İki od arasında: biri ümidsizlik, biri arxayınlıq

 
İki od arasında: biri ümidsizlik, biri arxayınlıq

İki od arasında: biri ümidsizlik, biri arxayınlıq

Allah-Təala çox mərhəmətlidir, elədiyin bütün günahları bağışlayar, bu Onun şanının ucalığıdır.
Birisi məscidə gəlir və mollaya deyir:
- Molla, mən 99 adam öldürmüşəm. Görəsən Allah-Təala mənim günahımı bağışlayarmı?
Molla da onun dediklərini eşidən kimi heyrətdən içini çəkir və cavab verir:
- 99 adam öldürənin günahını bağışlamaq olarmı? Sən heç çabalama, yerin cəhənnəmdə hazırdır, vəssalam.
Həmin adam da:
- Bir halda ki, mənim üçün heç bir ümid yeri yoxdur, onda olmasın 99, olsun 100 deyir və cibindən çıxardığı bıçaqla mollanı öldürür.
Bu bir misaldır, söyləntidir. Doğrudurmu, yalandırmı, bilinmir. Amma bilinən bir şey var ki, heç kəsin Allahla bəndə arasına pərdə çəkməyə haqqı yoxdur. Allah-Təala sənin bu günahını bağışlayar, ya bağışlamaz, bu, onun öz işidir. Allahın mərhəmətindən ümidini kəsən ancaq və ancaq şeytandır. Ümidsizlik şeytanlaşmaqdır. Unutmamalıyıq ki, bizim xətamız nə qədər böyük olsa da, Allah-Təalanın mərhəməti ilə müqayisədə dəniz yanında damla qədər də deyil. Bəşər tarixində o qədər sonradan dönənlər, ayılanlar var ki. Haqlarında nağıllar, dastanlar yazılıb.
Biz irsən müsəlmanıq, yəni bu müsəlmançılıq bizə nəslimizdən gəlir, atamız-anamız müsəlman olduğu üçün biz də özümüzü müsəlman hesab edirik. Amma bu gün dünyanın uzaq-uzaq ölkələrində həyatının bir mərhələsini xristian, yəhudi yaxud başqa din mənsubu kimi yaşayan insanlar həqiqəti araşdıraraq könül rahatlığı tapmaq üçün İslamı seçirlər. Biz əslində suyun dəyərini, qədrini bilməyən balıq kimiyik. İslam fitrət dinidir və “Əlhəmdulillah, müsəlmanam” sözləri hər birimizin dilində eyni səmimiyyətlə səslənmir. “Əlhəmdulillah” sözünü ruhunun dərinliklərindən tapıb gətirənlər müsəlmançılığın nə qədər böyük nemət olduğunu anlayan insanlardır. İslam dini bizə Allah-Təalanın mərhəmətindən ümid kəsməməyi əmr edir: “De ki, ey çox günah işləyərək öz canlarına qıymada irəli gedən qullarım, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allah istəyərsə, bütün günahları bağışlayar, çünki O Qafur və Rahimdir, çox əfvedicidir, mərhəməti və lütfü boldur”. Bunu Allah-Təala öz uca kitabında bizlərə bildirir. Həm də ayədə günahının çoxluğu ucbatından canına qıyanlardan bəhs edilir. Yəni nə halda olursanız-olun, hansı günahı işləmisinizsə, fərqi yoxdur, siz Ona yönəlin, Ona yalvarın, əfvinizi Ondan diləyin. Yazının bu yerinə qədər ümidsizliyin nə qədər ağır xəstəlik olduğundan danışdıq. Bir də bu məsələnin başqa səmtinə baxaq: Bəli, Allah-Təala çox mərhəmətlidir, elədiyin bütün günahları bağışlayar, bu Onun şanının ucalığıdır. Onu da bilirik ki, Allah-Təala ananın öz övladını sevməsindən daha çox biz bəndələrini sevir. İndi də bu bilgilərdən sonra başqa bir problem meydana çıxa bilər. Bu dəfə də: “Allah-Təala onsuz da mərhəmətlidir, bizim