Zamiq Hüseynov haqqında bilmədiyiniz 30 fakt

 
Zamiq Hüseynov haqqında bilmədiyiniz 30 fakt

1. Doğulduğu tarix, bürcü, ili:

1983-cü il, 12 sentyabr, Qız bürcü, Donuz ili.

2. Ailəsi:

Məndən kiçik qardaşım və bacım var. Valideynlərim təsərrüfatla məşğul olublar.

3. İlk sevgisi:

Füzulidə yaşayanda I sinifdə parta yoldaşımı sevmişəm.

4. Uşaq vaxtı onu necə çağırırdılar:

«Cöcü», «Zəmba».

5. Uşaqlıq hobbisi:

«Turbo» saqqızlar.

6. Uşaq vaxtı nə üstündə danlanıb:

Çox dəcəl uşaq olmuşam. Hoppanıb, evin şüşülərini sındırırdım. Anam da buna əsəbiləşirdi.

7. Məşğul olduğu idman növü:

Güləşə və karateyə getmişəm. Stulda «şpaqat» açırdım. Yarışlardan çoxlu mükafatlarım var. Futbol xəstəsiyəm.

8. Pərəstiş etdiyi futbol komandası:

Argentina, Fransa yığması, Barselona klubu.

9. Məyus olduğu hadisə:

Bal ayında futbol stadionlarında bütün matçları canlı olaraq, çəkib, ən gözəl kadrları kameranın yaddaş kartına köçürtmüşdüm. Həmin kartı itirdim.

10. Uşaqlıq arzusu:

Futbolçu və ya həkim olmaq istəyirdim. Amma futbolu sənətimdən də çox sevirəm.

11. Tez-tez işlətdiyi kəlmə:

«Ümumiyyətcə».

12. Özündə bəyənmədiyi cəhət:

Səbrsiz və kaprizli insanam. Bir dəqiqəyə insanın xətrinə dəyərəm.

13. Yaddaşı:

Çox zəif. Nə film, nə insan adı, nə də insanın siması ömür boyu yadımda qalmır. Ancaq yaxınlarımın adını bilirəm.

14. Tək qalanda nə edir:

Televizora baxıram, sintezatorda çalıram, musiqiyə qulaq asıram.

15. Ev işlərində necədir:

Pomidor-yumurtanı özümdən başqa heç kimə bişirməyə qoymuram. Mənim əlimin öz ləzzəti var.

16. Başqa bacarığı:

5 dəqiqəyə kiməsə qeyri-adi saç düzümü[ edərəm.

17. Sevdiyi meyvə:

Banan, nar.

18. Yoldaşı nədən narazıdır:

Əynimdəkiləri soyunub, hərəsini bir tərəfə atıram. Sonra gəlib o tökdüklərimi həmin yerdə də axtarıram. Yeyib-içəndən sonra boşqabı, stəkanı hara gəldi qoyuram.

19. Harada yeməyi xoşlayır:

Televizorun önündə.

20. Son dəfə muzeydə nə vaxt olub:


İki ay bundan əvvəl «Madam Tusso»nun muzeyində olmuşam. Ümumiyyətlə, getdiyim hər bir ölkədə muzeyə mütləq baş çəkirəm.

21. Ən çox baxdığı film:

Ancelina Colinin kinolarına, xüsusən də «Cazibə» filminə çox baxıram. Bir də mafiyaya aid filmləri xoşlayıram. Cizgi filmlərini də çox sevirəm.

22. Əsəbiləşəndə nə edir:

Nəyisə yerə çırpıb, qırıram. Sakitləşməsəm, «Play Station-3»də futbol oynayıram.

23. Heyvanlara münasibəti:

Açıq havada quşları, dələləri əlimlə yedizdirməyi çox xoşlayıram. Yoldaşımın balaca iti var: Quça. Məni yaman çox istəyir.

24. Necə qızları görəndə əsəbləşir:

Açıq-saçıq geyinən və özünü rusdilli göstərən qızlara yaman əsəbləşirəm.

25. Neçə uşaq istəyir:

3 uşaq. İki oğlan, bir qız.

26. Arzusu:

İstəyirəm böyük bağ evim olsun. Bizə çoxlu qonaqlar gəlib-getsin.

27. Nəyə pul xərcləyəndə əsəbiləşir:

Banka kredit ödəyəndə dəli oluram. Aldığım da gözümdən düşür. Həm də yaman bədxərcəm.

28. Kitab oxuyur:

Yox. Çünki səbrim çatmır. Gərək kimsə oxuyub mənə danışsın.

29. Pis vərdişi:

Diş çöpünü qırıb, yerə tökürəm. Bütün ev taxta qırığı olur.

30. Fobiyası:

Təyyarədən çox qorxuram.


Maşını:

Range Rower.

Telefonu:

Backberry.

Sevdiyi aksesuarı:

Qolbaq, üzük, boyunbağı və saat. Bu saatı da həyat yoldaşım hədiyyə edib.


Geri dön

_RONALDO_

  • 18 may 2011 18:18
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
twk hamisini oxudum...ozu haqqda daniwmiwdi

--------------------

Inciciceyi

  • 18 may 2011 12:33
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Zamiqden xowum gelmir maraqli diyil

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

★Adriana★

  • 18 may 2011 11:51
  • Məqalə: 238
  • Şərh: 2958
  • Bal:
{awards}
TESEKKURLERRRRR

TESEKKURLERRRRR

--------------------

ELANTE RATE

  • 17 may 2011 18:15
  • Məqalə: 5
  • Şərh: 156
  • Bal:
{awards}
tesekkurler

NELLY19

  • 17 may 2011 15:54
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
{awards}
twk...................

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 70
Cəmi: 88

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 47
Cəmi: 149
 
The Shield
Xəbərləri: 44
Cəmi: 305
 
Darling
Xəbərləri: 39
Cəmi: 924
 
aytc.sza
Xəbərləri: 32
Cəmi: 79
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 19
Cəmi: 59
 
❤Queen❤
Xəbərləri: 16
Cəmi: 74
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 303
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}