"Eurovision" sayəsində məşhurlaşan ulduzlar

 
"Eurovision" sayəsində məşhurlaşan ulduzlar

Azərbaycan “Eurovision” mahnı müsabiqəsində artıq 4 ildir iştirak edir. Bu illər ərzində də qələbəyə daim inamlı olub. Həmçinin də müsabiqədə iştirak etdiyimiz illərdə Azərbaycanın tutduğu yerlər həmişə ilk onluqda olub. Amma müsabiqənin 61 illik tarixi çox maraqlı və rəngarəngdir. Həmin tarixi xatırlayaq.

1950-ci idə Avropa Yayım Birliyinin təşəbbüsü ilə Qərbi Avropa ölkələrinin 23 ictimai telekanalının imzaladığı sənədə əsasən, musiqi müsabiqəsi keçirilir. Məqsəd Qərbi Avropa mədəniyyətini tərənnüm və təbliğ etmək idi. 1955-ci ildə isə Fransadakı İsveçrə televiziyasının baş direktoru Marsel Besenon beynəlxalq mahnı müsabiqəsi keçirilməsi təşəbbüsünü irəli sürür. Bu fikir Beynəlxalq Yayım Birliyinin Baş Assambleyasında yekdilliklə qəbul olunur. Avropada ilin ən yaxşı mahnısını seçməkdən ötrü 1956 -cı ildə İsveçrənin Luqano şəhərində yarışmaya start verilir.

Yarışmanın əhatə dairəsi genişləndiyindən və iştrakçıların sayı çoxaldığından Yayım Birliyi sövq edir ki, zəif çıxış edən ölkələrin növbəti il müsabiqədə iştirak etmək hüququndan məhrum edilsin. Bundan başqa, iştirakçılara yarışmaya qədər ifa edəcəkləri mahnının kommersiya məqsədi ilə satışına qadağa qoyulur. Məhz vaxtında və zamanında olan dəyişikliklər müsabiqəni daha da zənginləşdirir. İrlandiya bu müsabiqədə 7 dəfə, Birləşmiş Krallıq, Fransa və Lüksemburq 5 dəfə qələbə qazanıb. “Eurovision” ən gənc qalibi isə 1986-cı ildə 13 yaşlı Belçika nümayəndəsi Sandra Kim olub.

“Eurovision” mahnı müsabiqəsinin tanınmasında, onun şöhrətlənməsində əsas pay sahibi isə İsveçrənin ABBA kvartetididir. Onlar 1974-cü ildə İngiltərədə ifa etdikləri mahnı ilə az qala bütün dünyaya səs salırlar.

1988-ci ildə isə yarışmanın qalibi olan Selin Dion hamını artıq ondan danışmağa məcbur edir. Oxuduğu mahnı, güclü səs tembri ilə rəğbət qazanan Selin müsabiqəni yenidən gündəmdə saxlayır. 1990-cı ildə isə o vaxtkı Yuqoslaviyanın Zaqreb şəhərində keçirilən yarışmada italiyalı müğənni Toto Kutunyonun ulduzu parıldayır.

2003-ci ildə türkiyəli müğənni Sertab Erener də, 2004-ci ildə Türkiyədəki yarışmanın qalibi olan ukraynalı Ruslana da Avropada xeyli şöhrət qazanırlar.

Hər il dünyanın 300 milyona yaxın tamaşaçısının seyr etdiyi 55 illik tarixə malik bu nüfuzlu müsabiqədə ölkəmiz 2008-ci ildə Belqradda keçirilən müsabiqədə ilk dəfə iştirak edib. Rok-opera janrında Gövhər Həsənzadənin bəstələdiyi “Day after day” musiqi parçası ilə Elnur Hüseynov və Samir Cavadzadə dueti ölkəmizi uğurla təmsil edirlər və 8-ci pilləyə sahib olurlar.

Moskvada keçirilən “Eurovision 2009” müsabiqəsində Azərbaycanı təmsil edən Aysel Teymurzadə və Araş “Always” mahnısı ilə üçüncülük qazanıb ölkəmizin adını qaliblər siyahısına daxil etdilər.

Norveçdə baş tutan 55-ci “Eurovision” mahnı yarışmasında Azərbaycanı Səfurə Əlizadə təmsil edib. “Drip drop” mahnısını ifa edən Azərbaycan təmsilçisi “Eurovision-2010” mahnı müsabiqəsində 5-ci yeri tutub.

Almaniyanın Düsseldorf şəhərində keçirilən “Eurovision -2011” mahnı müsabiqəsində ürək döyüntüsünü hiss edən Eldar Qasımov və Nigar Camal “Runnig Scared” mahnısı ilə ölkəmizə birincilik gətirdilər. Bu mötəbər yarışmada Azərbaycanın 4-cü dəfə təmsil olunması qələbə ilə nəticələndi. Beləliklə, ölkəmiz 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi edəcək.


Geri dön

★Adriana★

  • 17 may 2011 13:17
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
TESEKKKUUURLLLLERRRRRRRRRRRRRRRRR

--------------------

Yeva

  • 17 may 2011 10:24
  • Məqalə: 0
  • Şərh: 111
  • Bal:
{awards}
Te Wek Kur ler wink

Memmedzade_Mesume

  • 17 may 2011 10:15
  • Məqalə: 34
  • Şərh: 558
  • Bal:
{awards}
Tesekkurler meleumata gore

--------------------
"HəYaT MəNiMSə əGəR HeçKiM QaRışa BiLMəZ
Və BiLiRəM ki HəR KəSLə DoST oLuNMaZ.
SeVGiYə GəLdiKDə BiR DəFə SeVdiM,
BiR DaHa işiM oLMaZ

Inciciceyi

  • 17 may 2011 08:48
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Coooooox maraqli xeberdi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Lexikon

  • 16 may 2011 23:37
  • Məqalə: 1118
  • Şərh: 4161
  • Bal:
{awards}
gozel xeberdi cox sag ol

_RONALDO_

  • 16 may 2011 22:16
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
twk qeweng xeberdi.....eziyyete gore twk

--------------------

petek

  • 16 may 2011 22:11
  • Məqalə: 0
  • Şərh: 285
  • Bal:
{awards}
twk maraklıdır

Nur_Ay

  • 16 may 2011 22:02
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
TSHK MARAQLI XEBERDIR

--------------------

HaYaT_GuZeL

  • 16 may 2011 22:01
  • Məqalə: 234
  • Şərh: 1880
  • Bal:
{awards}
maraqli xeber oldugu ucun maraqla oxudum :)

Lindo

  • 16 may 2011 21:49
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
təşəkkürlər canım maraqlı xəbərdi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 50
Cəmi: 64

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}