Islamdan əvvəlki qadınlar

 
Islamdan əvvəlki qadınlar

İSLAMDAN ƏVVƏLKİ DÖVRLƏRDƏ QƏHRƏMANLIQLAR GÖSTƏRMİŞ NÜMUNƏVİ QADINLAR

İslamdan əvvəlki dövrlərdə bir çox məşhur nümunəvi qadınlar olub. O cümlədən:
1. Hizbilin həyat yoldaşı.
2. Fironun həyat yoldaşı Asiyə.
3. Həzrət İbrahimin (ə) anası Buna.
4. Həzrət Musanın (ə) anası.
5. Həzrət Musanın (ə) bacısı.
6. Həzrət İsanın (ə) anası Məryəm.
7. Həzrət İsmayılın (ə) anası Hacər.

Biz burada İslamdan əvvəlki dövrlərdə yaşamış bir neçə nümunəvi qadının həyatını şərh edəcək, onların nümunəvi qadın olmalarının və adlarının əbədi qalmasının səbəbini zikr edəcəyik ki, digər qadınlar da onlardan örnək alıb bu yolla müqavimət dərsi öyrənsinlər.
1-Dülgər Hizbilin həyat yoldaşı Fironun qarşısında
Firon tarixin böyük diktatorlarından idi. O, camaatı bütpərəstlik və özünə pərəstişə məcbur etməklə, illərlə Misirə hakim olmuşdu. Yoxsul və ac camaat onun zalım, haqsızlıqla dolu və sıxıntılı hakimiyyətindən təngə gəlmişdilər. Mehriban Allah məzlum insanlara nicat vermək üçün Musanı (ə) bəni–İsrail qövmünə göndərdi. Ancaq vəziyyət elə idi ki, hər kəs Musaya (ə) iman gətirsəydi, ona ən ağır işgəncə və əziyyətlərlə edam hökmü verilirdi. Bu insanlardan biri dülgər Hizbilin həyat yoldaşı idi. O, Musaya (ə) gizlincə iman gətirir, ancaq canının qorxusundan imanını gizlədirdi. Bu qadın camaat kimi deyildi. Aydın fikir və açıq gözlə başa düşürdü ki, Firon camaatın Allahı deyil və bütlər də Allaha şərik deyillər. Ruzigarın əliylə o, Fironun hərəmxanasına, onun qızının bəzək və saç düzümü ilə məşğul olan adam kimi get-gəl edirdi. Bir gün Fironun qızının saçını bəzəyəndə daraq əlindən yerə düşdü. Dili uca Allahın zikrinə öyrəşdiyi üçün bilmədən dedi: "Allahın adı ilə”.
Fironun qızı ondan soruşdu: "Allah deməkdə məqsədin atam Firondur?”
O dedi: "Yox, mən elə bir kəsə sitayiş edirəm ki, sənin atanı yaradıb və onu aradan aparacaq!”
Fironun qızı həmin anda atasının yanına gedərək əhvalatı ona danışdı. Firon narahat olub qadını hüzuruna çağırdı və qəzəblə dedi: "Sən məgər mənim allahlığıma etiraf etmirsən?”
Qadın cavabında dedi: "Mən heç vaxt həqiqi Allahı buraxıb sənə pərəstiş etmərəm”.
Firon onun bu qətiyyətli sözündən o qədər əsəbləşdi ki, dayanmadan əmr etdi, misdən olan təndiri odla doldurdular. Təndir qızardıqda cəlladlara dedi: "Bu qadının uşaqlarının hamısını təndirə atın”.
Cəlladlar qadının gözləri qabağında, onun günahsız uşaqlarını təndirə atıb yandırdılar. Qadının uşaqları bir-bir odda yandılar, yalnız ananın qucağında kiçik övladı qalmışdı. Təbiidir ki, ananın südəmər uşağına məhəbbəti daha çox olar. O uşağı yanar odun alovları arasına atmaq üçün anadan güclə aldılar və anaya dedilər: "Əgər Musanın dinindən uzaqlaşsan, uşağını oda atmarıq”.
O digər uşaqlarına görə səbir etmişdi. Amma bu südəmər uşağa görə qəlbi təlatümə gəldi. İstədi ki, onları zahirdə qane etmək üçün bir söz desin. Bu zaman Allahın qüdrətilə uşaq dilə gəldi və anasına dedi: "Səbir et, sən haqsan!”
Ana səbir etdi. O uşağı da oda ataraq yandırdılar. Sonra isə qadının özünü də oda atdılar. O sağ olana qədər, çox acı işgəncələrə dözdü və düşmənin qarşısında özünü aciz göstərmək həsrətini, onların ürəyində qoydu. Cəlladlar ana və balalarının külünü göyə sovurdular.
