Rusiya Azərbaycanda hərbi baza yaradır

 
Rusiya Azərbaycanda hərbi baza yaradır

Moskva Qəbələ RLS üçün yeni danışıqlara başlayır

Bu nəhəng stansiyaya gizlicə 1 milyard dollar yatıran şimal qonşumuz obyektə yeni status almağa çalışır; müqavilə ilin sonuna qədər hazır olacaq

Yaxın vaxtlarda Azərbaycan və Rusiya arasında Qəbələ Radiolokasiya Stansiyasının (RLS) 2012-ci ilin yanvar ayından sonra icarə müddətinin artırılmasına dair görüşün keçirilməsi gözlənilir. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Rusiya və Azərbaycan Müdafiə nazirliklərinin nümayəndələrinin iştirakı ilə keçiriləcək danışıqlarda tərəflər 2012-ci ilin yanvar ayında icarə müddətinin başa çatması ilə əlaqədar yeni müqavilənin hazırlanmasını və orada əksini tapacaq yeni müddəaları müzakirə edəcəklər.

«Azərbaycan yeni müqavilənin hazırlanmasını istəyir. Bakının bununla bağlı bir sıra təklifləri də var» deyən mənbənin sözlərinə görə, bu təkliflər sırasında icarə haqqının artırılması, RLS-in ekoloji təsirlərinin aradan qaldırılması istiqamətində Rusiyanın əlavə yardımlar göstərməsi, stansiyadakı azərbaycanlı heyətin sayının artırılması, stansiyadan müştərək istifadə, o cümlədən rəsmi Bakı ilə razılaşmadan stansiyada əldə olunan məlumatların üçüncü dövlətə ötürülməməsi və s. məsələlər var.

Mənbə onu da qeyd edib ki, Azərbaycan hökuməti 2010-cu ilin avqust ayında RLS-in 1997-ci ilə qədər yığılan elektrik enerjisinə görə yaranmış borcunu silib. Görüşlərdə həmin borcun Rusiya tərəfindən ödənilməsi məsələsinin qaldırılması da nəzərdə tutulur. Bu ilin sonuna qədər hazırlanacaq yeni saziş layihəsi ratifikasiya üçün Milli Məclisə göndəriləcək. Yeni müqavilənin 2012-ci ilin mart ayından qüvvəyə minməsi gözlənilir. Azərbaycanın Qəbələ rayonunda yerləşən və 1985-ci ildə istifadəyə verilmiş “Daryal” tipli RLS SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyalarından biri olub. Stansiya 7 min km radiusdakı (İran, Türkiyə, Hindistan daxil olmaqla, Yaxın Şərqi bütövlükdə, həmçinin Hind Okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini) ərazini nəzarətdə saxlamaq imkanlarına malikdir. Stansiya, həmçinin bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən trayektoriyasını müəyyən edə bilir. Azərbaycan mülkiyyətində olan bu stansiyanı 2002-ci ildə imzalanmış müqaviləyə uyğun olaraq Rusiyaya ildə 7 milyon dollar icarə haqqı ödəməklə, 2012-ci ilə kimi icarəyə verib.

Qəbələ RLS Rusiyanın kosmik qoşunlar komandanlığına tabedir. Cəmi iki il əvvəl Rusiya generalları deyirdilər ki, Qəbələ RLS kimi köhnə texnologiyalar əsasında tikilmiş stansiyalara tələbat aradan qalxıb və onların yerini daha kiçik, lakin müasir texnologiyalara əsaslanan RLS-lər tutacaq. Rusiya bu məqsədlə Krasnodar vilayətində yeni RLS istifadəyə verib. Moskvadan səslənən bəyanatlardan məlum olurdu ki, Rusiya icarə müddətinin başa çatmasından sonra Qəbələ RLS-dən istifadə etməyə hazırlaşmır. Lakin gözlənilmədən 2008-ci ildə Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Corc Buşla görüşdə Qəbələ RLS-dən İranın ballistik raket təhlükəsinə qarşı birgə istifadəni təklif etdi. Bununla da Qəbələ RLS mühüm geosiyasi danışıqlar predmetinə çevrildi. ABŞ Rusiyanın təklifini müzakirə etsə də sonra onu qəbul etmədi. Çünki Moskva bunun əvəzində Birləşmiş Ştatlardan Şərqi Avropada raketdən müdafiə sistemlərinin yerləşdirilməsindən imtina etməyi istəyirdi. Beləliklə, Qəbələ RLS-in gələcək taleyi yenidən qeyri-müəyyən görünməyə başladı.

