Mübarək Ramazan Ayının Duası.

 
Mübarək Ramazan Ayının Duası.

Mehriban və bağışlayan Allahın adı ilə!

Mübarək Ramazan Ayının Duası.
Ey Uca və əzəmətli Allah! Ey bağışlayan və mehriban Allah! Sən, O ulu Rəbbimizsən ki, heç yerdə misli-bərabərin yoxdur. Və O ( ulu Allah), hər şeyi eşidən və görəndir. Və bu ay elə bir aydır ki, onu başqa aylardan daha əzəmətli, təravətli, şərafətli və fəzilətli qərar verdin. Və bu, o aydır ki, o ayda oruc tutmağı mənə vacib etdin. Və o, Ramazan ayıdır. Və bu ayda bütün bəşəriyyət üçün hidayət kitabı olan Quranı nazil etdin ki, insanlar haqqı batildən ayıra bilsinlər. Və bu ayda "Qədr" gecəsini qərar verdin və bu gecəni min aydan da xeyirli etdin. Ey minnət sahibi ki, heç kim sənə minnət qoya bilməz, minnət qoy mənə, məni minnətli edib cəhənnəm atəşindən xilas et. Və məni cənnətə daxil et. Sənin mərhəmətinlə, ey rəhmlilərin rəhmlisi!
Mübarək Ramazan Ayının Duası.
İlahi! Qəbristan əhlinin ruhlarını şad et. Kasıblara var - dövlət əta elə. Ya Rəbb! Acları doydur, libası olmayanlara libas əta elə. Xudaya, bütün borcluların borcunu sən əda eylə. Ey Allah, qəmginlərin qəlbini sevindir, qəribləri tezliklə öz vətənlərinə, doğma yurdlarına çatdır, əsirləri tezliklə əsarətdən azad et. İlahi, müsəlmanların əməllərində olan nöqsanları islah et. Ya Rəbb, bütün xəstələrə tezliklə şəfa ver. İlahi, kasıblığımızın qarşısını və bolluğun, firavanlığın qapısını üzümüzə aç, öz hüsn - camalınla bizə yaxşı əhval - ruhiyyə əta et. Pərvərdigara, bizim borclarımızı və ehtiyaclarımızı ödə.
Mübarək Ramazan Ayının Duası.
Özündən başqa heç kimə möhtac eləmə, çünki sən hər şeyə qadir olan Allahsan!


Geri dön

Ulya

  • 11 avqust 2010 01:30
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
cox sagol xebere gore.Alllah razi olsun

Persofona

  • 9 avqust 2010 20:31
  • Məqalə: 24
  • Şərh: 562
  • Bal:
{awards}
tesekkurler dua ucun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 10
Qonaqlar: 32
Cəmi: 59

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 47
Cəmi: 152
 
The Shield
Xəbərləri: 44
Cəmi: 305
 
Darling
Xəbərləri: 42
Cəmi: 927
 
aytc.sza
Xəbərləri: 32
Cəmi: 82
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 19
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 16
Cəmi: 74
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 303
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}