İslam Peyğəmbəri (s) buyurur: "Merac gecəsi fəzada bir yerdə burnuma çox yaxşı bir ətir qoxusu dəydi. Cəbrayıldan (ə) soruşdum ki, bu misilsiz ətirli qoxu nədir? Cəbrayıl (ə) cavabında dedi ki, bu ətirli qoxu, Hizbilin həyat yoldaşının və uşaqlarının yanmış cəsədlərinin külündən gəlir. Onu bu fəzanın əhatə etdiyi hissəsində səpiblər. Bu yaxşı ətirli qoxu qiyamət gününə kimi yerin bu hissəsindən gələcək”.
Bəli bu, şücaətli və qəhrəman qadının mükafatıdır. Onun əməli Allah yanında o qədər dəyərlidir ki, pak cəsədinin gözəl ətri, İslam Peyğəmbərini (s) merac gecəsində təəccübləndirib və buyurub: "İndiyə kimi burnuma belə bir yaxşı və ətirli qoxu dəyməyib”.
2-Fironun həyat yoldaşı Asiyə
Ağır və acı hadisələr müqabilində qəhrəmancasına dözüb səbir edən qadınlardan biri də Fironun həyat yoldaşı, Məzahimin qızı Həzrət Asiyədir. Allah-təala Qurani-Məciddə bu qadını mömin şəxslər üçün məsəl çəkir və onun örnək kimi yad edir. "Təhrim” surəsinin 11-ci ayəsində buyurulur: "Allah iman gətirənlərə Fironun zövcəsini məsəl çəkir. Bir zaman o: "Ey Rəbbim! Mənim üçün Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et” demişdi”.
Bu qadın Fironun həyat yoldaşı olaraq sarayda, ləl-cəvahirat və bər-bəzək içində yaşasa da, heç vaxt bunlara aldanmadı. Xəlvətdə Musaya (ə) və Allaha iman gətirdi. Musanı (ə) uşaqlıq dövründə sudan götürdü və onu doğma anadan da yaxşı himayə etdi, heç vaxt qoymadı ki, ona bir zərər dəysin. Bu imanlı qadının o qədər dərin düşüncəsi və uzaqgörənliyi var idi ki, rəvayətlərə əsasən bir göz qırpımı qədərincə İlahi vəhyə kafir olmadı. O, Allahpərəst bir partizan kimi imkanı olan qədər Musaya (ə) kömək edir və Firona, onun əqidəsinə zərbə vururdu. Hizbilin uşaqlarının və həyat yoldaşının ürəkyandırıcı hadisəsi baş verəndə Asiyə daha fəryadlarını boğazında boğmadı, ağzına sükut möhürü vura bilmədi. Fironun qarşısında durub qətiyyətlə dedi: "Ey Firon! Nə vaxta qədər qəflət yuxusunda qalacaq və Allahın həqiqi bəndələrini yandıracaqsan?”
Firon dedi: "Mənim allahlığıma sən də şəkk edirsənmi?”
Asiyə dedi: "Mənim sənin allahlığına etiqadım var idi ki, bu gün də şəkk edəm? Mən Musanı (ə) Nil çayından götürdüyüm gündən onun peyğəmbərliyinə etiqadlı olmuşam. Buna görə də bacardığım qədər onu qorudum”.
Firon Asiyənin ağır cavabından elə narahat oldu ki, qəzəblə qışqırdı: "Ey Asiyə! Səni elə öldürəcəm ki, indiyə kimi heç kəsi belə öldürməmişəm”.
Fironun əmri ilə Asiyanı yerə uzadıb əl-ayağını dörd mıxa bağladılar və sinəsinə böyük daş parçası qoydular. Belə bir vəziyyətdə ona dedi: "Ey Asiyə! Musanın Allahına de ki, səni bu işgəncələrdən qurtarsın”.
Asiyə işgəncə altında çox narahat idi. Bu xəbər Musaya (ə) çatdı. Musa (ə) Allaha ərz etdi: "Ya Rəbbim! Asiyə üçün can verməyi asanlaşdır”.
Quranın ("Təhrim” surəsi, ayə 11) buyurduğuna əsasən, Asiyə deyirdi: "Ey Rəbbim! Mənim üçün Cənnətdə bir ev tik. Məni Firondan və onun zalım qövmündən xilas et”.
Allah Asiyənin məqamını onu göstərdi və ruhunu gücləndirdi. O, behişt nemətlərindən yeyir və içirdi. Asiyə bunları gördükdən sonra sevindi və göz yaşı təbəssümə döndü. Firon təəccüblə dedi: "Həyat yoldaşım dəli olub. O belə bir vəziyyətdə gülür və boş yerə özünü ölümə verib!”
Asiyə dedi: "And olsun Allaha! Dəli olmamışam. Əksinə, öz yerimi Cənnətdə görürəm”.
