Kişilər nə üçün sevdikləri qadına xəyanət edirlər?

 
Kişilər nə üçün sevdikləri qadına xəyanət edirlər?

Cinsindən və sosial statusundan asılı olmayaraq sevgidə sərhəd yoxdur.
Hər insan özünəməxsus tərzdə sevir və sevgisini müxtəlif tərzdə büruzə verir.
Bəs sevgidə xəyanət necə? Əgər kişi bir qadını sevirsə, ona xəyanət edə bilərmi?
Sosioloqların sorğusuna əsasən, kişilərin yarısı həyat yoldaşlarına xəyanət edir.

Deməli onlar öz həyat yoldaşlarını sevmirlər? Kişi xəyanətinin əsas səbəbi nədir?
Nəyə görə xəyanət yalnız kişilərə icazə verilən hərəkət kimi qəbul olunur?
Xəyanətkar-qadına isə cəmiyyət daha ciddi reaksiyalar verir.
Sənə qarşı xəyanət olunubsa, bu heç də sizin sevgidə uğursuzluğunuz demək deyil.
Əksinə, bu cür hallar qadına imkan verir ki,
öz həyatına bir daha nəzər salsın və onu yaxşı tərəfə dəyişsin.


Kişi xəyanətinin bir neçə əsas səbəbi

1. Siz sadəcə həmin kişini seçməmisiniz. Onun üçün inam, ailə həyatı,
sadiqlik bir o qədər də qiymətli deyil. O yenilik və macəra axtarışındadır.
Sıxıntı və sükutun baş verməməsi üçün o, sevgili axtarışında olacaq.

2. Sevgilinizlə münasibətlərdə inam yarada bilmirsiniz. Ola bilsin ki,
siz çox qısqancsınız və emosiyalarınızla bacarmırsınız. Əgər onun işdən gec gəlməsi, telefonla
çox danışması və ya hər hansı ötən qıza baxmasına görə daim söz-söhbət
və dava yaradırsınızsa, bu, o deməkdir gec və ya tez onu itirəcəksiniz.

3. Heç də bütün kişilər kənarda seks axtarmır.
Bəzi kişilər sevgilisi ilə tam fərqli xəyallar qurur.
Ola bilsin ki, həyat yoldaşınız ailədə özünə lazım və vacib olan emosiyaları ala bilmir.

4. Qorxular. Daim xəyanət haqda düşünmək və qorxmaqla onu özünüzə daha asan cəlb
etmiş olacaqsınız. Vəfasızlıq haqda düşünərək biz özümüzə əmr veririk və şüursuz olaraq
xəyanətkar həyat yoldaşı axtarmağa başlayırıq. Və yaxud özümüzü elə
aparırıq ki, bizim hələ ki, vəfalı həyat yoldaşımız xəyanətə doğru gedir.

Xəyanətin digər səbəbləri

Ər öz xanımını nə qədər sevsə belə, zamanla qadının xarici görünüşündə və davranışındakı dəyişikliklər onun diqqətindən kənarda qalmır. Belə ki, ailə həyatı qurmuş əksər qadınlar illər keçdikcə özlərinə qulluq etməyi bir o qədər vacib hesab etmir. Qadınlar belə hesab edirlər ki, əgər ər varsa, bununla hər şey bitdi. O artıq heç hara getməyəcək.
Qadınlar kişi psixologiyasına məxsus bir neçə əsas məqamı bilməlidirlər. Belə ki, ən vəfalı və sevən kişi ilk olaraq gözləri ilə sevir. İşdə və gündəlik həyatda onu baxımlı qadınlar əhatə edir. Onlara diqqət yetirməmək isə kişi psixologiyasına yaddır. Tez və ya gec onlardan hər hansı birinə adi kişi marağı yaranır. Sonra isə təsadüflər baş verə bilər: iş yoldaşları ilə qonaqlıq, yaxın dost və rəfiqələrlə yığıncaq və.s. Bütün bunlar artıq cəlbedici olmayan həyat yoldaşını unutdura bilər.

Lakin heç də hər şey qadından asılı deyil. Potensial olaraq bütün kişilər uyğun zaman baş verdikdə xəyanətə meyillidir. Əgər kişi ömrünün sonuna kimi vəfalıdırsa, bu ya anormallıqdır, ya da sadəcə olaraq həmin qadının bəxti gətirib.

