Azərbaycanlıların facebook məcaraları

 
Azərbaycanlıların facebook məcaraları

Bir çox insanların “Facebook”da başlarına maraqlı hadisələrin gəldiyini öyrənəndən sonra azərbaycanlıların "Facebook" macəralarını araşdırmaq fikrinə düşdük.

Əvvəlcə "Facebook" barədə ətraflı məlumat almaq üçün informasiya texnologiyaları sahəsində layihələr üzrə mütəxəssis İmam Quliyevə, müraciət etdik. O, dedi ki, “Facebook”un 350 milyondan çox aktiv istifadəçisi var. Onların 413 min 660 nəfərdən çoxunu azərbaycanlılar təşkil edir. Bu isə “Facebook”un 0, 498%-i deməkdir. Hal-hazırda Azərbaycan “Facebook” istifadəçilərinin sayına görə dünya üzrə 93-cü yerdədir. İ.Quliyev bu nəticəyə bəzi azərbaycanlıların saxta profillərinin də təsirsiz olmadığını bildirdi. “Facebook” istifadəçisi olan azərbaycanlıların 63%-ni kişilər, 37%-ni isə qadınlar təşkil edir. Yaş həddinə görə isə 13-15 yaş 8%, 16-17 yaş 10%, 18-24 yaş 47%, 25-34 yaş 25%, 35-44 yaş 6%,45-54 yaş 2 %, 55-64 yaş 1%, 65 yaşdan yuxarı isə 1% olduğunu əlavə etdi.

“Facebook” Azərbaycan ailəsini dağıtdı

Həyat yoldaşı ilə uşaqlıqdan tanış olan və sevərək evlənən qadın günlərin bir günü ərinin ondan soyuduğunu hiss edir və şübhələnməyə başlayır. Nə qədər istəsə də, şübhələrdən xilas ola bilmədiyi üçün onu sınamaq qərarına gəlir və sınaq obyekti olaraq “Facebook”u seçir. Özünə yeni profil acır, tanınmamış modellərdən birinin seksual şəklini yükləyir. Üç günə bir neçə dost yığan xanım həyat yoldaşına dostluq göndərir və tezliklə dostluğu qəbul edilir. Onun bütün şəkillərini bəyənir və ərindən xanıma "Tanış olaqmı?" təklifindən ibarət mesaj gəlir.

Bu sözlə başlayan söhbət tezliklə tanışlığa və böyük dostluğa çevrilir. Hər gün axşama kimi yazışırlar və bir evdə yaşamaqlarına baxmayaraq daha yaxın tanıyırlar bir-birilərini. Gün keçdikcə aralarındakı pərdələr götürülür və qadın evli olduğunu bildirəndə kişi də həqiqəti etiraf edir, beləliklə qadın həyat yoldaşının onunla evli olanda yaşadığı macəraları özündən öyrənir. Neçə dəfələrlə ona xəyanət edildiyini, ərinin kimlərlə gəzdiyini, artıq onu sevmədiyini, yataqda ondan narazı olduğunu - bir sözlə, münəsibətlərinin bütün pərdəarxası məqamları haqqında məlumat alır. Qadın onu görüşə çağırır və ozü cinsi münasibət təklif edir.

Otellərin birində nömrə sifariş edirlər. Razılaşmalarına görə, nömrəyə birinci qadın, daha sonra isə kişi getməli olur. Qadın hotelə gedir, nömrəyə daxil olur və həyat yoldaşının gəlişini gözləyir. Kişi otağa daxil olur və hər şeyi anlayıb şoka düşür... Artıq onlar boşanıblar və kişi, etdiklərindən çox peşman olsa da, qadın onu bağışlamır.

"Facebook"un müsbət təsirləri...

"Facebook" haqqında ancaq mənfi düşünmək lazım deyil. Əgər oxucular bu məqaləni oxuyurlarsa, yazının səbəblərindən biri də "Facebook"dur.
Həyatda zəhəri dərman, dərmanı isə zəhər kimi istifadə etmək olar, sadəcə bunu bacarmaq lazımdır. Çalışın, “Facebook”un müsbət xüsusiyyətlərindən faydalanın.

P.S. Uzun xəbərləri oxumursuz deyə bu yazının butun əlini-ayağını
sındırıb sizə təqdim etdim. Yani bəzi faktları ixtisar etməklə...


Geri dön

Pelin 21

  • 30 iyul 2011 15:19
  • Məqalə: 0
  • Şərh: 66
  • Bal:
men yalniz qizlarla danisdiqima gore ozume problem gormurem

Willow smith

  • 28 may 2011 16:48
  • Məqalə: 52
  • Şərh: 1036
  • Bal:
{awards}
twk xebere gore smile

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...

Kamulya

  • 21 may 2011 17:47
  • Məqalə: 0
  • Şərh: 54
  • Bal:
{awards}
tesekkurler face den hec bas acmadim daa

★Adriana★

  • 20 may 2011 19:09
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
tesekkurler

--------------------

nurlu

  • 20 may 2011 18:05
  • Məqalə: 0
  • Şərh: 36
  • Bal:
{awards}
agilli qadin..........................cox sagolun

-=EFSANE-XANIM=-

  • 20 may 2011 16:53
  • Məqalə: 8
  • Şərh: 844
  • Bal:
{awards}
OXUDUM,HAQLIDIR KI HAMI EYNI CURE ISTIFADE ETMIR SAYTLARDAN,ONA GORE DE ADI CIVIB SAYTIN. DEYENDE SAYTA GIRIREM,ARTIQ DUZ ADAM HESAB ETMIRLER.

--------------------
XAHIW EDIREM MENE DOSTLUQ TEKLIFI YOLLAMAYIN !

NELLY19

  • 20 may 2011 16:49
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
twk...........

Cant_Breathe

  • 20 may 2011 16:45
  • Məqalə: 64
  • Şərh: 1394
  • Bal:
{awards}
Oxumusham bunu dunen.

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 45
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}