O, elə həmin halda Allahının görüşünə tələsdi və şəhid oldu. Asiyəyə qızmar günəş altında işgəncə veriləndə, mələklər sıraya düzülüb günəşin qabağında duraraq ona kölgə saldılar. O, Cənnətin ən yaxşı qadınları və tarixin dörd ən yaxşı nümunəvi, yəni Asiyə, Məryəm (ə), Xədicə (ə) və Fatimə (ə) kimi xanımlarından birinə çevrildi.
Bəzi hədis kitablarına əsasən, Asiyə dünyada ən pis insanın həyat yoldaşı idi. O, fədakarlığı və səbirli olması nəticəsində elə bir məqama çatdı ki, axirətdə ən yaxşı insanın həyat yoldaşı olacaq.
Bu, dözümlü, səbirli, fədakar, dini himayə edən və Allah yolunun yolçusu olan qadının mükafatı idi.
3-4-Musanın (ə) anası və bacısı
Ən çətin hadisələrin qarşısında davam gətirən və müqavimət göstərən qadınlardan biri də Musanın (ə) anası "Yukabed” və bacısı "Kəlsəmə” (yaxud Kəlimə) idi.
Firon rejiminin cəlladları əmr etmişdilər ki, dünyaya gələn bütün oğlan uşaqlarını öldürsünlər. Çünki münəccimlərin dediyinə görə, həmin ildə Fironun taxt-tacını aradan aparacaq bir oğlan uşağı dünyaya gələcəkdi. Buna görə də onlar istəyirdilər ki, həmin uşağı öldürməklə bunun qarşısını alsınlar. Gizlin məmurlar, mamaçalar hər yerdə hazır olub, hər yeri yoxlayaraq nəzarət altında saxlayırdılar. Əgər bir uşaq dünyaya gəlsəydi onu öldürürdilər. On minlərlə günahsız uşaqlar öldürüldülər. Hər bir evdən Bəni İsrail qadınlarının naləsi və ağlamaq səsləri gəlirdi. Qəm-qüssə az yaşlı uşaqların da ölümünə səbəb olurdu. İş o yerə çatdı ki, qibtilərin (Fironun tərəfdarlarının) rəisi Fironun yanına gəlib, ondan bu barədə fikrinin dəyişməsini istədi. Firon əmr etdi ki, bir il uşaqları öldürsünlər, bir il isə əl saxlasınlar. Musanın (ə) qardaşı Harun həmin uşaqların öldürülmədiyi ildə dünyaya gəldi. Bəni İsrailə şamil olmuş İlahi lütf və qeybdən gələn yardımlar, Musanın (ə) anasının hamiləliyinin bilinməməsinə kömək oldu. Hətta Musanın (ə) anasının sorağına gəlmiş həkim onu müayinə edərkən onda hamiləliyin əsər-əlamətini görmədi. Musa (ə) dünyaya gəldiyi zaman, onun anasına kömək etmək üçün gəlmiş həkim qadın Musanın (ə) alnındakı nuru gördükdə onun məhəbbəti qəlbinə düşdü və bu barədə heç kəsə bir söz demədi.
Beləcə, Musa (ə) dünyaya gəldi. Onun anası və bacısı belə bir böhranlı və qorxulu vəziyyətdə Musanı (ə) himayə etdilər və gözlərinin nurunu ölməyə qoymadılar. Ancaq həmin böhranlı vəziyyət hələ də aradan getməmişdi. Hər an onu öldürmək təhlükəsi var idi. Ana övladının nicat tapması barəsində fikirləşirdi. Allah Musanın (ə) anasına: "Musanı əmizdir, öldürülməsi təhlükəsini hiss etsən onu dəryaya (Nil çayına) at və narahat olma! Biz onu sənə qaytaracaq və peyğəmbərlərdən edəcəyik” – deyə buyurdu. Ana, dülgər Hizbilin yanına gedib ona dedi: "Bir sandıq düzəlt”.
Dülgər sandığı düzəltdi. Ana sandığı ehtiyatla evə apardı. Uşağını sandığa qoyub Nil çayının yanına gəldi və onu suya buraxdı. Firon və həyat yoldaşı bu zaman Nil çayının kənarında idilər. Birdən suda üzən sandığı gördülər. Firon həyat yoldaşına dedi: "O sandığı götür və bura gətir”.
Asiyə sandığı sudan götürdü və qapısını açdıqda orada gözəl bir uşaq gördü. Allah həmin anda Musanın (ə) məhəbbətini Asiyənin qəlbinə saldı. Firon uşağı görəndə bərk qəzəblənərək dedi: "Necə ola bilər ki, hər yer nəzarət altında ola-ola bu uşaq əldən çıxıb və onu öldürməyiblər?”
