Səni ömür boyu unutmayacam

 
Səni ömür boyu unutmayacam

Burada eşqimiz sona gəlir,
Xoş acılı günlər burada bitir.
Səni ömür boyu unutmayacam,
Hər zaman səni xatırlayacam.


Eşidmisən bu mahnını?
Səndən ayrılandan bəri həmişə bu mahnını dinlədim.
Çünki bu mahnıda hər şey var, sevgi də, nifrət də.
Bilirsən sevgilim sənə bənzəyən hər şeyi sevdim.
Səndə axtardığımı tapdım amma yanıldım.
Yalnızlığın kədəriylə qüruru satın aldım. Çünki özüm-özümə bir gün dönərsən dedim. Gözlədim, param-parça oldum, amma yenə də səndən incimədim.
Unutdum acılı ağrılı sözlərini, davalarımızı.
Unutdum, zənglərimə cavab vermədiyini bir tək səni unutmadım.
Amma yolun başında idik. Bahar gəlməden ayrıldıq. Hardasan sevgilim? Varlığın haradadır? Getməyinlə hər şeyimi apardın.
Artıq sən qoyub getdiyin qız deyiləm.Doğrudur yenə gülürəm, amma güldükcə də içim ağrıyır, çünki həmişə səni xatırlayıram. Sən mənim hər şeyim idin.
İllər sonra bəlkə yenə qarşılaşdıq. O zaman mən sənin olmayan bir mən, sən isə mənim olmayan bir sən olacaqsan. Bilirsənmi sevgilim?

Səni ömür boyu unutmayacam

Mən yenidən aşiq ola bilərəm?
Sənə aid olan qəlbimi kiməsə verə bilərəm? Vermərəm! İçində səni görərlər deyə.
Mən səni hər kəsdən, özümdən belə qısqandım.
Gəl keçmişə qayıdaq. Nə gözəl başlamışdıq. İkimiz də çılğın idik.
Davaların ən gözəlini biz edirdik, çünki barışmaqda da ayrı zövq var idi. Gerçək sevgini yaşadıq bunu səndə bilirsən.

Elə isə eyni hisslərlə qalmalı deyilikmi?
Biz birlikdə olmasaq da, bu təmiz sevgini, təmiz hisslərlə bitirməliyik elə deyilmi?
Mənə göndərdiyin məktublarında ağladığını oxudum.
Sənindəmi göz yaşların mənim göz yaşlarımla yarışır?
Sən mənim güclü, qocaman sevgilim deyilmisən? Güclüsen sən. Sil göz yaşlarını. Hər şeyi özümüz məhv etdik.

Sevgi körpü qurmaq kimi bir şeydir,
biz körpü quracağımız halda, divar hörüb yalnız qaldıq.
Mən həmişə özüm-özümə deyirəm.
Sabah tam fərqli bir qız olacam. Sonra yenə davam edirəm, onda niyə bu gündən başlamayım?

Səni ömür boyu unutmayacam

Bəlkə illər hər şeyi mənə unutduracaq,
amma söz verirəm səndən başqasını əsla sevməyəcəm.
Əgər bir gün başqası ilə ailə heyatı qursam,
səni sevmədiyimdən deyil, sadəcə qanunlarımın qurbanı olacam.

Və Səni ömür boyu unutmayacam!


Geri dön

narkobaron007

  • 13 oktyabr 2011 15:30
  • Məqalə: 0
  • Şərh: 28
  • Bal:
tsk maraqlidi

--------------------
Mesumeni cox sevirem hedinden artiq cox

INSAN RUHU

  • 24 may 2011 19:45
  • Məqalə: 0
  • Şərh: 85
  • Bal:
{awards}
COX GOZEL YAZMISIZ ,,,ALLAHIM SEVENLERI AYIRMA NOLAR,,,QOY XOSBEXT OLSUNLAR...AMIN

pure love

  • 21 may 2011 21:37
  • Məqalə: 0
  • Şərh: 69
  • Bal:
{awards}
twk coxx beyendim tam meni yaziblar ele bildim

★Adriana★

  • 20 may 2011 19:07
  • Məqalə: 238
  • Şərh: 2958
  • Bal:
{awards}
tesekkurler

--------------------

R.M_FaNaTka

  • 20 may 2011 18:12
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
tesekkurler super idi

--------------------

nurlu

  • 20 may 2011 17:39
  • Məqalə: 0
  • Şərh: 36
  • Bal:
{awards}
gel kecmise qayiaq bos sohbetdi ama gozel idi oxumaq.tskler

NELLY19

  • 20 may 2011 17:25
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
{awards}
twk.........

SUADA_M

  • 20 may 2011 17:24
  • Məqalə: 15
  • Şərh: 558
  • Bal:
{awards}
Cooox gözeldir canim.Tewekkurler.
SENI UNUTMAYACAGAM.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 29
Cəmi: 45

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 49
Cəmi: 225
 
NIGAR
Xəbərləri: 44
Cəmi: 865
 
Limon qoxusu
Xəbərləri: 42
Cəmi: 63
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 20
Cəmi: 276
 
aytc.sza
Xəbərləri: 15
Cəmi: 18
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 16
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}