Lionel Messi

 
Lionel Messi


Bioqrafiya

Lionel Andres Messi 24 iyun 1987-ci ildə Argentinanın Rosario şəhərində dünyaya göz açmışdır.

Anası Celia və atası Jorge Messi-dir. Rodrigo və Matias adlı iki böyük qardaşı, Maria Sol adlı özündən kiçik bir bacısı var. Messi İspaniyaya gedəndə atası və qardaşı Rodriqo onunla qaldı. Anası və bacısı Maria Sol vətənə, Argentinaya döndü.


Karyerası

Argentina milli komandasının və "FC Barcelona" klubunun şərəfini qoruyur. 2006-ci ildə dünyanın ən yaxşı gənc oyunçusu mükafatını, həmin il İspaniya çempionatında oynayan ən yaxşı əcnəbi oyunçu mükafatını və 2008-ci Pekin Olimpiya Oyunlarında Argentina milli komandası ilə çempion adını qazanıb. Onu Maradona ilə müqayisə edirlər və Maradonada onu özünün davamçısı adlandırıb.

Klub karyerası

Lionel Messi 5 yaşında atasının məşqçilik etdiyi "Qrandoli" klubunda futbol oynamağa başlayıb. 1995-ci ildə, 11 yaşında Messi "Newell's Old Boys" klubuna keçir. Klubun həkimləri isə ona "İnkişafdan qalma" diaqnozu qoyurlar. Bu ərəfədə Argentinanın məşhur "River Plate" klubu onu almaq istəyir. Lakin onun müalicəsi üçün aya 500 dollar vermək lazım idi ki, klubda bununla razılaşmaq istəmirdi. Hər şeyin müəmmalı qaldığı bir vəziyyətdə "Barselona"nın idman direktoru Carles Rexach Messi-nin oyununu görür və onunla müqavilə bağlayır. Bundan sonra "Barselona" bütün müalicə xərclərini öz üzərinə götürür və Messi ailəsi ilə birlikdə avropaya köçür. Burda yeni həyata qədəm qoyan Messi klubun gənclər komandasında çıxış etməyə başlayır.

Messi klubda ilk debüt oyununu 16 oktyabr 2004-cü ildə Espanyol komandasına qarşı keçirir. Bu zaman o klubun heyətində çıxış edən ən gənc oyunçu kimi tarixə düşür. Albacete klubu ilə oyunda ilk qolunu vuran zaman onun cəmi 17 yaşı var idi və Messi "Barcelona" klubunun tarixinə ən gənc qol vuran oyunçu kimi düşdü.

16 sentyabr 2005-ci ildə klub Messi ilə 2014-cü ilə qədər müqavilə bağladı. Həmin mövsüm sentyabrın 27-də o ilk dəfə Çempionlar Liqasında çıxış etdi. Bu zaman gözəl ötürmələri və meydanda Ronaldinyo ilə gözəl anlaşması 70 minlik Nou Camp stadionunun ayağa duraraq onu alqışlaması ilə nəticələndi. Həmin ilin dekabrında İtaliyanın "Tuttosport" jurnalı ona "Golden Boy 2005" mükafatını verdi.

18 aprel 2007-ci ildə "Getafe" klubu ilə qarşılaşmada o 2 qol vurdu. Qollardan biri Maradonanın 1986-cı ildə İngiltərəyə vurduğu məşhur qolun təkrarı idi. O təxminən eyni məsafəni qaçdı (62 m), eyni sayda oyunçuları keçdi (6 oyunçu) və qolu eyni vəziyyətdən vurdu. Sonda isə bayrağ tərəfə qaçaraq, Maradona 21 il əvvəl etdiyi kimi qolu bayram etdi. Bu zaman dünya mətbuatında Messi və Maradona müqayisəsi qızışmağa başladı. İspaniya jurnalistləri ona "Messidona" ləqəbini verdilər. Sonralar "Espanyol" klubu ilə oyunda əl ilə vurduğu qol Maradonanın ayrı bir məşhur qolunun: "Tanrının əli" qolunun bir daha təkrarı oldu.

