Günəş parçalanır: odlu cisim yola çıxıb

 
Günəş parçalanır: odlu cisim yola çıxıb

"Spaceweather"ə istinadən bildirir ki, Hollandiyada yaşayan həvəskar astronom Yan Timmermans qəribə hadisənin şahidi olub.

Mayın 2-də, sübh saatlarında o, kiçik teleskop vasitəsilə Günəşin cənub-qərbindəki ləkənin şəklini çəkirdi. Təbii ki, Timmermansın teleskopu rəsədxanada səma cisimlərini müşahidə etmək üçün nəzərdə tutulmuş avadanlıq deyildi və alınan şəıkillərin də keyfiyyətinin çox yüksək olacağını düşünmək sadəlövhlük olardı.

Fəqət, Timmermans həvəskar astronom olsa da, gördüyü işə dəqiq yanaşan adamdır. Bu səbəbdən də o, hər səhər yuxudan ayılan kimi teleskopun təchiz edildiyi fotoaparatı işə salıb səma cisimlərinin şəkillərini çəkirdi.

Adi, bəlkə də primitiv bir əyləncə.

Amma məhz bu əyləncə dünyanın ən məşhur astronomlarının görə bilmədiyi hadisəni görməyə, tanınmış rəsədxanaların qeydə almadıqları prosesdən bəhs etməyə imkan verir.

İş ondadır ki, Timmermans özü də bilmədən çox maraqlı prosesin fotoşəklini çəkib.

Fotolarda aydın görünür ki, Günəş səthindən qopan qeyri-adi protuberans sürətini artırır və orbitini dəyişir. Qopma anından sonrakı qısa zaman ərzində sürəti dəfələrlə artan bu protuberans Yer planeti boyda odlu kürəyə çevrilir.

Günəş səthindəki protuberanslar adətən sürət toplayan kimi geri düşür və nəhəng ulduzun qaynayan səthində əriyirlər. Çox nadir hallarda, təxminən 300-400 min ildən bir protuberans Günəş səthindən ayrılaraq koronal tullantıya çevrilirlər.

Timmermans gördüyünün məhz protuberans olduğunu deyir.

"İllərdir ki, Günəşi müşahidə edirəm. Protuberans, koronal tullantılar və ləkələrin fotolarını çəkir, Günəşjə baş verən proseslər barədə yazır və yazdıqlarımı da saytımda dərc edirəm. Lakin bu dəfə gördüyüm məni də təəccübləndirdi. Məncə, Günəşdən ayrılan o odlu kürə adi protuberans idi", - Yan Timmermans bildirib.

Protuberans (latın dilində "protubero", yəni "şişərək" sözündən yaranıb) Günəş səthindən qalxan, əriyən maqma ilə müqayisədə bir qədər soyuq olan sıx kondensasiyadır. Protuberansları Günəşdən ayrılmağa qoymayan ünsür maqnit sahəsidir.

Protuberansların araşdırlmasına 1842-ci ilin iyulun 8-də başlanıb. Həmin gün Araqo, Eri və başqa məşhur astronomlar Ayın qara diskinin ətrafında açıq çəhrayı rəngdə kürələr və halələr görmüşdülər. 1868-ci ilin avqustun 18-də Günəşin tutulması zamanı isə fransız astronom Pyer Jansen ilk dəfə protuberansları aşkar müşahidə etmişdi. Daha sonra isə protuberansların asta sürətli çəkilişi vasitəsilə onların barəsində xeyli maraqlı məlumatlar və faktlar əldə olunub.

Timmermansın gördüyü hadisənin isə sadəcə, Günəşdən protuberansın ayrılması kimi dəyərləndirilməsi mümkün deyil. Hər halda Avropa Astronomlar İttifaqının tanınmış eksperti Leo Benesit belə deyir.

"Hollandiyada həvəskar astronomun çəkdiyi fotoşəkillərə mən də baxdım. Birmənalı şəkildə deyə bilərəm ki, Günəşdən ayrılan o cisim protuberans deyil. Çünki belə halların istisnasız olaraq hamısında Günəşlə protuberans arasında onları bir-birinə bağlayan halə müşahidə olunur və həmin halə də sonradan protuberansı geriyə, Günəşə qaytarır. Günəşdən qopan enerjinin koronal tullantı formasında kosmosa qarışdığı hallarda isə ayrılmış cisimi az sonra parçalanıb qaz buluduna çevrilir. Lakin Timmermansın çəkdiyi və reallığına şübhə etmədiyim şəkillərdə isə görünür ki, Günəşdən qopan cisim nə geri qayıtmır, nə də parçalanaraq qaz buluduna çevrilmir. Məncə, o cisim Günəşin bir parçasıdır. Bunu söyləmək istəməzdim - amma deyəsən, Günəşdə parçalanma prosesləri var", - Leo Benesit deyib.

