Çirkin poçtalyon

 
Çirkin poçtalyon

" Dünyanın mənə zindan olduğu günlər idi. Bir neçə dəfə də
evdən ağlayaraq çölə çıxmışdım... Həyatım qaralmışdı sanki və bir işıq
gözləyirdim amma yox idi.. Belə düşündüyüm günlərdə
evimin qapısına sıxıştırılmış bir Məktub tapdım. Heyrətlə baxdım.
Zərfin üzərində kimdən gəldiyi yazılmamışdı. Sonra otağıma girib açdım...

Çirkin poçtalyon

"Ağrıları paylaşmaq insanların vəzifəsidir" deyirdi. "Sənin keçdiyin
küçədə mən də vardım. Amma bir küçədə ya mən olmamalıydım
və ya paylaşılmamış ağrılarını içində gəzdirən bir insan!..."

Çirkin poçtalyon

Məktubun sonunda da ad yazmırdı. Bəs yaxşı, kim idi bu?
Kim idi, niyə, nə səbəbə yazmışdı bu qeydi və niyə mənə yazmışdı?
Əslində xoş sözlər idi. ..Və əslində bir məktuba da dəlilər kimi
ehtiyacım vardı. Görəsən dediyini edəcəkdimi, yazacaqdımı hər gün?..
Bunu zaman göstərəcəkdi. İlk gün fikirlərim qarışdı.
Həm öz problemlərimi, həm dünən gələn məktubu, həm də
yeni məktubların gəlib gəlməyəcəyini düşünürdüm. Sonrakı gün
poçt qutusunda ağ bir zərf tapdım. Ürəyimin daha tez-tez döyündüyünü hiss etdim...
Yazı eyni idi, otağıma girib oxumağa başladım məktubu.

Çirkin poçtalyon

Bu inanılmaz idi!.. Bir stəkan su içə-içə oxudum..
Doymadım! Bir stəkan su daha götürdüm ki, özümə gəlim və
susuzluğumu aldadar kimi yenidən oxudum altı səhifəni...
Sanki tanıyırdı məni, sanki illərdir dərdləşirdim onunla...
Altıncı səhifənin sonunda deyirdi ki; "Sabah yenə yazacağam..."
Sabah yenə yazdı, o biri gün yenə. .Və sonrakı günlər yenə yazdı...

Çirkin poçtalyon

Hər məktubunun sonunda, sabah yenə yazacağına aid qeyd vardı
və hər gün də dediyini edirdi. Hər gün işdən qayıdarkən ürəyim həyəcanla çırpınırdı... Hər gün g poçt qutumun bu gün də
boş olmadığını örürdüm və qəribədir, artıq yapayalnız olmadığımı,ürəyimin boş olmadığını
hiss edirdim. Bu məktublar ürəyimə girir çətinliklərimi əridir və məni sabahlara doğru itələyirdi.
Düşünürdüm ki; bunlar olmadan yaşaya bilməyəcəyəm.
Elə alışmışdım ki onlara, sanki onlar olmasa nəfəs ala bilməyəcəyəm!...
Vaxt tapdıqca oturub köhnə məktubları belə yenidən oxuyurdum.
Zaman keçdi və zamanla birlikdə çətinliklərimdə keçdi.

Çirkin poçtalyon

O günlərdən geriyə yalnız köhnə məktublar qaldı. Bir gün içimdə
qarşı qoya bilmədiyim bir maraq oyandı: kim idi bu?Necə biriydi? Onunla əlaqədar hər şeyi maraqlanmağa başladım.
O hər gün yazırdı və necəsə hər gün yazmağa davam edəcəkdi.
Bundan əmin olduğum üçün də, yazılarında izah etdiklərindən çox hətda
necə bir qələmlə yazdığınə, niyə bu kağızı seçdiyini, yazı stilini fikirləşirdim.. Yazıları mənə elə dərman olmuşdu ki,
onunla əlaqədar hər şey də mükəmməl olmalı idi. Hər şey!!...

