"Eurovision"u hansı məkanda qəbul edəcəyik?

 
"Eurovision"u hansı məkanda qəbul edəcəyik?

Gələn il Azərbaycan “Eurovision” müsabiqəsinə ev sahibliyi edəcək. Bəs görəsən dünyanı maraq cənginə alan bu möhtəşəm yarışma harada keçirilə bilər? Elə hamını bu sual maraqlandırır. Elə biz də, ANS PRESS olaraq bu suallara cavab tapmaq istədik.

Ümumiyyətlə bu barədə müxtəlif mülahizələr irəli sürülür. Vətəndaşlar Azərbaycanda beynəlxalq yarışların keçirildyi bir neçə məkan olduğunu düşünürlər. Heydər Əlyiev prospektində tikilən Mədəniyyət Sarayı, 7800 nəfər tutumu olan İdman Olimpiya Kompleksi, 30 minə yaxın insanı cəm edə bilən Tofiq Bəhrəmov adına Stadion vətəndaşların ən birinci düşündüyü məkandır.

Bəs görəsən ekspertlər bu barədə nə düşünür?

Əməkdar memar Feyzulla Quliyev ANS PRESS-ə açıqlamasında vətəndaşların fikirlərilə razılaşmadığını bildirdi. Onun fikrincə, yarışma ən azı 25 min nəfərin yerləşəcəyi bir məkanda keçirilməlidir. Ona görə də, bu məkan stadion olmalıdır. Lakin Feyzulla Quliyev Tofiq Bəhrəmov adına stadionun bu yarışmanın keçirilməsi üçün əlverişiz olduğunu deyir: “Stadionun qabaq tərəfi, dəniz istiqaməti açıqdır. Şimal tərəfi isə bağlıdır. Stadionun uzunluğu Şimaldan cənuba deyil, Şərqdən Qərbədir. Həm də bu stadionun cənub istiqamətində tribunası yoxdur. Onda gərək orada tribuna tikələr. Bu da stadionun konstruksiyasını korlayar. Tofiq Bəhrəmov adına stadion tarixi memarlıq abidəsidir. Bu üzdən burada tikinti baxımından heç bir dəyişiklik etmək olmaz. Düşünürəm ki, “Eurovision” yarışmasının keçirilməsi üçün “Şəfa” stadionu yararlıdır. Əgər orada müəyyən konstruktiv dəyişiklik edilərsə, bu stadion yarışın keçirilməsi üçün yararlıdır. Bunun üçün səs akustikası də düzədilməlidir. Əlbəttə ki, çatdıra bilərlərsə, yaxşı olardı ki, açıq məkanda yeni tikili tikilsin. Mən bu tikilinin mərkəzdə kənarda, Böyükşor ətrafında, Heydər Əliyev prospekti boyunca açıq ərazidə olmasını istərdim. Bu üzdən, yenə də deyirəm, mövcud vəziyyəti nəzərə alsaq, yalnız “Şəfa” stadionu müəyyən mənada uyğun gəlir”.

Azərbaycan Dövlət Film Fondunun baş məsləhətçisi, əməkdar incəsənət xadimi, rejissor Aydın Kazımzadə də ANS PRESS-ə açıqlamasında “Eurovision” müsabiqəsinin Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçirilməsinin yaxşı fikir olmadığını bildirdi: “Düşünürəm ki, Heydər Əliyev adına Saray belə tədbirlərin keçirilməsi üçün çox kiçikdir. Tofiq Bəhrəmov adına Respublika Stadionu isə çox da əlverişli məkan deyil. Birdə gördün yağış yağdı. Əgər bağlı stadion olsaydı, yenə nəsə etmək olardı. Yalnız yeni, möhtəşəm bir kompleks olmalıdır. Bu Bakıdan kənarda olsa, daha yaxşı olar. Geniş bir meydan olmalıdır. Paytaxtda isə çox sıxlıqdır”.

A.Kazımzadə düşünür ki, Mərdəkana gedən yolda yaxşı bir kompleks, yaxud da, qapalı stadion tikilə bilər. “Gələcəkdə bu məkanda Olimpiya Oyunları və digər möhtəşəm yarışlar keçirilə bilər. Geniş və açıq bir meydan olmalıdır. Mərkəzdə isə elə bir yer görmürəm. Gərək “Eurovision” yarışması keçirilən yer ən azı 30 min adam tutsun”, - deyə Aydın Kazımzadə vurğulayıb.

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən isə ANS PRESS-ə bildirdilər ki, keçirilən bütün beynəlxaql yarışmalar kimi “Eurovision” yarışması da çox yaxşı düzənlənəcək. Yarışmanın keçirilməsi üçün dövlət səviyyəsində hazırlıq görüləcək.

