Allahı axtarmaq ümumbəşəri bir hissdir

 
Allahı axtarmaq ümumbəşəri bir hissdir

Allahı axtarmaq hissi

İnsanların Allahı tanıma hissi dünyanın hər hansı bir xüsusi ölkəsinə məxsus olan əlamət deyil. Tarixin də göstərdiyi kimi, bu hissin daha dünyanın başlanğıcından insanların batinində öz yeri olmuş və elə bu gün də Allaha etiqad bütün millətlər arasında mövcud olmaqdadır.

Bəli, bəşər tarixi boyunca elə bir dövr yoxdur ki, o dövrdə insan Allaha etiqad bəsləməmiş olsun. Mədəniyyətində məzhəbin hər hansı bir şəkli mövcud olmayan millətə rast gəlmək mümkün deyil, yəni hansı millətin mədəniyyətilə tanış olsanız, həmin millətin mədəniyyətində məzhəbçiliyin əlamətlərini görəcəksiniz. Öz coğrafi, iqtisadi, siyasi şəraitindən asılı olmayaraq bütün ölkələrdə, məkanlarda, zamanlarda və dünyanın bütün millətləri içərisində Allahı tanımanın bu şəkildə geniş yayılması onun fitri olmasının əlamətlərindəndir.

Özünü Allahpərəst hesab etməyən hər bir insaflı şəxs çətinlik və bəla zamanında öz qəlbinin dərinliklərində hiss edir ki, onun çarəsizliyini aradan qaldıra biləcək sonsuz bir qüdrətə doğru üz tutub, ixtiyarsız olaraq Ondan kömək diləyir. İnsanın ruhunun dərinliyində mövcud olan bu cür Allaha yönəlmiş diqqət heç bir əqli, elmi sübutların və fəlsəfi dəlillərin nəticəsi deyil. Bu elə ilk gündən Yaradanın öz əli ilə insanın təbiətində - batinində qoyduğu Allahı fitri tanıma hissidir, belə ki, insan çətin anlarında bütün varlığı ilə ona üz tutur.

Biz itirdiyimizə və itirdiyimizin nə olduğuna heç bir diqqət etmədiyimiz halda O, necə də bizim çətinliklərimizi dəf edib, bizə rahatlıq bağışlayır?! Özümüz də bilmədən körpə uşaq ananı axtarıb-aramağın nə olduğunu bilmədən ananın arxasınca düşdüyü kimi, Allahın sorağına düşürük.


Quran ayələri

[Müsibət vaxtında] səbr etmək və namaz qılmaqla [Allahdan] kömək diləyin! Bu, ağır iş olsa da, Allaha itaət edənlər üçün ağır deyildir. (Quran, Bəqərə-45).

And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! [İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslər, duyğular belə Allaha məlumdur!] (Quran, Qaf-16)

Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə [kainatda, göylərin və yerin ətrafında], həm də onların öz daxilində mütləq göstərəcəyik... (Quran, Fussilət-53)


Geri dön

music_angel

  • 5 sentyabr 2011 17:09
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

--------------------

_RONALDO_

  • 18 may 2011 18:20
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

Inciciceyi

  • 18 may 2011 12:34
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

★Adriana★

  • 18 may 2011 11:52
  • Məqalə: 238
  • Şərh: 2958
  • Bal:
{awards}
tewekkurler :

--------------------

DOQRULAR

  • 17 may 2011 18:53
  • Məqalə: 86
  • Şərh: 242
  • Bal:
{awards}
ALLAHimizi sevek ve ona en gozel shekilde ibadet etmeye chalishaq inshaALLAH...

--------------------
✏••♦••♦••♦Sen dünyanı axirətə aparmayacağına görə, elə yaşa ki,dünya səni axirətə aparsın♦••♦••♦••✏

ELANTE RATE

  • 17 may 2011 18:15
  • Məqalə: 5
  • Şərh: 156
  • Bal:
{awards}
tesekkurler

NELLY19

  • 17 may 2011 15:55
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
{awards}
twk...................

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 50
Cəmi: 81

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 43
Cəmi: 74
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 37
Cəmi: 52
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 170
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 144
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}