Təsadüf

 
Təsadüf

San Diyeqoda,ABŞ Hərbi Tibb Dərnəyinin 1994-üncü ildəki mükafat məclisində çıxış edən rəhbər Don Harper Millsin auditoruyaya nəql etdiyi bu hadisə çox qəribə və düşündürücüdür:

23 mart 1994-üncü ildə Ronald Opus adlı bir Amerikalının meyidini tədqiq edən həkim onun başına dəyən güllə ilə öldüyü nəticəsinə gəldi.

Rəhmətlik 10 mərtəbəli bir binanın başından intihar eləmək niyyət ilə aşağı tullanmışdı.(Ümidsizliyini sonradan tapılan qeydində izah edirdi.)Lakin çox qəribədir ki,9-uncu mərtəbənin qarşısından keçərkən pəncərədən gələn bir mərmi ilə həyatı sona çatmışdı.8-inci mərtəbənin qarşısında pəncərənin aynalarını silənlər üçün bir tor qoyulduğunu isə nə silahdan atəş açan,nə də rəhmətlik bilirdi.Əgər mərmi isabət eləməsəydi Ronald Opusun intihar eləmək cəhdi müvəffəqiyyətsizliyə düçar olacaqdı.

Dr.Millsin fikrinə görə normal olaraq intihar eləməyə qərar verən bir nəfər intihar üçün qurduğu mexanizm uğurlu olmasa belə intihar eləməyi bacaracaq.

Opusun 9-uncu mərtəbədən düşərkən,mütləq ölüm yolunda ikən vurulmuş olması çox güman ki,onun ölüm səbəbini intihardan cinayətə çevirməyəcəkdi.Amma onun intihar cəhdinin uğurlu olmamağı prokuroru bunun bir cinayət hadisəsi olduğu düşüncəsinə gətirdi.

Atəşin açıldığı 9-uncu mərtəbədəki otaqda bir yaşlı kişi və onun həyat yoldaşı yaşayırdı.Onlar tez-tez mübahisə edərdilər və bu mübahisələrin nəticəsində çox zaman qoca öz həyat toldaşını silahla hədələyərdi.

Hadisənin baş verdiyi gün qoca ər-arvad yenə mübahisə ediblər,kişi çox hirslənib və silahla arvadını hədələyib,bu dəfə isə hədələməklə kifayətlənməyib və arvadına qarşı tətiyi də çəkib.Amma nə olubsa mərmi qadına dəyməyib ötərək pəncərəyə yönəlib və intihar eləməkdə olan Opusa dəyib.

Bir insan A şəxsini öldürməyə cəhd edər,lakin B şəxsini öldürərsə,onda B şəxsini öldürməkdən suçludur.

Amma işin içində başqa qərbəliklər də var imiş.Bu hadisədən xəbərdar olan ər-arvad silahın dolu olamdığına əmin olduqlarını bildirdilər.Qoca uzun müddətdir ki boş silahla arvadını hədələməyi vərdiş halına gətirdiyini dedi.Öldürmə məqsədi yox idi.Beləliklə Opusun öldürülməsi bir qəza olmuş olurdu.

Araşdırmalar davam etdikcə,ölümcül qəzadan təxminən 6 həftə əvvəl yaşlı cütlüyün oğlunu silahı doldurakən görən bir şahid ortaya çıxdı.

Belə məlum oldu ki,yaşlı qadın oğlundan maliyyə dəstəyini çəkmişdi və atasının onu silahla qorxutma adətini bilən oğul onun anasını vuracağını ümid edərək silahı gizlincə doldurmuşdu.Artıq hadisə qoca ər-arvadın Opusun ölümündən məsuliyyət daşıdığına gəlmişdi və məsələ aydınlanaraq məsələnin qovluğu bağlanmışdı.

Düz həmin anda hadisə ilə əlaqədar yeni bir məlumat üzə çıxdı.Araşdırmalar nəticəsində Ronald Opusun anasını öldürmək istədiyi,amma bunu heç cürə bacara bilmədiyi səbəbilə ümidsizliyə düşdüyü məlum oldu.Bu isə onu 23 martda 10 mərtəbəli binanın başından tullanıb intihar eləməyə gətirmişdi.Ancaq ölüm planlaşdırdığı kimi olamamışdı.9-uncu mərtəbənin qarşısından keçərkən öz anasını öldürmək üçün doldurduğu mərminin pəncərədən gəlib başına dəyməsi nəticəsində həyatı sona çatmışdı.Hadisə intihar olaraq nəticələndi.Düşünənlərə ibrət olsun...



Qeyd:Bu hekayə İbrahim Rəfiqin Hadisələrin ibrət dili adlı kitabdan götürülmüşdür.Kitab saytımızda yerləşdiriləcək,istəyənlər yükləyib digər hekayələri də oxuya bilərlər.


Geri dön

★Adriana★

  • 14 may 2011 15:57
  • Məqalə: 238
  • Şərh: 2958
  • Bal:
TEESEKKKUUURRRLLLEEERRR

--------------------

YazYamuru

  • 14 may 2011 02:28
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
heeeeeee te$ekkür eziyyete recourse

--------------------



barbie doll

  • 13 may 2011 21:15
  • Məqalə: 1
  • Şərh: 352
  • Bal:
{awards}
tesekkurlerrrrrrrrr

--------------------
♥♥♥♥♥♥♥♥♥♥♥sen PIYONSUN ben sah sen kaybedersen en fazla 2 puan gider,SEN BENI KAYBEDERSEN OYUN BITER!♥♥♥♥♥♥♥♥♥♥♥

lider

  • 13 may 2011 19:48
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
{awards}
HEQiQETEN TESADUF

Bu Menem

  • 13 may 2011 19:23
  • Məqalə: 61
  • Şərh: 1100
  • Bal:
{awards}
tws winked

R.M_FaNaTka

  • 13 may 2011 19:18
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
cox beyendim twk

--------------------

_RONALDO_

  • 13 may 2011 18:31
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
SUPER DI BU KITABI OXUMUSAM MEN MINNETDARAM

--------------------

HaYaT_GuZeL

  • 13 may 2011 18:29
  • Məqalə: 234
  • Şərh: 1854
  • Bal:
{awards}
eladir elebil kinoya baxirdim polis kinolari olur ha xarici

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 34
Cəmi: 49

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 53
Cəmi: 152
 
ραყιȥ
Xəbərləri: 51
Cəmi: 131
 
NIGAR
Xəbərləri: 43
Cəmi: 787
 
lamiye_2001
Xəbərləri: 29
Cəmi: 31
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 241
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 505
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}