ABŞ Geologiya Xidmətinin eksperti Coşua Flesbinin fikrincə, hollandiyalı həvəskar astronomun çəkdiiyi fotoşəkillərdə görünən cisim adi protuberans deyil.

Belə ki, protuberansları dəqiq müşahihdə etmək üçün xüsusi spektral avadanlıq, intereferensiyalı filtrlər, Lio kronoqrafı, xromosfer teleskoplar gərəkdir.

"Bütün bunlar olmadan protuberansla Günəşi bir-birinə bağlayan xüsusi "halə lifləri"ni görmək, qeydə almaq və ya onların şəklini çəkmək mümkün deyil. Günəşdən qopan cisimlə planet arasında H-alfa tipli hidrogen liflərinin olmaması, üstəılik də həmin cismin sürət toplayaraq planetldən uzaqlaşması və maqnit sahəsinin düyünlərinin "tələ"sinə düşməməsi fərqli mənzərə yaradır. Bəli, məhz belədir və Günəşin parçalanması göz qarşısındadır", - C.Flesbi dedi.

Onun dediyinə görə, ilkin və təqribi hesablamalar cismin Günəş planetindən 60km/saniyə sürətlə aralandığını göstərir. Bir qədər keçir, cismin sürəti daha da artır və o, Günəşdən uzaqlaşmağa başlayır.

Şəkildəki cismin protuberans yox, Üçan Naməlum Obyekt (UNO) olduğunu deyənlər az deyil, lakin bu versiya bir qədər bəsit və elmilikdən çox uzaqdır.

Avropalı, amerikalı və kanadalı astronomların fikrincə, hollandiyalı Timmermansın çəkdiyi fotolar çox maraqlı olmaqla yanaşı, Günəşdə baş verən proseslərin aktivləşdiyinə dəlalət edir.

Daha konkret olsaq, Günəş parçalanır və onun hissələri haləvari formadan çıxaraq birləşir və maqnit sahəsinə qalib gəlmiş cisim formasına düşür.

Həmin cisimlərin hərəkət, sonra da uçuş orbitlərini hesablanması isə bizimçün müstəsna əhəmiyyət daşıyır.

Ən azı ona görə ki, bu cisimlərin Yerin yanından nə zaman keçəcəyini və ya planetimizlə toqquşma ehtimalının səviyyəsini bilməliyik.



Geri dön

rossioneri-004

  • 9 iyun 2011 11:51
  • Məqalə: 0
  • Şərh: 356
  • Bal:
deyerli xebere gore tewekkurler.

--------------------
my whatsapp 0517646564 only friends and who wants to gettin friendship connectivity insstead love!

YazYamuru

  • 19 may 2011 20:14
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
eeeehhhh neylemek olar elden ne gelir...gelsin ama tez getsin wink

--------------------



_RONALDO_

  • 18 may 2011 18:02
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Allah ozu komek olsun

--------------------

★Adriana★

  • 18 may 2011 11:24
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}

--------------------

Inciciceyi

  • 18 may 2011 09:19
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah ozu komek olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 18 may 2011 00:45
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
belay belay

--------------------

falcon_cobra7

  • 18 may 2011 00:07
  • Məqalə: 0
  • Şərh: 21
  • Bal:
{awards}
Allah Elemesin

--------------------
I ♥ www.LeGenD.az

petek

  • 17 may 2011 23:43
  • Məqalə: 0
  • Şərh: 285
  • Bal:
{awards}
twk cox gorxuludu

DAVE BATİSTA

  • 17 may 2011 22:38
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
çox gözeldir

yaz yagmuru

  • 17 may 2011 22:19
  • Məqalə: 0
  • Şərh: 503
  • Bal:
{awards}
ne deyim günde bir xeber esidirik tşk

--------------------
Yüz dəfə zirvəyə baxinca bir dəfə də zirvədən bax

lider

  • 17 may 2011 22:11
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
EN PiSi DE ODUR ki, YER ALTI MAQMA QATIDA YER SETHiNE DOGRU YAVAW_YAVW iRELiLEYiR

qonce

  • 17 may 2011 22:07
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkurler. tongue

Bu Menem

  • 17 may 2011 21:12
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
tws winked

milaya92

  • 17 may 2011 20:31
  • Məqalə: 0
  • Şərh: 230
  • Bal:
{awards}
tsk.ezyete gore smile

NELLY19

  • 17 may 2011 20:16
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
twk.......................

E_M_O

  • 17 may 2011 19:23
  • Məqalə: 0
  • Şərh: 550
  • Bal:
{awards}
HER SEY ALLAHIN ELINDEDI

_Lucia_17

  • 17 may 2011 19:19
  • Məqalə: 0
  • Şərh: 417
  • Bal:
{awards}
ALLAH bilen meslehetdi

--------------------
Gözlə öz nəfsini,öz izzətini,
Tapdaq etməsinlər heysiyyətini.Ə.Xəqani

samir_252

  • 17 may 2011 19:07
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
ILK SERH MENDEN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 36
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}