Nuh peyğəmbər

 
Nuh peyğəmbər

Nuh əleyhissalam Adəm peyğəmbərdən əleyhissalam çox illər sonra yaşamışdır.

Nuh ə.s. ilə bir vaxtda yaşayan insanlar onu dinləmək istəmirlər.
O, yalnız Allaha ibadət etməyi və yaxşılıq etməyi tövsiyə edəndə, ona fikir vermirlər.

Nuh ə.s həmin adamlara ona və ona Allah tərəfindən gələn vəhyə inanmadıqları
halda, cəzalandırılacaqlarını deyir. Lakin insanlar yenə ona inanmırlar.

Onlar ona gülüb deyirlər: "Sən də bizim kimi adi adamsan. Yalnız kasıblar və zəiflər sənə inanır.
Doğru söyləyirsənsə, cəzanı göstər görək! Sən ancaq bir yalançısan!”

Nuh ə.s. cavab verir: "Mən sizdən heç nə istəmirəm, kasıb və zəifləri qovan da deyiləm.
Sizə xəbərdarlıq edilib və Allah istədiyi vaxt cəzanı sizin üzərinizə göndərəcək. Siz Allahı dayandıra bilməzsiniz!”

Nuh ə.s insanların belə münasibətinə həm kədərlənir, həm də hirslənir.
Lakin Allah ona xəbər verir ki, o, qəm yeməməlidir.
Onu daha önəmli işlər gözləyir; o, gəmi tikməlidir.

Beləliklə, Nuh əleyhissalama böyük gəmi tikmək əmr edilir.
Allahın göstərişinə əsasən, o, gəminin tikintisinə başlayır.
Bunu görən insanlar ona və gəmiyə ishehza edir.

Nuh ə.s. isə onlara xəbərdarlıq edir: "İndi siz bizə gülürsünüz, lakin tezliklə kimin
böyük cəzaya düçar olacağını biləcəksiniz!” Gəminin tikintisi başa
çatdıqda, yağış yağmağa başlayır və yerdə suların səviyyəsi artır.

Allah Subhanəhu və Təalə Nuh əleyhissalama ailəsi və
iman gətirmiş dostları ilə birgə gəmiyə minməyi əmr edir.
Ona həmçinin bütün heyvanlardan bir erkək və bir dişi götürmək tapşırılır.
Nuh ə.s. bütün əmrləri yerinə yetirir və deyir: "Allahın adı ilə biz indi
üzüb getməliyik və vaxtı gələndə yenidən bura qayıdacağıq.”

Su get-gedə yuxarı çıxır və bütün vadiləri doldurur. Nuh ə.s. hələ də gəmidə olmayan oğullarından
birini görür və narahatlıqla onu çağırır: "Oğlum, bizimlə gəmiyə min və kafirlərdən olma!”
Lakin oğlu buna razı olmur və Nuh əleyhissalama deyir: "Mən hündür dağa dırmaşacağam və su mənə dəyməyəcək”

Nuh ə.s. çox həyəcanlanır. "Yalnız Allahı dinləyənlər xilas olur!”- deyə oğlunu səsləyir.
Elə bu an böyük bir dalğa insanları yuyub aparır. Nuhun ə.s. oğlu da onların arasında olur.
Yağış uzun müddət davam edir.
Su elə qalxır ki, bütün hündür dağları örtür.
Nəhayət, yağış dayanır və sel bitir.

Nuh ə.s. dağın bir tərəfində ailəsi, dostları və gəmidə olan heyvanlarla birgə gəmidən enir.
Onlar ürəkdən Allaha minnətdarlıq edirlər, axı Allah onları xilas etmişdi!


Geri dön

sevgi yalandir

  • 17 sentyabr 2011 20:23
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
Allah razi olsun

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

music_angel

  • 5 sentyabr 2011 17:08
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

THIS IS LEGEND

  • 3 iyul 2011 13:26
  • Məqalə: 10
  • Şərh: 1206
  • Bal:
{awards}
vauw elaaaaaaaa

★Adriana★

  • 16 may 2011 10:23
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
tesekkurler

--------------------

lider

  • 16 may 2011 09:53
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN YAXWIDI

Inciciceyi

  • 16 may 2011 09:18
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

YazYamuru

  • 16 may 2011 04:36
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
heeeeee bax bunu e$itmi$dim ama oxumamisdim sagolun yaziya göre.....

--------------------



samir_252

  • 15 may 2011 19:33
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
dağın bir tərəfində ailəsi, dostları və gəmidə olan heyvanlarla birgə gəmidən enir.

_RONALDO_

  • 15 may 2011 19:18
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
dağın bir tərəfində ailəsi, dostları və gəmidə olan heyvanlarla birgə gəmidən enir.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 40
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}