2008-ci ildə İspaniyanın "Marca" jurnalı 77 faiz səslə onu ilin ən yaxşı oyunçusu seçdi. 2009-cu ildə dünyaca məşhur futbolçular Ronaldinyo, Samuel Eto'o, Frank Raaykard, Víktor Fernandez, Bernd Şuster, Guti, Raul, Canluka Zambrotta, Françesko Totti, Antonio Kassano, Diego Maradona və Pele onu ilin ən yaxşı oyunçusu mükafatına ən real namizədlərdən biri hesab edirdilər. Bu məsələdə onlar yanılmamışdılar. Belə ki, Lionel Messi UEFA tərəfindən 2009-cu ilin ən yaxşı klub futbolçusu elan edilib. O, "Barselona" klubunun Çempionlar Liqasının son qalibi olmağında böyük rol oynayıb. Təltifetmə Monakoda keçirilib. Bundan savayı, Messi ilin ən yaxşı hücumçusu adını da qazanıb. Ən yaxşı yarımmüdafiəçi adı isə onun həmklubçusu Xavi Ernandesə, ən yaxşı qapıçı da «Mançester Yunayted»dən Edvin van der Sara, ən yaxşı müdafiəçi adı isə «Çelsi»nin kapitanı Con Terriyə verilib. Qeyd edək ki, Messi keçən mövsüm Çempionlar Liqasında 9 qol vurub. Ən vacibi isə finalda «Mançester Yunayted»in qapısına vurduğu qoldur. Ümumiyyətlə, 22-yaşlı Messi keçən mövsüm «Barselona»nın heyətində 38 qolun müəllifidir. Lionel Messi UEFA-nın baş mükafatını qazanan sayca 2-ci argentinalıdır. Ondan əvvəl bu ada 2000-ci ildə «Real Madrid»də oynayan Fernando Redondo layiq görülüb.


Geri dön

aşık_maymun

  • 11 fevral 2012 20:28
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
No coment Cempion MESSİ lol

ZAC EFRON

  • 5 oktyabr 2011 20:50
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
zehelm getmiwwww

zehelm getmiwwww

lema

  • 2 iyun 2011 11:01
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
köhne xeberdi ama yazıram xeber çox gözel idi.amma bir yerde sehv buraxmısan 1995 de Messinin 11 yaşı yox 8 yaşı var idi.diqqetnen baxsan sehvini görersen.yenede twk.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

nilayka

  • 8 may 2011 17:09
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tewekkurler

--------------------

nilayka

  • 4 may 2011 23:15
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
smile

--------------------

az10yd156

  • 3 yanvar 2011 23:04
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
Messi haqqinda melumatlar cox maraqli idi.Men Messiye azekewlik edirem.umid edirem Messi 2011-ci il de dunyanin en yaxsi futbolcusu olar.

MiKoLaDka

  • 15 avqust 2010 16:22
  • Məqalə: 4
  • Şərh: 162
  • Bal:
{awards}
hmm

--------------------
Menden nifret edin cunki men sizden deyilem
______________________________________________________
Qan gormey isdiyir gozderim.Ya axmali menden yada axitmaliyam bir yerlerden.Olum isdiyir bedenim.Ya olmeliyem yada oldurmeliyem ruhsuz bedenleri...

STORM MEN

  • 13 avqust 2010 22:11
  • Məqalə: 146
  • Şərh: 541
  • Bal:
{awards}
Maraqlı xəbər idi.Xəbərə görə çox sağol.

--------------------

Ulya

  • 12 avqust 2010 16:24
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
thanks.ama oxumadim:)))

Mr_Unlimited

  • 12 avqust 2010 01:54
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
tewekkurelr qaqam. ela xebere gore. Forca La BArca !!!!! Leo Messi. dunyani 1nomreli oyuncu olan bu futbolcunu sevmemek mumkun deyil Barcelonanin doyunen ureyidi O. ve dediklerine esasen o heyatini Barcelonaya borcludu ve hec zaman BArcelonani terk etmiyecek. ona teklif edilen transfer qiymeti rekord hedde catir. artiq sohbet 200 mln avrodan gedir

STORM MEN

  • 11 avqust 2010 12:23
  • Məqalə: 146
  • Şərh: 541
  • Bal:
{awards}
Kim redakte edibse allah razi olsun.

Ümid edirəm bəyənərsiniz

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 53
Cəmi: 73

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}