günahımızdan keçər” düşüncəsi ilə hər şeyimizi itirə bilərik. İfadə etmək nə qədər çətin olsa, ruhumuz titrəsə belə, yenə o sözü burada işlətməli olduq: Allah bizim Allahımızdır, keçər günahımızdan. Bəli, Allah bizim Allahımızdır, biz də Onun bəndələriyik. Amma bu məsələ bu qədər duyğusuz ifadə olunmamalıdır. Allahın mərhəmətinə inanan, Onu tanıyan, bilən insan bütün səmimiyyəti ilə Ona yönəlməlidir. Bəli, Allah-Təala bizim günahlarımızı bağışlayar, amma bizim səmimi tövbələrimizdən və dualarımızdan sonra. Biz əvf diləmək üçün öncə tövbə eləməliyik, vicdanımız sızlamalıdır, ruhumuz inləməlidir. Biz, həqiqətən də, xətamız üçün peşiman olmuruqsa, əzab çəkmiriksə, “Allahım, mənim günahımı bağışla” deməyə haqqımız var? Nəfsimiz bülöv daşı kimidir. Hər gün ruhumuzu ona çəkib itiləməliyik, hər səhər doğulanda yeni günə, yeni həyata başlayır kimi başlamalıyıq. Əgər biz hər gün bu mübarizəyə başlamırıqsa, ruhumuzu nəfsimizlə mübarizədə itiləmiriksə, mütləq o bülöv daşı bizim başımızda partlayacaq.
Biz nə dünən qazandığımız savaba görə arxayınlaşmalı, nə də işlədiyimiz günahlara görə ümidimizi kəsməliyik. Saydığımız bu iki variantın hər ikisi şeytanın bizə hücum qapılarıdır. Peyğəmbərimiz Həzrəti Məhəmməd belə buyurub: “Xəta işləyənlərin ən xeyirlisi tövbə edənlərdir”. Həzrəti Adəm “xəta işlədib” demək bizə düşməz. Həzrəti Adəmin yaşadıqları bir hikmət idi və biz o hikmətdən lazım olan nəticəni çıxarmağı bacarmalıyıq. Həzrəti Adəm itirdiyi cənnəti səmimiyyətinin, Allaha ibadətinin, tövbəsinin, dualarının sayəsində yenidən qazandı. Bu, bizim üçün örnəkdir. “Xətam, günahım yoxdur” deməyin özü bir xətadır. Bu, təkəbbür göstəricisidir. Allah-Təala Qurani-Kərimdə belə buyurmaqdadır: “Sizin özünüz üçün xeyirli bildiyiniz çox şeydə sizlər üçün böyük zərərlər var, zərərli bildiyiniz çox şeydə də xeyirlər var”. Bu məntiqlə hadisələrə yanaşanda “mən xətasızam” deməyin nə qədər böyük cahillik olduğunu anlamaq çətin deyil. Biz dünyanı, həyatı, başımıza gələn hər şeyi vəhyin işığında anlamağa çalışmalıyıq. Yəni Allah-Təalanın buyurduqlarını, Rəsulullahın (s.ə.s.) göstərişlərini əsas alaraq bir şey haqqında qərar verə bilərik. Yoxsa hər mövzuda “mənə belə gəlir ki” deyərək bir fikir uydurmaq bizə ziyandan başqa bir şey gətirməz.
Tövbəyə qayıdaq: tövbə bizim üçün qurtuluş qapısı, misilsiz imkandır. Peyğəmbərimiz buyurur ki, xətasını anlayıb tövbə edən insan heç günah etməmiş kimidir. Nə qədər də ümidləndirici, cəlbedici həqiqətdir. Tövbə yaraya sürtülmüş məlhəm kimidir.
Qısası, nə ümidsiz olaq, nə də arxayınlaşaq. Hər gün yenidən doğulmuş kimi həyata başlayaq. Yazının sonunda Həzrəti Peyğəmbərimizin bir buyruğunu da xatırlayaq. Bir döyüşdən dönərkən Rəsulullah yanındakılarına belə buyurur:
- İndi biz kiçik cihaddan böyük cihada dönürük.
Bəli, hər gün cihaddayıq. Qələbəyə inanaq və onun yetişməsi üçün boynumuza düşən bütün vəzifələri yerinə yetirək. İnşallah, uğur bizimlədir.


