Namaz Qılırsan?

 
Namaz Qılırsan?

Salam əziz dost xahiş edirəm bu sətirləri axıra kimi oxu. Namaz qılırsanmı? Desən hə, Allah qəbul etsin, Desən yox, Allah sənə rəhim etsin və səni də namaz qılanlardan qərar versin. Amin.


Əgər desən ki, mənim qəlbim təmizdir və ya ürəyim Allahla düzdür, əməlim bəzi namaz qılanlardan yaxşıdı. Sənin sonuncu fikirində həqiqət var, amma bu o demək deyil ki, sən haqlısan. Bəzi namaz qılanlar ali məktəbə iş (sənəd) verən bəzi tələbələr kimidir, onların hamısı qəbul olur? Onların bəziləri (imic) kimi qılır namazı, bəziləri nüfuz qazanmaq üçün qılır namazı, bəziləri varlanmaq istəyir ona görə qılır namazı. Hz. Fatimə (s.ə.)-nın ölümünə səbəb olanlar da namaz qılırdılar. İmam Hüseynin (a.s.) başını kəsən, 6 aylıq körpəni oxlayanlar, onlara su vermədən zülm edənlər də namaz qılırdılar. Namazını kamil qılan bəndə dərsini bilən tələbə kimidir. Onun heç bir imtahandan qorxusu yoxdur. O ki, qaldı ürəyin təmizliyinə, əməlin düzlüyünə, qəlbləri təmizləyən və əməlləri düzəldən ibadətdir. Ürəyinin təmizliyinə bu qədər güvənib namaz qılmaqdan boyun qaçırırsansa, onda belə çıxır ki, guya sənin qəlbin Allahın elçisi Peyğəmbərimiz Məhəmməd (s.a.a.)-dən təmizdir? Sənin qəlbin 12 İmamın (a.s.) (Məsumun) qəlblərindən təmizdir? Onları Allah hər çirkinlikdən uzaq və pak yaratmışdı, onlar namaz qılırdılar. Ürəkləri səninki qədər təmiz deyildi? Əməlləri səninki qədər düz deyildi? Siz hansı tələbədən olmaq istərdiniz? Əlbətdəki imtahana hazır olan tələbədən elə deyilmi? Namaz Allah yanında ən yaxşı əməl, dinin sütunu və Peyğəmbərlərin (s) vəsiyyət etdiyi əməldir. Əgər namaz qəbul olsa digər əməllərdə qəbul olar.
Qiyamətdə insandan soruşulan birinci sual namaz olacaqdır. İnsanın namazı olmasa onu oda atacaqlar. Bəzi insanlar fikirləşirlər ki, onsuzda mən cəhənnəmliyəm təzdən nə xeyri var namaz qılmağın? Həmin insanın ya Allahın mərhəmətindən xəbəri yoxdu, ya da cəhənnəm odunun necə də şiddətli olduğunu bilmir. Bir kibriti yandırın əlinizi də üstünə tutun az bir vaxt kibrit alovuna dözməyən insan necə ola bilər ki, bu qədər təkəbbürlü olsun?
Rəsuli-əkrəm (s.a.a.) Buyurur: Allah təala öz izzət və cəlalına and içib buyurmuşdur: Namaz qılanlara və səcdə edənlərə əzab verməyəcək;
İmam Əli (a.s.) buyurmuşdur: Əgər namaz qılan şəxs Rəbbinin sonsuz rəhmətinin onun halına necə şamil olduğunu billsəydi heç vaxt başını səcdədən qaldırmazdı;
İmam Əli (a.s.) buyurmuşdur: Əsla ibadətdən yayınmayın fürsət çox azdır, namaz barəsində qorxun Allahdan;
İmam Sadiq (a.s.) buyurmuşdur: Həqiqətən bizim şəfaətimiz namazı yüngül sayanlara çatmaz;
Gündəlik 3-5 vaxt namaz cəmi 40-50 dəqiqə tam etmir. Sizcə seriala baxmaq sizə xeyirdi yoxsa Allaha ibadət etmək?
Ola bilsin ki, fikirləşirsənki "Hələ hazır deyiləm, qorxuram yarıda saxlayım, belə günaha girməkdənsə yaxşısı budur heç namaz qılmayım”. Çox çarəsiz və aciz fikirdir. Hazırlıq müharibəyə gedənə lazımdır namaz qılmağa yox. Allah Təala bu yola gələn bəndələrinə özü kömək olur. Gərək bəndə də əlindən gələni edə. Səndən hərəkət Məndən bərəkət.
