Əsrarul-Quran

 
Əsrarul-Quran

Oki dənizi O qovuşdurdu.Amma onların arasında maneə vardır,bir-birinə qatışmazlar.
Onlardan inci və mərcan çıxar. (Ər-Rəhman 19-22)

Bu ayələrin şərhində təfsirçilər müxtəlif hədis və rəvayətlərə əsaslanırlar.
Ayələrin zahiri mənasına əsaslanan təfsirçilərin fikrincə "iki dərya” Ərəbistan dənizi ilə İran körfəzidir ki,onlar bir-birinə çatırlar.Onların arasındakı "bərzəx” isə o qədər də aydın deyil.Bərzəx-maniə,hayil,arakəsmə,həmçinin keçid mənalarında işlənə bilir.
Bu bərzəx həmin dəryaların bir-birinə qarışmasına mane olur.

Bu dəryalardan mirvari və mərcan çıxır.Məlumdur ki,bu yerlərdə mərcan adaları vardır.Mərcan-cansız təbiətlə canlı təbiət arasında keçid təşkil edir,onun canlılar kimi inkişafı və həzmi var,lakin yerimir,hərəkət etmir.Buna görə ona bərzəx də deyirlər.
Bu yerlərdə dənizin dibindən mirvari də çıxarırlar.Mirvari-sədəf(molyusk)adlı bir dəniz heyvanının mədəsində olur.Bu heyvan bağanın çanağı kimi bir qabığım içində yaşayır,bədənində sümüyü yoxdur.Məşhurdur ki,neysan ayında yağış yağanda bu heyvan suyun üzünə çıxıb ağzını açır. Onun ağzına düşən neysan yağışının suyu onun mədəsində tədricən mirvariyə çevrilir.


Mərcan və sədəf Allah-təalanın qeyri-adi məxluqu olduğu üçün ,onları insanlara öz qüdrət nümunəsi kimi göstərir.
Ayənin batini mənasıni şərh edən alimlərdeyirlər ki,buradakı mətləb istiarə dili ilə verilib.”İki dərya”-Əli(ə) ilə Fatimə(s.ə),onların arasındakı "bərzəx”-Peyğəmbər(s),bu "iki dərya”dan çıxan "mirvari və mərcan” isə Həsən(ə) və Hüseyndir(ə).

Bəzi təfsirçilər isə deyir ki,bu sözlər rəmzi surətdə verilib;onlar "iki dərya”,”bərzəx”,”mirvari” və "mərcan” sözlərinə bir çox mənalar verirlər.Məsələn:dəryalar əql və nəfs,bərzəx isə onların arasında Allahın lütfü,onlardan çıxan-tövfiq və ismətdir;yaxud,dəryalar-mərifət və məsiyət,bərzəx-ismət,onlardan da şövq və tövbə çıxır;və ya dəryalar-dünya ilə axirət,onların arasındakı bərzəx-qəbr,onlardan haqq və ədalət çıxır.
Digər təfsirçilər deyir ki,”iki dərya” insanda olan xoş əxlaqlı qəlb və pis əxlaqlı nəfsdir,onların arasında olan "bərzəx”,maniə isə əql,elm,şəriət və təriqətdir.Elə ki,əqlin gücü ilə nəfs pis əxlaqı buraxıb nəfsi mutməinnə oldu,onda qəlb ilə bu nəfsdən iman,yaradan Xaliqə yəqinlik,safa və nur hasil olar ki,bunlar "mirvari” və "mərcan”rəmzləri ilə verilib.


Qeyd edək ki,”nəfs-Quranda üç cür vəsf edilib:nəfsi-əmmarə,nəfsi-ləvvamə,nəfsi-mütməinnə.
Nəfsi-əmmarə həmişə həva-həvəsə,ləzzətə,şəhvətə əmr edən nəfsdir.Nəfsi-ləvvamə həmişə öz əməlimdən peşman olub,özünü məzəmmət edən nəfsdir.Nəfsi-mütməinnə isə dünya ləzzətlərindən əlaqəni üzüb,səmimi-qəlblə Allah-təalanın əmr və nəhyinə tabe olan arxayın nəfsdir.Bu nəfs ancaq peyğəmbərlərə,imamkara,məsumlara və övliyalara məxsusdur.


Geri dön

music_angel

  • 5 sentyabr 2011 17:09
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

★Adriana★

  • 17 may 2011 13:22
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
tesekkurler xebere goreee

--------------------

Inciciceyi

  • 17 may 2011 09:18
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun no

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

ELANTE RATE

  • 16 may 2011 22:23
  • Məqalə: 5
  • Şərh: 156
  • Bal:
{awards}
təşəkkürlər

_RONALDO_

  • 16 may 2011 22:22
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

samir_252

  • 16 may 2011 21:56
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
[/center]

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 36
Cəmi: 54

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}