Xatırladaq ki, “Eurovision-2011”in keçirildiyi Almaniyanın Düsseldorfdakı Sprit Arena 51 min 500 nəfər tutur. Bu stadionun tikilməsi Almaniyaya 240 milyon avroya başa gəlib. Bu arena bir çox futbol oyunalırna ev sahiblik edib. 2010-cu ildə Osloda Telenor Arenada keçirilən yarışmada isə 23 min tamaşaçı iştirak edib. Lakin stadion 16 min 600 tamaşaçı tutumuna malikdir. 2009-cu ildə yarışmaya ev sahibliyi edən Rusiyada müsabiqə 1980-cı ildə inşa edələn Olimpiya İdman Kompleksində keçirilib. Stadion 25 min tamaşaçı tutumuna malikdir. 2008-ci ildə “Eurovision”un keçirildiyi Belqrad Arenası isə 2004-cü ildə inşa olunub və 23 min tamaşaçı tutumuna malikdir. 2007-ci ildə Finlandiyada baş tutan yarışda isə Helsinki Arenası 1997-ci ildə hokkey üzrə dünya çempionatı üçün tikilib. Stadion ellips formasındadır və 30 minə yaxın tamaşaçı tutur.

Əlbəttə ki, bu siyahını uzatmaq da olar. Amma buna ehtiyac yoxdur. Ehtiyac yalnız 2012-ci ildə keçiriləcək “Eurovision” yarışmasına yaxşı hazırlaşmaq və müsabiqənin keçirilməsi üçün əlverişli məkan seçməkdir. İnanırıq ki, Azərbaycanda keçiriləcək “Eurovision” bu vaxta qədər keçirilmiş müsabiqələrdən daha yaxşı olacaq. Buna bizim həm imkanımız, həm də gücümüz çatar.


Geri dön

SeBiNe91

  • 20 may 2011 01:01
  • Məqalə: 0
  • Şərh: 93
  • Bal:
tesekkurler

--------------------
Ağlama! Ağlat ki, qiymətini bilsinlər.

_RONALDO_

  • 18 may 2011 18:24
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
muelife tesekkurler dogurdanda maraqli xeberdi

--------------------

★Adriana★

  • 17 may 2011 13:13
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
EZIYYETE GORE TESEKKURLERRRRRRRRRRRRRRRRRR

--------------------

H.A.D.E.

  • 17 may 2011 12:42
  • Məqalə: 3
  • Şərh: 71
  • Bal:
{awards}
bunu kim yazibsa sehv yazib duneleri ilhamin ozu dediki stadionda olacaq stadionu qurasdirma sehneleri edeciyik tipki almaniya nin duseldorrff seherinde oldugu kimi buna 25 milyard pul ve ya ondan yuxari xerclene bilerr sehv xebre gore tsk am

--------------------
Hayatta Iki Kör Taniyorum ; 1.'si Senden Başkasini Görmeyen Ben,2.'si Beni Göremeyen Sen

AYAN N.URIYEVA

Angels_1985

  • 17 may 2011 11:22
  • Məqalə: 0
  • Şərh: 263
  • Bal:
{awards}
Dushunurem Heydər Əliyev prospektində tikilməkdə olan Mədəniyyət sarayi daha gozel olar. cunki xarici gorunushden cooox gozeldir., muasirdir. hem de 1 ile yeni tikiliye bashlamaq gec olacaq....

--------------------
Думала, что люблю, оказалось, любила думать.

Не нужно завоевывать мир,Нужно завоевать себя,и весь мир будет у твоих ног.

CandyGirl

  • 17 may 2011 10:33
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
goren harda kecirilecek??

--------------------

Memmedzade_Mesume

  • 17 may 2011 10:09
  • Məqalə: 34
  • Şərh: 558
  • Bal:
{awards}
Tesekkurler.................

--------------------
"HəYaT MəNiMSə əGəR HeçKiM QaRışa BiLMəZ
Və BiLiRəM ki HəR KəSLə DoST oLuNMaZ.
SeVGiYə GəLdiKDə BiR DəFə SeVdiM,
BiR DaHa işiM oLMaZ

only-girl

  • 17 may 2011 09:21
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
twk xebere inshallah gelen il gruccustan udar wink

--------------------

Inciciceyi

  • 17 may 2011 08:37
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Men bilen Respublika stadionunda kecirilecek

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

petek

  • 17 may 2011 03:07
  • Məqalə: 0
  • Şərh: 285
  • Bal:
{awards}
ozlerı bıler ama mende oz fıkrımı soylemelıyem bakıda gunesı gormek cok zor bınaların elınden o bınaların evezıne bele bır mohtesem saray tıkseler pısmı olardı bu gunde bele bır prablem yasanmazdı.yarısma azerbaycana gelıb cıxıb azerbaycan gonaklarını harada garsılayacak hele bılmır ama men ınanıram kı bakıda unudulmayan bır yarısma olacak her sey ugurlu gozal ve mohtesem olacak xebere gore twk

Nur_Ay

  • 17 may 2011 02:05
  • Məqalə: 220
  • Şərh: 2141
  • Bal:
{awards}
BIZ BUNA CHOXDAN HAZIR OLMALIYDIQ...BUNLAR HELE INDI FIKIRLESHIRLER...LAZIMSIZ BINALARIN YERINE BOYUK, MUASIR STANDARTLARA UYGUN STADION TIKERDILER...

--------------------

Che

  • 16 may 2011 23:42
  • Məqalə: 0
  • Şərh: 43
  • Bal:
{awards}
gor indiden neyin soybeti gedir)))

--------------------
http://www.mp33indir.tk

samir_252

  • 16 may 2011 23:38
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
muelife tesekkurler dogurdanda maraqli xeberdi

R.M_FaNaTka

  • 16 may 2011 23:37
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
ilk sehr menden
muelife tesekkurler dogurdanda maraqli xeberdi

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 46
Cəmi: 84

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}