Xanımların çoxu fikirləşir ki, mən başımı bağlaya bilmərəm, indi başını baglayıb 100 oyundan çıxanlar var, mənə də o gözlə baxarlar və ya indi başımı bağlasam mənə geridə qalmış kimi baxarlar. Amma bütün eyiblərə baxmayaraq, bu bataqlıqda azsaylı Fatimeyi Zəhra (s.a.)-nı sevən güllər açır. Təəsüf ki, buradakı problem daha acınacaqlıdır. Çünki kafirlərin, İslam düşmənlərinin etmədiyi işi içimizdə olan münafiqlər (xarici mömin daxili kafir) etməkdədir. Belə ki, bu gün bəzi "hicablı” qızlara rast gəlinir ki, onlarda hicabdan yeganə nümunə, yalnız naqis formada olan baş örtüyüdür. Onların geyimləri, hicabsızların geyimindən heç fərqi yoxdur. Bu cür "dindar”lar dar şalvarı, bədənə yapışan paltarı ilə bəlkə də qeyri müsəlmanlara meydan oxuyurlar. Çox təəssüf ki, bəzən qızların elələrinə də rast gəlinir ki, onlar hicabı Allaha xatir deyil, "ərə getmək” xatirinə edirlər. Əksinə, belə insanlar hicabın gözdən düşməsinə, cəmiyyətdə hicaba qarşı pis fikrin yaranmasına səbəb olurlar. Sizcə, Zəhra (s.a.)-ya bundan da böyük düşmən kəsilmək olarmı?! Axı sizə kim ixtiyar verib ki, müqəddəs Zəhra (s.a.)-nın hicabıyla bu cür rəftar edəsiz? Qiyamətdə hicabı yüngül tutduğunuza görə, nə cavab verəcəksiniz?
Bacım ayıq ol! Qərb "qadın azadlığı” adı altında, səni alçaldır. Özünün yorulduğu mədəniyyətini sənə sırıyır. Sən isə fərqinə varmadan qəbul edirsən. Vaxtı ilə 14-15 yaşlı yeniyetmə qızların İslamın müqəddəs qanunları ilə daimi ərə getməsini zülm kimi təbliğ edən İslam düşmənləri, bu gün hətta bu yaşdan da kiçik qızları gecə klublarında, barlarda bir və ya bir neçə kişinin ixtiyarına qoymağı "qadın azadlığı” adlandırırlar. Sizcə bu azadlıqdı yoxsa köləlik, bu mədəniyyətdir ya ...?
Müxtəlif əxlaqsız seriallar, kinolar, reklam və şoular mənəviyyatımızı, milli-dini dəyərlərimizi, əxlaqımızı aradan aparmağa yönəlmişdir. Bu gün gələcəyin anası olan körpə qızcığaz üçün ideal qadın, hansısa əxlaqsız serialın və ya şounun qəhramanıdır. Əgər əvvəllər kiçik məktəbli alim, həkim, müəllim, mühəndis olmaq istəyirdisə indi müğənni, aktyor olmaq istəyir. Uşaqda günah yoxdur... Təbliğ belədir, valideyn serialın qarşısında yatanda uşaqda "Hade”-yə oxşamaq istəməyi normaldır. Hanı indi Babəkləri, Koroğluları yetişdirən ismətli qeyrətli vətənpərvər qadınlardakı ruh? Bu gün bu ruhu öldürmək üçün hər gün əxlaqsız seriallar bəzəyir TV-ləri. Əziz analar-bacılar ruhunuzu qoruyun, onların əməllərinə alət olmayın. Otu öz kökü üstə bitməyə qoymayanların marağına uymayın, bizim öz kökümüz var. Yaxşı bir misal da var Filankəs özünü qayadan atacaq sən də atacaqsan?! Müasirlik, Əxlaq, İffət sizcə soyunmaqdadır yoxsa geyinməkdə? Hicab taxanlara geridə qalmış kimi baxanlar bilsinlər ki, hicab bizə Xanım Zəhra (s.a.)-nın əmanətidir. Əgər biz geridə qalmışıqsa bizə belə xoşdur, siz (TARZAN və MAUQLİYƏ, Diki plyajdakılara) çatana kimi davam eləyin görək axırınız müasirlikdir yoxsa vəhşilik?
İslam müasirliyin tərafdarıdır, vəhşiliyin yox!
İslam ədalətin tərafdarıdır, haqsızlığın yox!
İslam gözəlliyin tərafdarıdır, çirkinliyin yox!
İslam azadlığın tərafdarıdır, köləliyin yox!
İslam namus-qeyrət tərafdarıdır, pozğunluğun yox!
İslam insanları haramdan çəkindirər, halala yönəldər. Ey insanlar yuxarıda deyilən nöqsan və iradlara görə namazdan uzaq düşməyin, Allahın əmrinə qarşı gəlməyin.
"(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın calalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab e’tibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir!" (Ənkəbut surəsi, 45-ci ayə)
Çalışın namaza gəlməkdə birinci olun axırıncı yox. Unutmayın bizim Allaha eytiyacımız var Allahın bizə yox.............!


