Atalar və qızlar

 
Atalar və qızlar

6 aylığında
Ata: Nə qədər gözəl qızım var. İlahi, doğrudanmı bu kiçik mələk mənim balamdır?! Gözləri necə də mənimkinə bənzəyir. Şükürlər olsun Sənə, ey Rəbbim!
Qızı: Gərək ki, gözlərini məndən ayırmayan bu gözəl insan atamdır.

5 yaşında
Ata: Gözəl qızım, de görüm atan sənə nə alsın?
Qızı: Ən çox atamı sevirəm, onun hər an mənimlə olmasını istəyərəm.

10 yaşında
Ata: Getdikçə heç sözə baxmır, bilmirəm kimə oxşadı bu qız.
Qızı: Atamı çox sevirəm, görəsən bu ay mənə nə qədər cibxərcliyi verəcək?

15 yaşında
Ata: Necə də tez böyüdü bu qız, getdikcə lap başıma çıxır, yox, gərək onunla bir az sərt danışım.
Qızı: Atam rəfiqələrimlə istədiyim qədər əylənməyə icazə vermir, uf! Görəsən nə vaxt sərbəst olacağam?

20 yaşında
Ata: Artıq sözümü eşitmir, getdikcə məndən uzaqlaşır. İşləyir, pul qazanır, mənə ehtiyac duymur…Uzun zamandır bir-birimizə bir kəlmə də şirin söz deməmişik.
Qızı: Hər işimə qarışır, geyindiyim paltarlara, getdiyim yerlərə. Mənimlə uşaq kimi davranmasından bezmişəm.

25 yaşında
Ata: Bir gün bunun olacağını bilirdim. Artıq ərə gedir, xeyli vaxtdır aramız çox sərindir, mələyim tərk edir məni.
Qızı: Belə bir şad gündə onun bu qədər qəmgin olmasını anlaya bilmirəm. Bilmirəm nədən narazıdır. Yoxsa həyat yoldaşım ürəyincə deyil?! Sanki onunla birlikdə yaşayacaq.

30 yaşında
Ata: Çox az görüşürük. Tez-tez gəlib atasını görsəydi, nə olardı?! Nəvələrimdən ötrü çox darıxıram. Dostlarından ayrılıb bizə gəlməyə vaxt tapmır.
Qızı: Son vaxtlar atama heç vaxt ayıra bilmirəm, telefonda səsi çox zəif gəlirdi. Həftəsonu onlara sürpriz etsəm, yaxşı olar.

40 yaşında
Ata: Nədənsə, qızım mənim dardüşüncəli olduğumu güman edir. Amma məktəbli olduğu vaxtlar bütün dərslərində ona kömək edərdim. İndi məni bəyənmir. Bundan sonra onunla heç bir mövzuda mübahisə etməyəcəyəm.
Qızı: Atam getdikcə, lap uşaq kimi davranır. Heç nədən inciyir. Son zamanlar səhhəti elə də yaxşı deyil. Birdən ona bir şey olar… Heç vaxt onun istədiyi övlad olmamışam.

45 yaşında
Ata: Qızımın xoşbəxt ailəsi olması mənə çox xoşdur. Ölüb getsəm də, gözüm arxada qalmayacaq, hər şeyin öhdəsindən gəldi, onunla qürur duyuram.
Qızı: Atam üçün çox nigaranam, onu itirmək istəmirəm, son zamanlar dərmanlarını da vaxtlı-vaxtında qəbul etmir. Allahım, nə olar, onu məndən alma…

50 yaşında
Ata: Xoşbəxt ol, qızım, dünyan firavan, axirətin xeyirli olsun.
Qızı: Atacan, səndən ötrü çox darıxacağam. Bundan belə dərdimi kimə deyəcəyəm? Kiminlə danışacağam? Kim mənə kömək edəcək? Atacan, nə olar, getdiyin yerdə şad-xürrəm ol. Hər zaman yanımda olduğunu hiss etdir mənə. Arabir mənə işarələrlə xəbər göndər. Ah! Atacan, sənsiz necə yaşayacağam?!