Çirkin poçtalyon

O gün evdə qalmışdım. Nahar etmiş və bu möcüzəli məktubların heç olmasa necə biri tərəfindən
gətirildiyini görməyi düşünürdüm... Günorta vaxtına doğru küçəyə girən poçtalyonu gördüm.
Qaçaraq aşağı endim. Məktubumu qutuya buraxmışdı, əli hələ
havada idi. ..Göz gözə gəldik. Aman Allahım... Aman Allahım!!
bu nə qədər çirkin bir adam idi belə! Dondum qaldım... O da başını
əydi, döndü və getdi. Orada eləcə gözləyirdim...
Qutunu açıb məktubu belə götürə bilmirdim. Bu qədər zaman, bu qədər
gözəl bir məktubu, bu qədər çirkin birimi gətirmişdi? O öpdüyüm,qoxladığım, sinəmə basdığım, yastığımın üzərinə qoyduğum
məktublarıma məndən əvvəl bu adamınmı əli dəymişdi?

Çirkin poçtalyon

Axmaq fikirlər haqda düşündüyümü bilirdim, amma beləsinə gözəl duyğularıma
bu çirkin varlıq qarışdı deyə bir az əvvəl gətirdiyi zərfi götürə bilmirdim.
Qapını açdım, çölə çıxıb bir addım atdım. Çoxdan getmişdi.
Nəyə olduğunu bilmirdim amma çox qızğın idim. Zərfə toxunmadan yuxarıya çıxdım.
Otağıma girdim, köhnə məktublarıma baxdım. Bilirdim, onlar mənim
ən çətin günlərimlə bu günüm arasında körpü olmuşdulari,
amma onlara da toxuna bilmədim. Bu gözəlliyə bu çirkinliyi yaraşdıra bilmirdim!

Çirkin poçtalyon

Sabahsı gün işdən qayıdarkən baxdım ki, qutuda hələ o eyni çirkli məktub var!
Götürmədim. Sonrakı gün baxdım: eyni məktub yenə yapayalnız gözləyir.
Bir neçə gün sonra isə qutuya belə dönüb baxmamağa başladım...
Altı yeddi həftə sonra dünya yenə qaranlıq gəlməyə başladı mənə.
Bir dosta, bir əhvala ölümünə ehtiyac duymağa başladım...
Hər şey yenidən çox ağırlaşmışdı. Gecə belə yata bilmirdim.
Məktub ağlıma gəldi.. gecə yarısı idi. Tərəddüd belə etmədən aşağı endim, qutumu açdım və məktubu götürdüm.
Bir saat içində üç dəfə oxumuş, darıxmış olaraq sinəmə basdırmış
və uzun zamandır ilk dəfə belə dinclik içində yata bilmişdim.
Bunlar mənim dərmanım idi, bilirdim. Bir daha yeni bir məktubun nə vaxt gələcəyi
mənə ən çox o gün maraqlı idi... Və o axşam gözlərimə
inana bilmədim; qutumda məktub vardı. Yazı eyni idi, zərfdə yenə ad
yox idi. Üstəlik bunda poçtun damğası da yox idi...

Çirkin poçtalyon

Zərfi açdım: içindəki qısacıq məktubda bunlar yazırdı;
"Sənə gəlmiş bir məktubu qırx səkkiz gün oxumamaqla nə qazandığını
bilmirəm... Amma artıq mənim sənə yazmağa vaxtım olmayacaq.
Çünki təyinim çıxdı və bu gün başqa bir şəhərə gedirəm. Sağol!
Çirkin Poçtalyon..."
Donub qalmışdım indi... Dərin bir peşmanlıq düyünlənildi boğazıma,
hıçqıraraq evə girdim. Çantamı açdım; darağın, pomadaların və digər
qarışıqlığın arasında tapdığım mavi göz qələmiylə, bir kağıza;
"Xahiş edirəm mənə təkrar yaz" yazıb məktub qutuma qoydum.