Geri dön

music_angel

  • 5 sentyabr 2011 17:07
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

NELLY19

  • 27 iyul 2011 17:23
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
serhlerinize gore tewekkurler

★Adriana★

  • 16 may 2011 10:51
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
tesekkurlerrr

tesekkurlerrr

--------------------

Inciciceyi

  • 16 may 2011 10:04
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkler maraqli melumatdi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Bu Menem

  • 15 may 2011 17:57
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
tws winked

_RONALDO_

  • 15 may 2011 15:32
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
OXUMADIM UREYIM SIXILDI AMA YEQIN PIS OLMAZ TESEKKULER

--------------------

samir_252

  • 15 may 2011 12:03
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
Cox maraqla oxudum beli her zaman sedeqe vermek lazimdir Wukur Allahin boyukluyune,,tewekkurrler.

elmacik

  • 15 may 2011 11:27
  • Məqalə: 0
  • Şərh: 190
  • Bal:
{awards}
OXUMADIM UREYIM SIXILDI AMA YEQIN PIS OLMAZ TESEKKULER

--------------------
kizlarin yureyi mezar gibidir bir giren bir daha cikamaz erkeklerin yureyi market gibidirne giren belli ne cikan.........

Musique Sage

  • 14 may 2011 23:14
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
eziyyet cekmisen cox sagol

DOQRULAR

  • 14 may 2011 23:13
  • Məqalə: 86
  • Şərh: 242
  • Bal:
{awards}
Chox-chox teshekkurler muellife.ALLAh razi olsun .

--------------------
✏••♦••♦••♦Sen dünyanı axirətə aparmayacağına görə, elə yaşa ki,dünya səni axirətə aparsın♦••♦••♦••✏

barbie doll

  • 14 may 2011 23:09
  • Məqalə: 1
  • Şərh: 354
  • Bal:
{awards}
EZIYYETE GORE TESEKKURLER

--------------------
♥♥♥♥♥♥♥♥♥♥♥sen PIYONSUN ben sah sen kaybedersen en fazla 2 puan gider,SEN BENI KAYBEDERSEN OYUN BITER!♥♥♥♥♥♥♥♥♥♥♥

sevgi_meleyim.

  • 14 may 2011 21:46
  • Məqalə: 17
  • Şərh: 551
  • Bal:
{awards}
Seher_Mehi,

Baci sende uje? fellow Ele mende baciya yazdimki basqa soz yazsin, Vallah ureyim dozmur uje o yazini gorende ILK SERH MENDEN. wink

--------------------
Rebbim bir insan qoy qelbime
Amma o insan senin de sevdiyin olsun
Ve mene ele bir insan sevdir ki,
O insanin ureyi Seni seven bir mebed olsun.
Meni ele bir insanla goruwdur ki,
Menden evvel onunla goruwmuw olan Sen olasan.....Amin.

lider

  • 14 may 2011 21:14
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
TEWEKKURLER

Su Perisi

  • 14 may 2011 21:04
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

heyasiz204

  • 14 may 2011 20:58
  • Məqalə: 27
  • Şərh: 1200
  • Bal:
{awards}
tewekkurler

--------------------
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu bölüşməkdir

lqasimova

  • 14 may 2011 20:20
  • Məqalə: 0
  • Şərh: 116
  • Bal:
{awards}
teshekkur eliyirem

_RONALDO_

  • 14 may 2011 20:05
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
OXUDUM ELADI ALLAH RAZI OLSUN

OXUDUM ELADI ALLAH RAZI OLSUN

--------------------

beyaz melek

  • 14 may 2011 19:54
  • Məqalə: 58
  • Şərh: 1126
  • Bal:
{awards}
TESEKKUR EDIREM

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR

R.M_FaNaTka

  • 14 may 2011 19:45
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
axira kimi oxumadim canik twk

--------------------

_Lucia_17

  • 14 may 2011 19:26
  • Məqalə: 0
  • Şərh: 417
  • Bal:
{awards}
oxudum deyerli yaziya gore coxsagol

--------------------
Gözlə öz nəfsini,öz izzətini,
Tapdaq etməsinlər heysiyyətini.Ə.Xəqani

Seher_Mehi

  • 14 may 2011 19:21
  • Məqalə: 2
  • Şərh: 68
  • Bal:
{awards}
tekna_297,
ne olar xahish edirem bashqa soz yazasiz inaninki choz sevinerem.

nigar_kolik

  • 14 may 2011 19:06
  • Məqalə: 1
  • Şərh: 93
  • Bal:
{awards}
woooooooow superdi tewekkurler

--------------------
Sev amma ürəkdən olsun...
gəl amma əbədi olsun. ..
getmək istəsən mənidə apar. ..
getdiyimiz yer qara torpaq olsun...!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}