Vatslav Klaus: “Çexiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

 
Vatslav Klaus: “Çexiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Çexiya Respublikasının Prezidenti Vatslav Klaus mayın 17-də Milli Məclisdə olub. Parlamentin binası önündə ali qonağı Milli Məclisin sədri Oqtay Əsədov, sədrin müavinləri və digər rəsmi şəxslər qarşılayıblar.

AzərTAc-ın məlumatına görə, qonaqlar Azərbaycan parlamentinin inzibati binası, iclas zalı və deputatlar üçün yaradılmış iş şəraiti ilə tanış olublar. Çexiya Prezidenti Vatslav Klaus Milli Məclisin binasındakı Heydər Əliyev Xatirə zalına baxıb, Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Sonra Çexiya dövlətinin başçısı Milli Məclisin sədri ilə görüşüb. Oqtay Əsədov vurğulayıb ki, Azərbaycan ilə Çexiya arasında əlaqələr yüksələn xətlə inkişaf edir: “Dövlətlərimizin başçılarının keçirdikləri görüşlər, qarşılıqlı səfərləri münasibətlərimizin daha da genişlənməsi üçün zəmin yaradıb”.

Azərbaycan ilə Çexiya arasında iqtisadi-ticari əlaqələrindən danışan O.Əsədov deyib ki, ötən il ticarət dövriyyəsi 38 milyon ABŞ dolları təşkil etdiyi halda, bu ilin 2 ayında bu rəqəm 48 milyon dollara çatmışdır. Bu isə onu göstərir ki, ticarət dövriyyəsini genişləndirmək və iqtisadi əlaqələrimizi inkişaf etdirmək üçün geniş potensial var.

Bildirilib ki, Azərbaycan zəngin enerji ölkəsidir, regionda həyata keçirilən enerji layihələri çərçivəsində böyük uğurlar qazanıb. Ölkəmiz Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Milli Məclisin sədri dövlətlər arasındakı münasibətlərin inkişafında parlamentlərin rolunu xüsusi qeyd edib, hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının fəaliyyət göstərməsini, deputatlarımızın beynəlxalq təşkilatlarda bir sıra məsələlərin müzakirəsi zamanı bir mövqedən çıxış etmələrini yüksək qiymətləndirib.

Azərbaycanın dinamik inkişafı, Avropaya inteqrasiyası barədə ətraflı məlumat verən O.Əsədov ölkəmiz üçün ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsindən də danışmışdır. Çexiyanın problemin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdar olacağına əminliyini bildirib.

Prezident Vatslav Klaus Azərbaycana səfəri çərçivəsində Milli Məclislə tanışlıqdan, burada deputatlar üçün yaradılmış şəraitdən, yeni texnologiyaların tətbiqindən məmnunluğunu bildirib. O deyib ki, Çexiya Azərbaycan ilə əlaqələrin bütün sahələrdə genişləndirilməsində maraqlıdır: “Səfərin əsas məqsədi Azərbaycan ilə daha yaxından tanış olmaq, bəzi məsələlərə dair fikir mübadiləsi aparmaqdır. İnanırıq ki, bu səfər iki ölkə arasında əlaqələrin daha sürətlə inkişafına öz töhfəsini verəcək”.

Ali qonaq ölkəsinin Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramına böyük önəm verdiyini, Azərbaycanı Avropaya inteqrasiyada dəstəklədiyini vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident bildirib ki, Çexiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Ümid edirik ki, münaqişə yaxın vaxtlarda öz ədalətli həllini tapacaq.


Geri dön

_RONALDO_

  • 18 may 2011 18:00
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Çexiya Respublikasının Prezidenti Vatslav Klaus mayın 17-də Milli Məclisdə olub. Parlamentin binası önündə ali qonağı Milli Məclisin sədri Oqtay Əsədov, sədrin müavinləri və digər rəsmi şəxslər qarşılayıblar.

--------------------

★Adriana★

  • 18 may 2011 11:20
  • Məqalə: 238
  • Şərh: 2958
  • Bal:
{awards}
tesekkurlerrrr

--------------------

Inciciceyi

  • 18 may 2011 09:03
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Xebere gore twkler
bax bele lazimdi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Aleyra

  • 17 may 2011 22:40
  • Məqalə: 4
  • Şərh: 643
  • Bal:
{awards}
Twkler amma biz onlardan nece il evvel arzulayiriq bunu icra tmekse dildedi

lider

  • 17 may 2011 22:00
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
{awards}
TEWEKKURLER. AMA DEMEK YOX AYAGA QALXIB SESiMIZi CIXARTMASAQ BAWIMIZDAN VURUB OTURDACAQLAR

Humay16

  • 17 may 2011 21:43
  • Məqalə: 0
  • Şərh: 309
  • Bal:
{awards}
MƏLUMATA GÖRƏ TƏŞƏKKÜRLƏR

--------------------
Əgər günəşi gözdən qaçırdım deyə göz yaşı töksən onda ulduzları da qaçırdarsan

Nigar

  • 17 may 2011 21:22
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
twkler..........

Morning_Star

  • 17 may 2011 20:19
  • Məqalə: 47
  • Şərh: 813
  • Bal:
{awards}
Xəritədə niyə Elizavetpol yazılıb?Gəncə yaza bilmirdilər ingiliscə?

NELLY19

  • 17 may 2011 20:13
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
{awards}
twk.......................

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 29
Cəmi: 46

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 719
 
The Shield
Xəbərləri: 51
Cəmi: 71
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 143
 
Nergiz__Sirinova
Xəbərləri: 41
Cəmi: 470
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 199
 
AyliN BunyaminovA
Xəbərləri: 16
Cəmi: 439
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 52
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 10
Cəmi: 219
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}