Bal haqqında hər şey

 
Bal haqqında hər şey

Bal- Arılar tərəfindən bitkilərdən toplanılan, şəfaverici təsiri çox güclü olan bir qidadır.

Balın orqanizmə təsiri:
Tərkibi insan orqanizmi üçün faydalı maddələrlə zəngin təbii arı balı ən həsas mədə tərəfindən də asanlıqla həzm edilir. Bal daxili orqanları sağlamlaşdırır.

Balın əhəmiyyəti:
Təbii bal bitkilərin çiçəklərindən arılar vasitəsilə çəkildiyi üçün onda orqanizm üçün ən zəruri qida maddələri var. Odur ki, bal yeməklə orqanizmi çatışmayan bir sıra bioaktiv maddələrlə təmin etmək mümkündür. Ən yaxşı bal saf və nisbətən qatı olan baldır. Təbii balın antiseptik xüsusiyyətləri özünü onun infeksiyalar, mokroplara qarşı təsirli olmasında və yaraların müalicəsində büruzə verir. Bal antikanserogen xüsusiyyətə malik olmaqla yanaşı, mənfi xalesterol miqdarını da aşağı salır. Yeri gəlmişkən deyək ki, bal ən azı 3 min ildir ki, insanların sağlamlığı üçün istifadə olunur...

Balın növləri:
Təbii bal iki cür olur: Çiçək balı və şirə balı. Çiçək balı müxtəlif bitkilərin çiçəklərindən, şirə balı isə müxtəlif bitkilərin yarpaq və gövdələrindən (Daha doğrusu bu bitkilərin yarpaq və gövdələrinin ifraz etdiyi şirələrdən) toplanır.

Balın rəngi:
Balın rəngi ağ, sarı, qırmızı olub, kimyəvi tərkibi bitki növündən və hava şəraitindən asılıdır.

Balın tərkibi:
Tərkibindən adətən 13-20% su, 80%-dən çox karbohidrat (qlükoza, fruktoza və saxaroza başda olmaqla), 0.4% zülal, 0.3% kül vardır. Bundan başqa balın tərkibində üzvi turşular, fermentlər, minerallar, vitaminlər, həmçinin boyayıcı maddələr var.

Balın keyfiyyəti:
Balı düzgün şəraitdə saxladıqda çox uzun müddət, hətta 400 il öz keyfiyyətini saxlayır. Balı 40 dərəcədən yuxarı temperaturda və ya düz günəş şüları düşən yerdə saxladıqda, keyfiyyətini itirir.

Bal xarlanır:
Bal gec və ya tez götürüldüyü çiçəkdən və ya saxlama şəraitindindən asılı olaraq qatılaşır və xarlanır. Ancaq bu balın keyfiyyətinə təsir etmir. Onu da qeyd edim ki, hər bir insan gündə 30 qram bal yeməlidir.

Qurani-Kərim və bal...
Qurani_kərikin “Nəhl” surəsinin 68-ci və 69-cu ayələrində buyurulur: “Rəbbin bal arısına belə vəhy (təlqin) etdi.: Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal). Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get!.. (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət var!..”


Geri dön

milaya92

  • 22 may 2011 15:44
  • Məqalə: 0
  • Şərh: 230
  • Bal:
baldan xowum gelmir.amma yene thanks

... Deryam ...

  • 20 may 2011 21:34
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
ALLAHIN YARATDIGI EN GOZEL NEMETLERDENDI...

--------------------

★Adriana★

  • 20 may 2011 19:09
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
tesekkurler

--------------------

NELLY19

  • 20 may 2011 16:40
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
twk...........

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 26

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}