55 yaşında
Qızı: Atacan sən gedəni yoxluğunu daha çox dərk edirəm. Kaş səni heç üzməyəydim. Heyifslənməyin heç nəyi dəyişməyəcəyini yaxşı bilirəm, məni duyduğunu bilirəm. Atacan, nə olar, səni üzdüyüm hər gün üçün nə qədər peşman olduğumu da bil, bağışla məni…


Geri dön

petek

  • 21 may 2011 19:34
  • Məqalə: 0
  • Şərh: 285
  • Bal:
twk oxudukca tuylerim dikan dikan oldu ata ve qiz ...ama mende bele olmayib .men anam sevirem ama atamida sevirem sadece bu sevgiyi atama gostere bilmirem indi atam uzakdadi oxudum atam yaddima dusdu ureyim atami istedi.koretiniz meni sagolun

GlamouR_

  • 19 may 2011 17:46
  • Məqalə: 189
  • Şərh: 3315
  • Bal:
{awards}
tessuf ki men atami 5 yawima kimi goremuwe
5 yaşında
Ata: Gözəl qızım, de görüm atan sənə nə alsın?
Qızı: Ən çox atamı sevirəm, onun hər an mənimlə olmasını istəyərəm. recourse recourse

--------------------

★Adriana★

  • 19 may 2011 12:03
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
tesekkurlerrrrr

--------------------

Inciciceyi

  • 19 may 2011 10:00
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twk amaki bu melumat ikinci defedi axi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

milaya92

  • 18 may 2011 22:23
  • Məqalə: 0
  • Şərh: 230
  • Bal:
{awards}
xaxaxa like beyendim

E_M_O

  • 18 may 2011 22:06
  • Məqalə: 0
  • Şərh: 550
  • Bal:
{awards}
COX SAQOL TWK EDIREM

ELANTE RATE

  • 18 may 2011 22:03
  • Məqalə: 5
  • Şərh: 156
  • Bal:
{awards}
tesekkurler

_RONALDO_

  • 18 may 2011 21:18
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
OXUDUM ELA XEBERDI EZIYYETE GORE TWK

--------------------

nigar_kolik

  • 18 may 2011 21:07
  • Məqalə: 1
  • Şərh: 93
  • Bal:
{awards}
heqiqeten bele olr hemiwe
ama sonraki pewmanciliq fayda vermir twkler:)

--------------------
Sev amma ürəkdən olsun...
gəl amma əbədi olsun. ..
getmək istəsən mənidə apar. ..
getdiyimiz yer qara torpaq olsun...!!!

NELLY19

  • 18 may 2011 20:23
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
twk................

qonce

  • 18 may 2011 19:23
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tesirlendim,cooox xosuma geldi,ela idi.Tesekkurler,buna gore.

Humay16

  • 18 may 2011 19:19
  • Məqalə: 0
  • Şərh: 315
  • Bal:
{awards}
maraqlı idi təşəkkür

--------------------
Əgər günəşi gözdən qaçırdım deyə göz yaşı töksən onda ulduzları da qaçırdarsan

YazYamuru

  • 18 may 2011 19:03
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
EHHHH NƏYSƏƏƏƏƏƏƏƏƏƏ wink

--------------------



samir_252

  • 18 may 2011 19:03
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
twk cox qewengdi

Aleyra

  • 18 may 2011 18:57
  • Məqalə: 4
  • Şərh: 665
  • Bal:
{awards}
winked

Lindo

  • 18 may 2011 18:57
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
təşəkkürlər həqiqətən əladı bir az oxudum

jalicka

  • 18 may 2011 18:55
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
15 yaşında
Ata: Necə də tez böyüdü bu qız, getdikcə lap başıma çıxır, yox, gərək onunla bir az sərt danışım.
Qızı: Atam rəfiqələrimlə istədiyim qədər əylənməyə icazə vermir, uf! Görəsən nə vaxt sərbəst olacağam?
MENIM 16 YASIM VAR AMMA BU ONA YAXINDI AMMA MENIM ATAM MENLE BELE DEYIL .......TESEKKURLER

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 34
Cəmi: 48

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}