“Narimanfilm” kinostudiyasının istehsalı olan “Sahə" bədii filmi “Park Cinema” kinoteatrında nümayiş olunacaq. “Narimanfilm” kinoşirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, filmin nümayişi may ayının 19 və 20 tarixlərində baş tutacaq.
“Sahə” bədii filmi (rejissor İlqar Safat) məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən danışır. Film “Narimanfilm” (Azərbaycan), “Georgianfilm” və “Bagira Films” (Gürcüstan) studiyalarının müştərək istehsalı olub, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və həmçinin PAŞA Bank-ın iştirakı ilə ərsəyə gətirilib.
Qeyd edək ki, “Sahə” filmi 2010-cu ildə Azərbaycan tərəfindən “Xarici dildə ən yaxşı film” kateqoriyasında 83-cü illik Oskar mükafatı uğrunda mübarizəyə qatılmaq üçün təqdim olunmuşdu. Həmçinin, əsas rollardan birinin ifaçısı olan Timur Oduşevin 32-ci Hollivudun Gənc İstedadları Mükafatının (Hollywood Young Artists Award) təqdimat mərasimində “Best Performance in an International Feature Film” nominasiyasında mükafat alması filmə qarşı olan marağın artmasına səbəb olub.
Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) və Timur Oduşev (Azərbaycan) ifa edib. Ssenari müəllifi və quruluşçu rejissor İlqar Safatdır. Operatorlar Konstantin (Mindia) Esadze və Varlam Karçxadze; quruluşçu rəssamlar Rəna Əffəndi və Törəxanım Ağabəyova; bəstəkar Andrey Doynikov; bədii rəhbər Cəmil Quliyev; filmin prodüseri Nəriman Məmmədovdur.
Fim haqqında daha geniş məlumatı www.theprecinct.az və www.narimanfilm.az saytlarında tapmaq olar.