Göz yaşlarım

 
Göz yaşlarım

Soruşuram səndən ey göz yaşlarım.Kimə görə damla – damla axlb süzüldün yanaqlarlmdan?Nəyə görə?
Elə süzüldün ki, incitmədən dodaqlarlma dogru Yavaşça enərkən yanagımdan aşagı..
Kim üçün…?
Nə üçün axdıgını bilirsənmi?
deyə soruşardım səndən..'Xeyir' deyə səssiz səmirsiz yenə də süzülərdin..
Çox əsəbləşərdim bu cavaba görə sənə.Daha sonra bir cavab daha verərdin mənə.”Ürəyin yanır, mən isə yanan atəşə su səpmək naminə süzülürəm”.
Buz tutmuş əlimlə silirdim süzülüb düşdüyün hər yeri…
Ummadıgım anlarda dolardın gözlərimə,sonra kirpiklərimə sıgınardın..
Göz qabalarımı yumdugumda isə yenə də süzülərdin yanan ürəyimi sakitləşdirmək istəyiylə..
Yana-yana büzərdim dodaqlarımı, duzlu su dəydikdə…

Sənə “Bəsdir!” deyə bilmirdim..Çünki, səndə bacarmırdın onsuzluqla...
“Kaş ki”-lərlə başlayan cümlələr bezdirərdi sabah azanına qədər məni...
Sən dayanmadan süzülər,dilim durmadan “Kaş ki”-lər söylərdi...
Sancılan ürəyimi düşünmədən yenə də süzülərdin..Elə istiydin ki,dəydiyin hər yeri yandırardı vücudumda...
Yavaşca dodaqlarımın arasından sızardın içimə dogru.
Bədənimi kor bir alov kimi yandırardın.…
İttiham edərdim səni...Yenə də vecinə belə almazdın.
Göz önümdə canlanan xatirələrlə birgə axıb gedərdin səssizcə.
Hara axdıgını bilirsənmi heç o zaman?Onlu xatirələrimin üzərinə...

Gecələr yastıgımı sinəmə sıxıb aglayardım, yastıgımın küncüylə silərdim səni bilirsənmi?Səhər olduqda yastıgımı belə islatdıgını bilirsənmi? Otaqda sanki mənim yatagımın üzərinə yagış yagardı.Cünki bir tək mənim yatagım im-islagıydı,hər tərəf qup-quru.
Yol gedərdim yenə də dayanmazdın.Sanki məni el-aləmə, düşmənlərimə, hətta ONA belə rəzil etmək üçün süzülərdin.Getdiyim yollara da sanki yatagım kimi yagışlat yagdıgı zənn edilərdi.
Elə düşərdinizki yanaqlarımdan bir-birinizə dəymədən, sanki heç tanımırsınız bir-birinizi..
Bir də utanmadan yanagımı sıgallıyardınız.
Heç xoşbəxtlikdən axmadınız...Hər zaman acı dolu günlərdən xəbər verdiniz...Niyə?
Xosbəxt olmagım bu qədərmi qısqandırdı səni?
'O' gedərkən Əlvidanı mənmi istədim desin?
'O' gedərkən men heç demədim ki Dur Getmə...

Susdum.Mən qürurumu salmadım ayaqlar altına, bes sen,bu qədər qürurlusansa niyə o gedərkən süzülmədiyin kimi indi süzülürsən?O gedərkən o üzülməsin deyə aglamadın ay vicdansız, bes niyə o getdikdən sonra məni üzürsən?Niyə?
Nə etdim ki, mən sənə?Niyə susmursan?Mənə yazıgın gəlmir,özünə gəlsin!Bir gün o qədər axacaqsan ki, quruyacaqsan.məhv olacaqsan.Sənin məhvin isə mənim ölümüm olacaq.Çəkəcək qara torpaq məni canına.Nə səndən əsər qalacaq nə məndən əlamət.O zaman onun gözləri də aglayacaqmı sənin kimi?Süzüləcəkmi ürəyi yanaraq gozlərindən yanaqlarına, yanaqlarından mənim qəbrimin üstünə.Yumşaq yatagımı sən islatdın, torpaq yatagımı o isladacaqmı?Sızlayacaqmı ürəyi mənim kimi,ürpəşəcəkmi xatirələr göz önündən kecərkən.Tabutumun dalınca ezablarla boylanacaqmı.Sızlayacaqmı vicdanı?Peşman olacaqmı?Dogum günümü unutdu,ölüm günümü saxlayacaqmı yadında?Görəsən o zaman necə qalacam onun Xatirində?Onu əsl məhəbbətlə sevən biri kimi, yoxsa onun gecdə olsa peşmançılıqla başa düşüb xatırladıgı İlk və Əsl Məhəbbəti kimi?


Geri dön

NELLY19

  • 20 may 2011 14:42
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
twk................

Inciciceyi

  • 20 may 2011 09:21
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Twkler baciw superdi
Soruşuram səndən ey göz yaşlarım.Kimə görə damla – damla axlb süzüldün
Lakin cavab vermir eeeeeee neden bilmirem
belkede deyersiz adamdan oteri aglayir

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Aleyra

  • 19 may 2011 21:57
  • Məqalə: 4
  • Şərh: 643
  • Bal:
{awards}
Tewekkurler winked

YazYamuru

  • 19 may 2011 19:34
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
coxx gözel yazidir....
Mende soru$uram göz ya$larimdan ama cavab vermir___ recourse

--------------------



samir_252

  • 19 may 2011 19:00
  • Məqalə: 45
  • Şərh: 1598
  • Bal:
{awards}
TWKE EDIREM

jalicka

  • 19 may 2011 18:53
  • Məqalə: 27
  • Şərh: 1960
  • Bal:
{awards}
tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 50
Cəmi: 68

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 627
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
ஐ Payiz ஐ
Xəbərləri: 31
Cəmi: 45
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 141
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}