Təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
Azərbaycanı “Eurovision-2011” yarışmasının qalibi edən təmsilçilərimiz üçün AZAL
tərəfindən hazırlanmış tort təyyarədə kəsilib. Xüsusi çoşqu ilə keçən səfər barədə
APA-ya danışan Eldar Qasımov bildirib ki, o, ölkəyə belə qələbə ilə qayıtdığına görə,
çox xoşbəxtdir: “Biz bu xoşbəxtliyi, sevinci Bakıya yaşatdığımız
üçün çox məmnunuq. Bu uğurlarımızı davam etdirməyə çalışacağıq”.
Hava Limanında “Eurovision” qaliblərini yüzlərlə insan qarşılayıb, Limanın qarşısında
böyük tıxac yaranıb. Qarşılanma mərasimində iştirak edənlər “Azərbaycan!”
nidalarını səsləndiriblər, onların əllərində Azərbaycan və Türkiyə bayraqları olub.
Qaliblərimizi qarşılayanlar arasında millət vəkilləri Ceyhun Osmanlı və Fuad Muradov da olub.
Qarşılanmaya gələn bütün maşınlar Azərbaycan bayrağına bürünüb, maşınlardan
ölkəmizin təmsilçilərinin səsləndirdikləri “Running Scared” mahnısının sədaları eşidilib.
Fanatları “Eurovision” təmsilçimizə çoxlu güllər, hədiyyələr təqdim ediblər.
Qeyd edək ki, qaliblərlə birgə Almaniyadakı Azərbaycan nümayəndə
heyəti, gənclər və idman naziri Azad Rəhimov başda olmaqla geri dönüblər.