İmam Əzəmin Cavabı

 
İmam Əzəmin Cavabı

İmam Əzəm Əbu Hənifənin vaxtında onu sevməyən və ona nifrət edən müxaliflərindən biri, tələbələrinin və sevənlərinin hüzurunda onu cavabsız qoyub xəcalətli etmək üçün hiyləgər bir sual hazırladı. Və böyük imamın olduğu məclisə gəlib bu hiyləgər sualı soruşdu:
- Bir adam var ki, onun kamil bir Müsəlman olduğuna hər kəs şahidldir, lakin bəzi sözləri var ki, küfürdür. Onun haqqındakı hökmünün nə olduğu öyrənmək istəyirəm. Bu insan bunları söyləyir:

"Cənnəti ümid etmirəm,
Cəhənnəmdən və Allahdan qorxmuram.
Ölü ətini sevərək yeyərəm.
Rükusuz və səcdəsiz namaz qılaram.
Haqqa nifrət edir, fitnəni sevirəm.
Yəhudi və Xristianları da təsdiq edirəm.
Görmədən şahidlik edərəm."

Bu insan haqqında hökmünüz nədir?

İmam Əzəm həzrətləri bunu soruşan kimsəyə;
"Yaxşı bu kimsə haqqında sənin bir fikirin varmı?"- deyəndə, o; "Mən nə deyim, bunu sizdən soruşuram."-dedi.
İmam Əzəm tələbələrinə döndü və eyni sualı onlardan soruşdu. Tələbələri də; "bu deyilənlər küfr əlaməti olduğu üçün, söyləyən insanın küfrünə dəlalət edər."-deyə cavab verdilər.

İmam Əzəm Həzrətləri sözü aldı və gözəl bir təbəssümlə bu deyilənlərin nə mənaya gəldiyini tək-tək belə açıqladı:
"Bu adam həqiqətən də kamil bir mömindir. Çünki onun söylədiyi bu sözlər həmişə məcazidir, şərhi var. Belə ki: Bu insan cənnəti ümid etmir. Yəni Cənnətin sahibi olan Allahı ümid edir.
Cəhənnəmdən qorxmur, Cəhənnəmin sahibindən qorxur.
"Allahdan qorxmuram"-deyərkən, Allahın ədalətlə hökm edəcəyini bildiyi üçün, Allahın ona zülm edəcəyindən qorxmur.
"Ölü əti yeyərəm"-deyərkən, söyləmək istədiyi balıq ətidir.
"Rukusuz və səcdəsiz namaz qılaram"-deməklə, cənazə namazını nəzərdə tutur.
"Haqqa nifrət edirəm" sözüylə nəzərdə tutduğu şey, ölümdür. Hər kəs üçün Haqq (ölüm) baş verəcək. Mövla Təalaya daha çox qulluq edə bilmək üçün ölümü istəmir.
"Fitnəni sevirəm"-deyərkən fitnədən qəsdi isə övladlarıdır. Çünki Mövla Qurani Kərimdə Mal və övladı fitnə olaraq zikr edilmişdir. (Təğabun: 15)

Yəhudi və Xristianları təsdiq etməsindən murad isə onların bir-birləri haqqındakı sözlərini təsdiq etməsidir.

Görmədən şahidlik etdiyi isə, Allaha və axirət gününə iman etməsidir.

Bu şərhləri dinləyən adam İmam Əzəmə heyran qaldı. Öz-özünə: "Bu nə elm, bu nə fərasət, bu nə zəka ... Demək mən belə bir dahiyə düşmənlik edirmişəm."- deyə düşündü. Dərhal İmam Əzəmin əllərinə sarıldı. Və bu günə qədər etdiyi düşmənliyə görə onu bağışlamasını istədi və halallıq dilədi.


Geri dön

music_angel

  • 5 sentyabr 2011 17:06
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

★Adriana★

  • 14 may 2011 15:47
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
tesekkurler xebere gore

--------------------

lider

  • 14 may 2011 09:55
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN. GOZEL CVBDI

ALLAH RAZI OLSUN. GOZEL CVBDI

_RONALDO_

  • 14 may 2011 09:28
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

ALLAH RAZI OLSUN

--------------------

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦

  • 14 may 2011 08:42
  • Məqalə: 1135
  • Şərh: 331
  • Bal:
{awards}
ALLAH
RAZI
OLSUN

--------------------


İNSTRAGRAM ADRES : seymur_sonmez

::..ONSLAUGHT::..

  • 14 may 2011 00:47
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
winked smile

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 12
Cəmi: 31

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}