Eldar və Nigar: “Biz istədik və qalib olduq!”

 
Eldar və Nigar: “Biz istədik və qalib olduq!”

Qalib ifaçılarımız jurnalistlərin qarşısına çıxdılar

“Eurovision-2011” Mahnı müsabiqəsinin qalibləri Eldar və Nigar müsabiqənin final şousundan sonra mətbuat konfransı keçiriblər. Məlumata görə, azərbaycanlı duet qalibiyyəti Müslüm Maqomayevin ifasında məşhurlaşan “Azərbaycan” mahnısı ilə qeyd edib.

Nigar çoxsaylı jurnalistlərin qarşısında “Azərbaycan” mahnısını oxuyub. Eldar isə sevincini göz yaşları ilə nümayiş etdirib: “Allah dua edirik! Babamın ruhu məni göydən izləyirdi”.

Təmsilçilərimizi media nümayəndələri arasında ilk olaraq Azərbaycan jurnalistləri təbrik edib.

Əcnəbi jurnalistlər Azərbaycan təmsilçilərini təbrik edib, mahnının çox gözəl olduğunu deyib.

Jurnalistlərdən biri “Eurovision” uşaq müsabiqəsində qalib gələn Ermənistanla “Eurovision-2011”-in Azərbaycan qaliblərinin bundan sonra arasında mədəniyyət mübadiləsinin ola bilmə ehtimalını soruşub. Eldar mədəniyyətin sərhəd tanımadığını vurğulayıb.

Mətbuat nümayəndələri Eldarla Nigarın bundan sonra əməkdaşlıq edib-etməyəcəkləri ilə də maraqlanıb. Nigar gələcəkdə solo fəaliyyət göstərəcəyini deyib.

İngiltərədə yaşayan Nigardan qalibiyyətdən sonra Azərbaycana qayıdıb-qayıtmayacağını da soruşublar. Nigar Camal həmişə həyatının yarısının Azərbaycana bağlı olduğunu deyib: “Mən müsabiqədən öncə evdar qadın idim, lakin “Eurovision” arzum idi, seçimə qatıldım və indi qalibəm. İnsan istədikdə hər şeyə nail ola bilər! Biz istədik və qalib olduq!”

Eldar qalibiyyətə addım-addım nail olduqlarını deyib: “Çox çalışdıq, əziyyət çəkdik, Allaha şükürlər olsun!”.

Avstraliya radiosunun jurnalisti deyib ki, bundan sonra radioda Azərbaycan musiqisi səsləndirəcəklər.

Eldar və Nigara sual ünvanlayanlar arasında İctimai TV-nin əməkdaşı Leyla Quliyeva da olub. O qələbəni eşitdikdən sonra onların ilk olaraq kimə zəng vurduqlarını soruşub. İfaçılarımız həyəcanlı olduqları üçün heç kimə zəng vurmayıblar. Eldar imkan olan kimi ilk olaraq anasına telefon açacağını deyib.

Jurnalistlərdən biri təmsilçilərimizi qəribə sualla təəccübləndirməyə çalışıb: “Eurovision” həm də gey-parad nümayişi kimidir. Siz gələn il ev sahibi kimi buna hazırsınız?”

Eldar isə Azərbaycanın tolerant ölkə olduğunu və cəmiyyətin bütün təbəqələrinə, insanlarına normal yanaşdıqlarını qısaca qeyd edib.


Geri dön

★Adriana★

  • 16 may 2011 10:02
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
tebrikler yenede inana bilmirdim onlarin 1-ci yere cixa bileceklerine

--------------------

lider

  • 16 may 2011 09:43
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
YALANSA HER iwin BAQI PULDUUUUUUUUUUUUUUUUUUUUUUUUUUUU am

Bu Menem

  • 16 may 2011 09:31
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
sozum yoxdu halal olsun winked

Inciciceyi

  • 16 may 2011 08:24
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Mende turk xalqini tebrik edirem

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

nilayka

  • 16 may 2011 00:27
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
love
Butun Azerbaycan Xalqini Tebrik Edirem Ve Butun Turk Xalqinida Tebrik Edirem.
winked

--------------------

xezerlenkeran

  • 15 may 2011 23:52
  • Məqalə: 1
  • Şərh: 281
  • Bal:
{awards}
Halal olsun butun geceni onlara baxmiwame. Nehayet qelebe bizim oldu

T_W_I_L_I_G_H_T

  • 15 may 2011 23:03
  • Məqalə: 0
  • Şərh: 289
  • Bal:
{awards}
TEBRIKLER!COX GOZEL KECDI.HER SEY COX GOZEL IDI.SUPER.COX SEVINIREM.HELEDE INANA BILMIREM.GELEN ILI SEBIRSIZLIKLE GOZLEYIREM.

--------------------
SOMEONE....SOMEWHERE...IS MADE FOR YOU....

Nur_Ay

  • 15 may 2011 22:57
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
MEN INANIRDIM..LAYIQ IDILER..TEBRIKLER..!

--------------------

petek

  • 15 may 2011 22:55
  • Məqalə: 0
  • Şərh: 285
  • Bal:
{awards}
men ayselı daha cox beyenırdım ona ınanırdım bırıcı olmaklarına ama bunlara ama halal olsun galıb oldular

R.M_FaNaTka

  • 15 may 2011 22:37
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
halal olsun size safuranin ayselin bacarmadiqini bacardiniz halaldi

--------------------

Lexikon

  • 15 may 2011 22:34
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
tebrikler butun geceni ona baxmiwam

ELANTE RATE

  • 15 may 2011 22:34
  • Məqalə: 5
  • Şərh: 156
  • Bal:
{awards}
superdi

AYKA87

  • 15 may 2011 22:01
  • Məqalə: 0
  • Şərh: 75
  • Bal:
{awards}
tebrikler ve tesekkurler ki bizde birinci yere cixdiq o qeder olkeler icinde qalib olduq tesekkurler

_RONALDO_

  • 15 may 2011 21:56
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
TARZAN,HECDE YERSIZ DEYILDI ELE ESIL YERI IDI OXUMAMISAN DANISMA
MINNETDARAM ELADI

--------------------

samir_252

  • 15 may 2011 21:42
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
duzu 1 ci yer olacaqlarina inanmirdim.. halaldi.....

tebrikler............

AMA NIGARIN TURK BAGRAGINI TUTMASI YERSIZ IDI......

TARZAN_86

  • 15 may 2011 21:35
  • Məqalə: 0
  • Şərh: 50
  • Bal:
{awards}
duzu 1 ci yer olacaqlarina inanmirdim.. halaldi.....

tebrikler............

AMA NIGARIN TURK BAGRAGINI TUTMASI YERSIZ IDI......

--------------------
1 gün gelip "ben mi dünya mı" die soracaksın Ben dünya diyeceğim we sen çekip gideceksn ama blmeyeceksin ki benim dünyam sensin
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 16
Cəmi: 39

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}