Lakin ötən il WikiLeaks saytı tərəfindən yayılan Amerika məxfi diplomatik teleqramlarından məlum olmuşdu ki, Rusiya Qəbələ RLS-dən əl çəkmək niyyətində deyil. Azərbaycanın müdafiə naziri Səfər Əbiyev ABŞ-ın Bakıdakı səfiri Enn Dersi ilə görüşündə ona demişdi ki, Qəbələ RLS Rusiya üçün hələ də strateji obyektdir və Moskva onun modernləşdirilməsinə 1 milyard dollar sərf edib. Nazir səfirə demişdi ki, rusların stansiyadan əl çəkəcəyi ağlabatan deyil və gözlənilir ki, ondan istifadə müddətinin artırılması barədə məsələ qalxacaq. S.Əbiyev həmçinin Qəbələ RLS-in texniki imkanları ilə maraqlanan Amerika səfirinə onun imkanlarının olduqca geniş olduğu, Rusiyanın cənubunda yeni istifadəyə verilən RLS-in Qəbələ RLS-lə müqayisə edilə bilməyəcəyi haqda danışmışdı. Göründüyü kimi, stansiyanın icarə müddətinin başa çatmasına təxminən 6 ay qalmış Rusiya müddətin uzadılmasına dair danışıqlara başlamağı qərara alıb. Xəbərə əsasən, belə məlum olur ki, rəsmi Bakı da stansiyadan istifadə müddətini uzatmağa razıdır, ancaq bəzi yeni şərtləri var. Bura Qəbələ RLS-də əldə edilən məlumatların gələcəkdə Qarabağda mümkün hərbi əməliyyatlar zamanı Ermənistana ötürülməsinə yol verməmək məsələsi də daxildir. Lakin Rusiyanın da şərtləri olacaq. Belə ehtimallar var ki, Rusiya icarə haqqının artırılması ilə razılaşacaq, ancaq istəyəcək ki, Qəbələ RLS-ə Rusiyanın Azərbaycandakı hərbi bazası statusu verilsin və oradakı kontingentin sayı artırılsın. Rusiyanın cəmi iki-üç il əvvəl köhnəlmiş saydığı Qəbələ RLS-i yenidən əldə saxlamağa qərar verməsi və onun modernləşdirilməsinə böyük vəsait sərf etməsi Moskvanın Azərbaycandakı hərbi iştirakını saxlamaqda qərarlı olduğunu göstərir.


Geri dön

Lindo

  • 10 iyun 2011 09:58
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
təşəkkür

... Deryam ...

  • 20 may 2011 21:18
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
zehlem getmiw ruslarrr...

--------------------

NELLY19

  • 20 may 2011 20:48
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
TWK.............

yaz yagmuru

  • 20 may 2011 19:56
  • Məqalə: 0
  • Şərh: 503
  • Bal:
{awards}
hmm ugurlu olsun

--------------------
Yüz dəfə zirvəyə baxinca bir dəfə də zirvədən bax

E_M_O

  • 20 may 2011 19:22
  • Məqalə: 0
  • Şərh: 550
  • Bal:
{awards}
twk edirem

★Adriana★

  • 20 may 2011 18:57
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
tesekkurlerrrrrrr

--------------------

wersace

  • 20 may 2011 18:42
  • Məqalə: 1
  • Şərh: 107
  • Bal:
{awards}
tesekkur.......

R.M_FaNaTka

  • 20 may 2011 18:41
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
hmmm..............tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 6
Cəmi: 28

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}