Hyundai markası yeni iri sedanı açıqladı

 
Hyundai markası yeni iri sedanı açıqladı

Hyundai şirkəti sedan kuzovlu i40 modeli modifikasiyası haqqında təfsilatlı məlumatı və rəsmi şəkilləri yayıb. Bu avtomobilin dünya tanıtımı bu gün, mayın 12-də Barselona avtosalonunda baş tutub. Maşının universal kuzovlu versiyası isə bu ilin martında Cenevrə motorşousunda təqdim edilmişdi. Alıcı uğrunda D seqmentində mübarizə aparacaq Hyundai i40 sedanı markanın Rüsselhaymdakı tədqiqat mərkəzində xüsusi olaraq Avropa bazarı üçün hazırlanıb.

Əvvəllər məlumat verildiyi kimi avtomobilin təkər bazası 2770 mm, oturacaqların yastıqlarından tavanadək məsafə 1025 mm, sürücünün və qabaq sərnişinin çiyinləri səviyyəsində salonun eni 1455 mm,arxada ayaqlar üçün yer 1170 mm təşkil edir. Maşının qabarit uzunluğu 4,74 m təşkil edir. Cənubi Koreya şirkəti təmsilçisinin sözlərinə görə yeni avtomobilin qeyd edilən ölçüləri öz seqmentində ən yaxşılardan biridir

Yeni avtomobil 135 və 177 a.g. hasil edən müvafiq olaraq 1.6 və 2.0 litrlik iki benzin mühərriki ilə təklif ediləcək. Bu mühərriklərin ikincisi altı pilləli mexaniki ötürücü qutu ilə sedana 100 km/saat sürətlənməni 9,7 saniyəyə yerinə yetirməyə imkan verəcək. Bu zaman qarışıq sikldə avtomobilin yanacaq sərfi hər 100 km məsafədə 6.8 L təşkil edəcək.i40 sedanın mühərrik qammasına həmçinin 115 və 136 a.g. olan 1.7 litrlik iki dizel də daxildir. Onlardan daha az güclüsü Start/Stop və enerjinin rekuperasiyası sistemləri ilə birgə hər 100 km məsafədə 4.2 L yanacaq sərf edəcək. Hyundai şirkəti Avropada ildə 60 min nüsxə i40 modeli satmağa ümid edir. Onlardan 25% -i sedan olacaq.


Geri dön

_RONALDO_

  • 14 may 2011 15:54
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
40 SERANDI ELA DI HUNDAY

--------------------

★Adriana★

  • 14 may 2011 15:34
  • Məqalə: 238
  • Şərh: 2958
  • Bal:
{awards}
tesekkurlerr

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 27
Cəmi: 48

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 42
Cəmi: 73
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 37
Cəmi: 52
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 170
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 144
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}