Gözlərinlə oxu,ürəyinlə dinlə-anla Məni

 
Gözlərinlə oxu,ürəyinlə dinlə-anla Məni


Sənsiz...Nə qədər çətindi kimsəsiz olmaq, elə deyilmi? Özünü cəmiyyətin ögey övladı kimi hiss eləmək, səkilərin üstündə tək başına addımlamaq. Əlini atıb yıxılmamaq üçün boşluqdan tutmaq. Küçələr, evlər, metrolar insanlardan, mənim qəlbim tənhalıqdan basa-basdır. Hamıya istidən tərləmək, mənə soyuqdan donmaq qalır...
Məktəbdə şagirdlər müəllimi, işdə işçilər müdürü salamlayır. Öyrəşməmişəm bütün bunlara. Mənə gündüzlər səhər günəşi günaydın deyir, axşamlar üstümə yağan payız yağışı yola salır, gecə qapını açıb evə girəndə divarlar salamlayır. Bu hər gün təkrarlanır, hər gün. Mən buna alışmışam. Hər səhər oyanıb xoşbəxtlik maskasını taxıb evdən çıxıram. Bir günəş, bir payız yağışı, bir də divarlarım bilir ki, üzümə gülmək qalır, ürəyimə ağlamaq...
Sən varsan, çox uzaqda... Cəmi iki addımlığımda. Sən yoxsan, çox yaxında... Xəyallarımın üfüqündə, göylə yerin birləşdiyi yerdə. Sən həm varsan arzularımda, sən həm yoxsan qorxularımda.Sən varsan...Amma yoxsan.. Sən azsan varlığınla, sən çoxsan yoxluğunla. Bax görürsən, sənə bunları bilmədən yaşamaq qalır. Mənə bunları düşünərək ölmək...
On dəqiqəyə bir ömür sığışdırmağı öyrənmişəm. Gözlərinin dibsiz boşluğunda zamandan təcrid olmağı kəşf eləmişəm. Cəmi on dəqiqəyə 9 ayı sığışdırıb yenidən doğulmuşam. Bilirsən, gözlərimə danışmağı, dilimə susmağı öyrətmişəm. Təəccüblənmə, elə ona görə də sənin dilinə danışmaq qalır, mənim dilimə susmaq...
Satdım bütün həqiqətlərimi, satdım dünən. Bir tək xəyal aldım. Üstünə SƏN yazıb verdilər. Axırıncı nəfəsimi verənə kimi qaçdım palçıqlı yollarda, köynəyimin sol yanında gizlətdim SƏNi. Gəlib çarpayımın baş ucuna qoydum, sakit-sakit baxdım. Əllərimin içini burnuma tutub ciyərlərimə çəkdim. Yanılmamışdım, bu SƏNin xəyalının ətri idi. Uzanıb sakitçə gözlərimi yumdum. SƏNə laylay demək qaldı, mənə yatmaq...
Gecə bir yuxu gördüm. Alıb aparırdı səni həqiqətlər. Uzaqlara, çox uzaqlara çıxıb gedirdin. Hönkürdüm, yalvardım, heç kim oyatmadı... Yox olub getdin. Yenə mən, yenə səhər günəşi, yenə payız yağışı, yenə divarlar... Onlara da küsdüm artıq. Nə günəşin təmənnasız mərhəmətini istədim, nə yağışın mülayim nəvazişini götürdüm, nə divarların salamını aldım... Sənə çıxıb getmək qaldı, mənə arxanca baxmaq...
Öyrəşmişəm sıfıra bölünüb cavabsız qalmağa, öyrəşmişəm əlifbada “ı” hərfi olub sözlərin sonunda işlənməyə. Öyrəşmişəm bütün pislərə layiq olmağa, öyrəşmişəm sonlara, öyrəşmişəm bütün bunlara. Amma SƏNsizliyə öyrəşmək istəmirəm. Eşidirsən nə deyir gözlərim? Qulaqlarınla deyil, ürəyinlə dinlə. Başa düşə bilirsən onları? Geri dön deyir, geri dön. Nə olar, bundan sonra hərəmizə bir şey qalsın – sənə sabah günəşiylə, payız yağışıyla, soyuq divar salamıyla qayıtmaq, mənə köynəyimin sol yanında gizlətdiyim arzularım, ürəyimdəki həsrətin, əllərimdəki ətrinlə gözləmək...


Fikirləriniz...


Geri dön

★Adriana★

  • 14 may 2011 15:48
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
maraqlidir tesekkurler

--------------------

lider

  • 14 may 2011 09:57
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
ELA TEWEKKURLER

BlackBerry

  • 14 may 2011 00:25
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Özünü cəmiyyətin ögey övladı kimi hiss eləmək, səkilərin üstündə tək başına addımlamaq. Əlini atıb yıxılmamaq üçün boşluqdan tutmaq. recourse

YazYamuru

  • 14 may 2011 00:24
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
__SUZI__,
ba$ üste QIIIIIZZZ MEN bilmeyenlere de deyerem narahat olma gözü aciq getme qapali get
wink

--------------------



R.M_FaNaTka

  • 14 may 2011 00:06
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
milet bir sey deyecem size men olsem bilin ki sevgi xebereri gondermekden olmusem wink

--------------------

Seher_Mehi

  • 13 may 2011 23:56
  • Məqalə: 2
  • Şərh: 68
  • Bal:
{awards}
recourse tshk...

_RONALDO_

  • 13 may 2011 23:31
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
ILK SERH MENDEN VAAUU ELADI TWK

ILK SERH MENDEN VAAUU ELADI TWK

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 14
Cəmi: 28

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}