Kişilər - ilk olaraq bioloji, daha sonra sosialoji varlıqdırlar. Bəzən kişilər qadınları özlərinə cəlb edirlər. Çünki hər bir kişi onun cəlbedici baxışlarına vurulan qadınlardan sadəcə zövq alır.
Əksər kişilər heç də qadınlardan geri qalmayaraq gözəl geyinməyi, bahalı parfümeriyadan istifadə etməyi, ümumiyyətlə hər tərəfli özünə baxmağı çox sevir. Bununla da, qadın diqqətini özlərinə cəlb edir, daha sonra imtina edə bilmirlər.
Nəyə görə cəmiyyət kişi xəyanətinə bu qədər səthi yanaşır? Qadın xəyanəti isə hər zaman qəbuledilməzdir. Burada məsələ, ictimai psixologiyadadır. Qadın qədim zamanlardan ailənin qoruyucusudur və anadır. Buna görə də şəxsi həyatla məşğul olmağa icazə verilmirdi. Kişinin isə cəmiyyətdə tutduğu rol fərqlidir. Ona görə də bəzi hallarda qadınlar bu fikrə dözümlülük nümayiş etdirir.

Həmçinin kişi və qadın psixologiyasındakı fərqlər də burada özünü göstərir. Kənarda hər hansı qanunsuz əlaqənin olması bəzən kişi üçün namus məsələsidir, desək yanılmarıq. Çünki dostlar arasında bu, kişi qüruru kimi qəbul olunur. Araşdırmalar göstərir ki, kənardakı münasibətlərlə kişilər özlərinə olan güvəni bərpa etməyə çalışırlar.
Nəyə görə qadınlar bunu bağışlayır və ərləri ilə ailə həyatında yaşamağa davam edirlər? Əksər qadınlar sevgilərindən imtina edə bilmirlər və onlara layiq olmayan kişi ilə yaşamağa davam edirlər.

Digərləri isə sadəcə övladlarını fikirləşir. Bir qrup qadınlar sadəcə həyatlarını qəfil dəyişiməkdən qorxurlar. Bu isə özünə güvənin olmamasından irəli gəlir.

İstənilən halda qadın vəziyyəti dəyişə bilər. “Kişi başdırsa, qadın boyun” misalını yada salın. Daim baxımlı olmağı, həyat yoldaşlarınızın gözündə gözəl görünməyi sadəcə həyat tərzinə çevirin. Sürprizlər hazırlayın, onun qəlbini fəth etmək üçün ağlasığmaz variantlara belə əl ata bilərsiniz. Neqativ emosiyaların həyatınızın sahibi olmağına icazə verməyin. Əsas odur ki, daim sevimli qalın. Kişi psixologiyasında nəzərinizə çatdırdığımız faktları isə unutmayın.


Geri dön

Seher_Mehi

  • 14 may 2011 18:17
  • Məqalə: 2
  • Şərh: 68
  • Bal:
Ya kishi ya qadin ferqi yoxdu xeyanet edenin Allah cezasini versin.. fellow

ZEHRA

  • 14 may 2011 16:01
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
təşəkkürlər

_RONALDO_

  • 14 may 2011 15:52
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
pula gore .

--------------------

★Adriana★

  • 14 may 2011 15:33
  • Məqalə: 238
  • Şərh: 2980
  • Bal:
{awards}
tesekkurlerrr

--------------------

AYKA87

  • 14 may 2011 15:24
  • Məqalə: 0
  • Şərh: 75
  • Bal:
{awards}
menim fikirimce xeyanet ele xeyanetdi yeni ne qadinda nede kiside qebul edilmemelidi cunki her ikisindede urek oldugu ucun ya qadin yada kisi xeyanet edirse birinin ureyi qirilir guveni inami itir artiq onun varligiyla yoxlugunun bir ferqi olmur qarsi terefe.bide qadinlar xos sozdere aldandigi kimi kisilerde aldanir isdenilen her hansisa bir qadin heyat yoldasin ozune ele baglaya bilerki heyat yoldasi onu itirmekden qorxdugu ucun xeyanet etmeyide cekiner eyer kisi her zaman xos soz esidirse qadini onun her isteklerini edirse qaygisina qalirsa mence kisinin agli hecde colde olmaz eksine her deyqe isin bitib eve tez getmesini sebirsizlikle gozleyer yox eyer qadin hemise deyingen olarsa kisini her defe neynense yola verib isdeklerin qarsilamazsa isder isdemez kisini gozu collde qalacey.bide qadin kimeyse gore yox ozune gore ozune her zaman qulluq etmelidi baximli qadin olmalidi.
butun qadinlara ve kisilere arzum her zaman bir birilerine sadiq qalmagi arzu edirem.

heyasiz204

  • 14 may 2011 15:01
  • Məqalə: 27
  • Şərh: 1200
  • Bal:
{awards}
tewekkurler

--------------------
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu bölüşməkdir

Ba_T_yA

  • 14 may 2011 15:00
  • Məqalə: 0
  • Şərh: 37
  • Bal:
{awards}
bacarigin var sen de ele

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 9
Qonaqlar: 41
Cəmi: 85

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 90
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}