Müsəlman bacım, təqva donu geyin!

 
Müsəlman bacım, təqva donu geyin!

Bu çağırış bəşəriyyətin ən xeyirlisinin, bütün keçmiş və gələcək günahları bağlanmış Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) öz qızına – Fatiməyə (Allah ondan razı olsun) müraciətidir.

Fatimə (Allah ondan razı olsun) kimdir? Bir liderin qızı. İnsanlar arasından xüsusi hörmət sahibi olan bir atanın (Allahın ona salavat və salamı olsun) sevimli sonbeşiyi. Ən fəzilətli səhabələrdən Əli İbn ƏbuTalibin (Allah ondan razı olsun) sevdiyi qadın, zövcəsi. Cənnət gəncləri Həsən və Hüseynin (Allah onlardan razı olsun) anası. Əsl-nəcabəti, ağlı, gözəlliyi ilə seçilən bir xanım.

Yuxarıda sadalanan bütün keyfiyyətlər nəfsinə uyan istənilən qadında özünü xüsusi görmək, təkəbbürlənmək üçün kifayət səbəblərdir. Həqiqətən də günümüzdə də istər qeyri-müsəlman, istərsə də hətta müsəlman qadınlar arasında belə özünü və ətrafdakıları qiymətləndirməkdə istifadə olunan təhsil, nəsəb, ailə quruluşu, var-dövlət, yaş, xarici görünüş, bacarıq və s. kimi müxtəlif dünyəvi dəyər meyarlarının meydana çıxdığını görmək olar. Bu da öz növbəsində insanların Allahın qanunlarına görə yox, sosial statuslarına görə təbəqələşməyinə, sinfi haqsızlıqların meydana çıxmasına gətirən amildir.

Halbuki istər Fatimə, istərsə də sələflərimizdən hər bir müsəlmana nümunə olan digər salihə qadınlar (Allah onların hamısından razı olsun) insana nemətlərin o layiq olduğu üçün yox, məhz Allahın rəhməti sayəsində nəsib olduğunu bütün qəlbləri dərk edərdirlər. Bu iman da öz gözlərində özlərini xüsusi görməkdən çəkindirər, daim sadə, təvazökar, səmimi həyat tərzinə can atar, əlləri dəyirmanda un üyütməkdən, dəri aşılamaqdan sümükləşmiş döyənək bağlayanadək, dəriləri ocaq alovundan və qızmar səhra günəşindən qaralanadək, Allah yolunda zəhmət çəkərdirlər. Halbuki istəsəydilər, təmtəraqlı həyat onlara hamıdan daha əvvəl müyəssər olardı. Lakin onlar daha xeyirli olanı- dünya həyatını yox, Axirət həyatını üstün tutdular. Uca Allah da bu səyləri müqabilində, onları həsəd aparılan bir mövqeyə ucaltdı.

«Mömin olub axirəti istəyən və onun uğrunda çalışanların zəhməti qəbul olunar».

(Quran, İsra, 19).

Müsəlman bacım, hətta Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə öz sevimli qızını Allahın əzabından qurtarmağa gücünün çatmadığını deyirsə, gözəlliyinin, cavanlığının, var-dövlətinin, prestijli təhsil ocağından, iş yerindən aldığın attestat yaxud diplomun, əmək kitabçasının, kəbin yaxud nikah kağızında, şəxsiyyət vəsiqəndə kimin anası, qızı, zövcəsi olmağının səni o dəhşətli Gündən qurtarmayacağını yəqin bil, əlindəki nemətlərə qazanc yox, sərmayə kimi bax. Dünya bər-bəzəyi ilə öyünüb özünü üstün görməkdən, insanlara bu prizmadan baxmaqdan uzaq ol. Bil ki, Rəbbinin qarşısında insanı üstün edə biləcək tək şey təqvadır:

«Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır».

(Quran, Hücurat, 13)

Digər ayədə:

«Ən yaxşı azuqə təqvadır»

(Quran, Bəqərə, 197)

Əli (Allah ondan razı olsun) deyərdi: «Təqva- Cəlil olan Allahdan qorxmaq, nazil olan Şəriətə əməl etmək, aza qane olmaq, Axirət üçün hazırlaşmaqdır».

Uca Allahdan bütün müsəlman bacılarımı belə bir təqva donu ilə bəzəməyini diləyirəm. Amin!

Müsəlman bacım, təqva donu geyin!


Geri dön

music_angel

  • 5 sentyabr 2011 17:11
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

★Adriana★

  • 20 may 2011 19:10
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
tesekkurler

--------------------

NELLY19

  • 20 may 2011 16:44
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
twk...........

wersace

  • 20 may 2011 16:35
  • Məqalə: 1
  • Şərh: 107
  • Bal:
{awards}
ca Allahdan bütün müsəlman bacılarımı belə bir təqva donu ilə bəzəməyini diləyirəm. Amin!

MuslimGirl

  • 20 may 2011 16:28
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Dəyərli yazı üçün təşəkkürlər. Allah razı olsun! Allah bütün müsəlman bacımlarıma bunu qismət etsin. Amin!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 49
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}