Asiyə dedi: "Bu uşaq bir yaşındadır. Sən də əmr etmisən ki, bu ilki uşaqları öldürsünlər. Qoy bu uşaq bizim üçün qalıb gözümüzün işığı olsun. Onu öldürmə, bəlkə bizə xeyri dəydi. Onu övladlığa götürək”.
Anası isə Musanın (ə) fikrində idi. Qızı, Musanın (ə) Kəlsəmə adlı bacısına dedi ki, sandığın dalınca gedib, əhvalatı ona xəbər versin. Bacısı çətin vəziyyətdə qardaşının dalınca gedərək onun Fironun evində olduğunu öyrəndi. Naməlum halda özünü oraya çatdırdı. Gördü ki, qadınlar sarayda Musanı (ə) əmizdirmək üçün toplaşıblar, ancaq o heç kəsin südünü qəbul etmir. Musanın (ə) bacısı onlara dedi: "Əgər istəsəniz, mən sizə bu uşağı əmizdirə bilən bir ananı tanıtdıraram”.
Axırda Allahın lütfü sayəsində, bacının köməyi ilə uşağı anasının yanına gətirdilər. Musa (ə) anasının iyin hiss etdikdən sonra, südünü əmib, isti ana qucağında yuxuya getdi.
Yazırlar ki, Firon ananı hüzuruna çağırıb ona dedi: "Nə üçün bu uşaq təkcə sənin südünü qəbul edir?”
Ana cavabında dedi: "Çünki məndən yaxşı ətir qoxusu gəlir və südüm də dadlıdır. Buna görə də hər bir uşaq mənim südümü götürür”.
Firon onun bu sözünə inandı və daha bu barədə maraqlanmadı.
5-İbrahim Xəlilin (ə) anası
Həzrət Musanın (ə) qeyd olunan macərasına oxşar bir hadisə Həzrət İbrahimin (ə) "Buna” və yaxud "Nuna” adlı anasının da başına gəldi. Nəmrudun gördüyü yuxuya əsasən və ya kahinlərin verdiyi xəbərə görə, o, gələcəkdə bu il doğulacaq uşağın əliylə həlak olacaqdı. Buna görə də o, çoxlu oğlan uşaqlarını öldürərək bir çox evləri matəmə qərq etdi. Bəzilərinin nəql etdiyinə görə o, yetmiş yeddi mindən yüz minə qədər uşaq öldürdü.
İbrahimin (ə) cəsur anası belə bir ağır və böhranlı vəziyyətdə, misilsiz şücaətlə özünü Nəmrudun casuslarından gizlətdi və doğum zamanı, adət olmaq bəhanəsi ilə (o zaman adət olmuş qadınların şəhərdən çıxması bir qayda və ənənə idi) şəhərdən çıxdı və çöllükdəki dağda mağara tapdı. Mağaraya girdi və İbrahim (ə) elə orada dünyaya gəldi. Bu yorulmaz ana 13 il casusların gözündən uzaq, bəzən sübh çağları və bəzən də gecə yarısı özünü mağaraya çatdırararaq oğluyla görüşərdi. Qeybdən İlahi yardımlar onun köməyinə gələrdi. O, Allahla idi, Allah da ona kömək edərdi. Nəhayət o, on üç ildən sonra İbrahimi (ə) xüsusi bir yolla şəhərə gətirdi. İbrahim (ə) yavaş-yavaş bütpərəstlərlə mübarizəyə başladı. O hər gün mübarizəsini gücləndirirdi.


Geri dön

music_angel

  • 5 sentyabr 2011 17:09
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

_RONALDO_

  • 18 may 2011 18:22
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

Inciciceyi

  • 18 may 2011 12:37
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Musique Sage

  • 17 may 2011 22:08
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
axira qeder oxumaga hovselem yoxdur[hide][/hide][u][/u]

NELLY19

  • 17 may 2011 16:02
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
twk...................

ZEHRA

  • 17 may 2011 13:53
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
ALLAH razi olsun

★Adriana★

  • 17 may 2011 13:06
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
tesekkurler xebere goreeeeeeeeeeeee

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 43
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}