Sən getdin, itirdim zəka və ağlı,
Amma ki, sevgilim çox az ağladım.
Çün həsrət gözəldir, səninlə bağlı,
Həsrət olmayanda qəlbi bağladım.
Axtardım yolları, düşündüm bəlkə,
Qəlbimi burada qoyub getmisən.
Amma hər addımda qaranlıq kölgə,
Durmadan söylədi, sən ki bitmisən.
İnsan ümidini itirən zaman,
Aldığı hər nəfəs mənasız olur.
Mən səni düşündüm hər dəqiqə, hər an,
Aşiqlər dünyada dünyasız olur.
Bir damla ümidlə, biraz məhəbbət,
Dilədim Tanrıdan, dil yorulmadı.
Mən artıq anladım bunu nəhayət,
Bu tufan qəlbimdə heç durulmadı.
Mən səni sevmişəm, böyük ürəklə,
Amma ki, sən mənə vermədin dəyər.
Sevgim yox olmadı tufan, küləklə,
Sevgim yox olacaq, mən ölsəm əgər.
Amma ki, sevgilim çox az ağladım.
Çün həsrət gözəldir, səninlə bağlı,
Həsrət olmayanda qəlbi bağladım.
Axtardım yolları, düşündüm bəlkə,
Qəlbimi burada qoyub getmisən.
Amma hər addımda qaranlıq kölgə,
Durmadan söylədi, sən ki bitmisən.
İnsan ümidini itirən zaman,
Aldığı hər nəfəs mənasız olur.
Mən səni düşündüm hər dəqiqə, hər an,
Aşiqlər dünyada dünyasız olur.
Bir damla ümidlə, biraz məhəbbət,
Dilədim Tanrıdan, dil yorulmadı.
Mən artıq anladım bunu nəhayət,
Bu tufan qəlbimdə heç durulmadı.
Mən səni sevmişəm, böyük ürəklə,
Amma ki, sən mənə vermədin dəyər.
Sevgim yox olmadı tufan, küləklə,
Sevgim yox olacaq, mən ölsəm əgər.