Geri dön

music_angel

  • 5 sentyabr 2011 17:10
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

Allah razi olsun

--------------------

NELLY19

  • 27 iyul 2011 12:47
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
serhlerinize gore tewekkurler

Inciciceyi

  • 19 may 2011 10:34
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun
twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

yaz yagmuru

  • 18 may 2011 19:54
  • Məqalə: 0
  • Şərh: 503
  • Bal:
{awards}
Mən namaz qiliram amma başimi baglamiram allah bütün namaz qilamlarin namazlarini qəbuul etsin.çox maraqli sözlər idi əllərinə saglig love

--------------------
Yüz dəfə zirvəyə baxinca bir dəfə də zirvədən bax

R.M_FaNaTka

  • 18 may 2011 17:57
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TWK

--------------------

_RONALDO_

  • 18 may 2011 17:35
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
MEN QILMIRAM AMMA INSALLAH QILACAGAM

--------------------

jalicka

  • 18 may 2011 16:26
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
MEN QILMIRAM AMMA INSALLAH QILACAGAM

DOQRULAR

  • 18 may 2011 14:07
  • Məqalə: 86
  • Şərh: 242
  • Bal:
{awards}
Chox duzgun firler bildirilib.Indi Islam anlayishini chox yalnish yonlere yonlendirenler var.Muselmanlara geride qalmish kimi baxmaq lazim deyil.Esl muselman dunyanin en goze,en muasir insanidi,hem de her cehetden.Vaxt gelecey hamimiz muselman olacaqiqi inshaALLAh.Allah razi olsun muellifden.

--------------------
✏••♦••♦••♦Sen dünyanı axirətə aparmayacağına görə, elə yaşa ki,dünya səni axirətə aparsın♦••♦••♦••✏

qonce

  • 18 may 2011 12:57
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Ela idi,tesekkurler. request

★Adriana★

  • 18 may 2011 12:48
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

YazYamuru

  • 18 may 2011 12:43
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Unutmayın bizim Allaha eytiyacımız var Allahın bizə yox.............!

belay hmmm gözəl sözlərə görə mövzuya görə təşəkkür

--------------------



E_M_O

  • 18 may 2011 12:42
  • Məqalə: 0
  • Şərh: 550
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 56
Cəmi: 74

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 385
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}