"Coca-cola" Cochinealdan - Kanarya adaları və Meksikada yaşayan böcəkdən hazırlanır. Türkiyə mütəxəssislərinin araşdırmalarından o da məlum olub ki, həmin böcəklər təbii şəkildə çoxaldığı kimi süni şəkildə də yetişdirilir. Sözügedən böcək kaktus bitkisinə gənə kimi yapışır və həyatını sürdürür. Həmin böcəklər meksikalı kəndlilər tərəfindən yığılaraq satılır. Yığılan böcəklər qurudularaq döyülür və toz halına salınır. Latın amerikalılar klassik ənənələrlə həmin tozla ip boyayırlar.
"Coca-cola"nın içdikdən sonra yaratdığı allergiya və səpmələr onun insan orqanizmi üçün ziyanlı olması şübhəsini yaradır. Hətta həkimlər azyaşlı uşaqların bu içkidən uzaq olmalarını tövsiyə edir. Amma nədənsə ölkəyə idxal edilən və yerli istehsal məhsullarının tərkibi və keyfiyyəti barədə tam məlumatlı olmağa borclu olan səlahiyyətli orqanlar "Coca-cola"nın tərkibi barədə məlumatsızdırlar. Səbəb isə əcnəbi məhsulu olan bu içkinin tərkibi və istehsal texnologiyasının şirkətin sirri hesab olunmasıdır. Məhz şirkət sirrinin açılmaması ucbatından bir çox ölkələrdə "Coca-cola"nın satışına qadağa qoyulub. "Coca-cola"nın ən geniş bazarı olan Hindistanda Ali Məhkəmənin qərarı ilə şirkət ölkədən çıxarılıb. Bunun ardınca Qazaxıstan və Almaniyada oxşar addımlar atılıb. Ukrayna və Ingiltərə məktəblərində həmin məhsulun satışı qadağandır. Islam dünyasının ən nüfuzlu universiteti sayılan Əl Əzhər "Coca-cola"nın haram olması barədə fətva verib. Türk dünyasının sənətçisi, ictimai-siyasi xadim Ozan Arif "Coca-cola"nı "Şərqə mənəvi terrorun bir hissəsi" adlandırıb. Deyib ki,"Coca-cola" cinsi zəiflik və sonsuzluq yaradır. Bu fikirlərə aydınlıq gətirilməsi üçün şirkət "Coca-cola"nın hazırlanması texnologiyası və tərkibi barədə rəsmi açıqlama verməlidir.