Bir daha heç qıfıllamadığım qutuda,
eyni qeydim iki ildir yapayalnız gözləyir ..."

Çirkin poçtalyon

BU hekayə sizə nə anlatdı bilmirəm ama mənə gözəlliyyin önəmli olmadığını dərk elətdirə bildi..!
Sonunda bunu dərk elədim..Daxili gözəlliyi, daxili aləmin bir insan üçün yaratdığı rahatlığın,
xoşbəxtliyin əvəzedilməz olduğunu anladım.. Hətda başqası haqda bu cür yersiz
düşüncələr insanın öz daxili aləmini məhv edə bilmək gücünə malik olduğunu düşünürəm..
Bu hekayə bəs sizə nəyi öyrətdi? Siz necə düşünürsüz?


Geri dön

sevgi yalandir

  • 17 sentyabr 2011 20:22
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
CHOX MARAQLI IDI TSHK

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

nice_angel

  • 22 iyul 2011 10:51
  • Məqalə: 18
  • Şərh: 731
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
☜♡☞ ☜♡☞ ☜♡☞ ☜♡☞
▂ ▃ ▄ ▅ ▆ ▇ █ █ ▇ ▆ ▅ ▄ ▃ ▂ _

.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´ ♥
.. ( ♥ LoVe ♥

THIS IS LEGEND

  • 3 iyul 2011 13:21
  • Məqalə: 10
  • Şərh: 1197
  • Bal:
{awards}
vauw elaaaaaaaa

★Adriana★

  • 16 may 2011 10:02
  • Məqalə: 238
  • Şərh: 2958
  • Bal:
{awards}
tesekkurler

--------------------

lider

  • 16 may 2011 09:45
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
{awards}
TEWEKKURLER MARAQLIYDI

Bu Menem

  • 16 may 2011 09:32
  • Məqalə: 61
  • Şərh: 1100
  • Bal:
{awards}
tws winked

Inciciceyi

  • 16 may 2011 08:24
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Twk maraqlidi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

barbie_1

  • 16 may 2011 01:15
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
{awards}
marqalidir teskur ediem

Ba_T_yA

  • 16 may 2011 01:04
  • Məqalə: 0
  • Şərh: 37
  • Bal:
{awards}
tewekkurler

Nur_Ay

  • 16 may 2011 00:29
  • Məqalə: 220
  • Şərh: 2134
  • Bal:
{awards}
CHOX MARAQLI IDI TSHK

--------------------

heyasiz204

  • 16 may 2011 00:24
  • Məqalə: 27
  • Şərh: 1190
  • Bal:
{awards}
maraqlidir tewekkur.duzdu xarici gozellik sadece oteridir.daxili gozellik ise ebedi. wink

--------------------
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu bölüşməkdir

HaMuSHaN

  • 15 may 2011 23:02
  • Məqalə: 72
  • Şərh: 1173
  • Bal:
{awards}
maraqlidi twk

--------------------
Axı sevdiyimsən, axı qadınlar onları sevənləri öldürürlər. Ya da, ''sevmirəm!''ni elə ucadan deki, bir könüldən min könüləkar ölum.

ELANTE RATE

  • 15 may 2011 22:34
  • Məqalə: 5
  • Şərh: 156
  • Bal:
{awards}
MARAQLI HEKAYE IDI TWKLER SUPERDI

_RONALDO_

  • 15 may 2011 21:58
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
MARAQLI HEKAYE IDI TWKLER SUPERDI

--------------------

samir_252

  • 15 may 2011 21:42
  • Məqalə: 45
  • Şərh: 1598
  • Bal:
{awards}
MARAQLIDI TEWEKKUR

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 49
Cəmi: 69

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 721
 
The Shield
Xəbərləri: 51
Cəmi: 71
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 201
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}