barmağı vardır və hər barmağında bir milyon bəndi vardır.
O mələk dedi: Mən yağan yağışın səhraya və dənizə neçə damla yağdığının hesabını bilirəm, həmçinin xilqətin əvvəlindən indiyə qədər yağan yağışın damlalarının sayını bilirəm, amma bir şey var ki, onu hesablamaqda acizəm.
Buyurdu: "Nədir?”
Ərz etdi: "Sənin ümmətindən bir dəstə camaat birlikdə olub və bir yerdə sənə salavat göndərən bir zamanda salavatın savabını hesablamaqda acizəm. "Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin və əccil fərəcəhum.”
13.....--Nifaqı aradan qaldırmaq
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:
"Mənə və Əhli-Beytimə salavat göndərmək nifaqı aradan aparır.”

Salavatın fəziləti


Geri dön

music_angel

  • 5 sentyabr 2011 17:06
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

Allah razi olsun

--------------------

R.M_FaNaTka

  • 25 iyun 2011 17:41
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler

--------------------

lider

  • 16 may 2011 09:55
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN SAG OL

_RONALDO_

  • 15 may 2011 11:38
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
SUPER COX BEYENDIM ALLAH RAZI OLSUN

SUPER COX BEYENDIM ALLAH RAZI OLSUN

--------------------

samir_252

  • 14 may 2011 21:13
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
ALLAH razi olsun

★Adriana★

  • 14 may 2011 16:09
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
tesekkurler

--------------------

tuilip

  • 13 may 2011 19:08
  • Məqalə: 0
  • Şərh: 104
  • Bal:
{awards}
[i][/i]Cümə gününün ən gözəl duasi ;ALLAHUMMƏSƏLLİ ƏLA MÜHƏMMƏDİN VƏ ALİ MÜHƏMMƏD.

--------------------
(Heyatdan zovq almaq ucun qarsinda meqsedin olmalidir)

MY LOVE ZZ

  • 13 may 2011 16:30
  • Məqalə: 0
  • Şərh: 62
  • Bal:
{awards}
tewekkurler Allah her birimize komek olsun Amin

_RONALDO_

  • 13 may 2011 16:26
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:
"Mənə və Əhli-Beytimə salavat göndərmək nifaqı aradan aparır.”


ELA ALLAH RAZI OLSUN

--------------------

NELLY19

  • 13 may 2011 16:14
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
tesekkurlerrrr

tekna_297

  • 13 may 2011 16:10
  • Məqalə: 37
  • Şərh: 527
  • Bal:
{awards}
ilk serh menden

ilk serh menden

ilk serh menden

ilk serh menden

ilk serh menden

ilk serh menden

ilk serh menden

ilk serh menden

ilk serh menden

--------------------
emo
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 41
Cəmi: 60

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}